top
BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ - 20.06. - 26.06.22
19 iyun 2022, 10:00
- ↺ +

BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ - 20.06. - 26.06.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ (21 mart - 19 aprel)

Bu həftə hər hansı bir qərar verməzdən əvvəl yüz ölçüb bir biçin - səhv qərar sizi uçuruma apara bilər. Həftənin əvvəli xoş keçəcək: maraqlı insanlarla tanış olacaqsınız, səyahətə çıxacaqsınız və uzun müddətdir küsülü olduğunuz bir insanla barışacaqsınız. İş həftəsinin ikinci yarısında gözlənilməz xəbərlər əhvali-ruhiyyənizi poza bilər, lakin bu uzun müddət çəkməyəcək - hər şey yoluna düşəcək. Bundan əlavə, bu həftə müdiriyyət tərəfindən sizə bonuslar gələ bilər, əgər işinizdə özünüzü doğrultsanız. Uğurlu günləriniz 21, 22, 26 iyun, uğursuz gününüz isə 23 iyundur.

 

BUĞA (20 aprel - 20 may)

Həftənin ilk yarısında maliyyə problemləri ola bilər, lakin cümə axşamından etibarən cibinizdən çıxan pullar geri qayıdacaq. Çalışın heç kimə borc verməyin - pul verəndə yaxşı insan olacaqsınız, geri istəyəndə isə pis. Əlavə gəlir mənbəyi tapmağın əsl vaxtıdır. Siz çox ağıllısınız, lakin tənbəllik edirsiniz. Çoxdandır iş birliyi qurmaq istəyirsinizsə, edin, qorxmayın - hər şey alınacaq. Həftənin ikinci yarısında münaqişələr ola bilər - özünüzü təmkinli aparın, davadan uzaq durun. Uğurlu günləriniz 20, 23, 24, 25 iyun, uğursuz gününüz isə 26 iyundur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Bu həftə sizin üçün müsbət hadisələrlə dolu olacaq. Əsas da işsiz insanlar üçün əlverişli həftə gözlənilir - istədiyiniz işə qəbul olmaq istəyirsinizsə, sadəcə özünüzə güvənin, müsahibədə rahat olun və biliklərinizi göstərin. İşi olanlar isə, əksinə, bu həftə rahatlaşmayın, münaqişələrdən uzaq olun və daha da yaxşı çalışın. Əks halda yeni iş axtarmalı olacaqsınız. Tanımadığınız insanlarla çox da səmimi olmayın, şəxsi həyatınız haqda artıq məlumat verməyin - gələcəkdə sizə qarşı istifadə edə bilərlər. Uğurlu günləriniz 21, 22, 26  iyun, uğursuz gününüz isə 20 iyundur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə gələcək planlarınızı heç kimə deməyin - bu mənfi nəticələrə səbəb ola bilər. Bu ərəfələrdə siz külli miqdarda pul əldə edə bilərsiniz - hər şeyi bir anda xərcləməyin, hər bir alış-verişdən əvvəl yaxşı düşünün, bədxərc olmayın. Bu həftə siz uzaq səfərlərdən çəkinməlisiniz, lakin şəhər ətrafında istirahət etmək sizin üçün çox faydalı olacaq. Həftəsonu paxıl insanlar ətrafınıza doluşacaq - qardaş, bacı deyib arxanızca dedi-qodu edəcəklər. Lakin kimin dost, kimin düşmən olduğunu yaxın gələcəkdə öyrənəcəksiz. Uğurlu günləriniz 23, 24, 25, 26  iyun, uğursuz günləriniz isə 20, 21 iyundur.

 

ŞİR (23 iyul - 22 avqust)

Evdə oturub, “iş yoxdur, pulum yoxdur” deyincə, özünüzə sual verin “İstədiyim işi əldə etmək üçün mən nə etdim?” və bir şeyi unutmayın ki, insan hərəkət etdikcə, Allah onun ruzusunu verər. İş yerində Şirləri yüksəliş və ya pul mükafatı gözləyir - müdiriyyət sizdən çox razı qalacaq. Bürcün tənha nümayəndələri bu həftə öz yarını tapa bilərlər, əgər fərasətli olsalar. Hər hansı bir maliyyə əməliyyatından imtina edin - böyük itkilər və ya vicdansız həmkarlar tərəfindən aldadıla bilərsiniz. Uğurlu günləriniz 21, 22, 26 iyun, uğursuz günləriniz isə 23, 24 iyundur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Bu həftə işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlisiniz. Bu, karyera dəyişiklikləri üçün əlverişli zamandır. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq zəminində ailədə və ya sevilən bir insanla münaqişələr mümkündür, amma səbirli olun, davaya yol verməyin. Bürcün tənha nümayəndələrinin pərəstişkarlarının sayı artacaq - amma çox öyünməyin, onların arasından birini seçib, sevgi münasibətlərinə başlamağın əsl vaxtıdır. Bu həftə pis vərdişlərdən qurtulmaq üçün doğru zamandır. Uğurlu günləriniz 23, 24 iyun, uğursuz günləriniz isə 20, 26 iyundur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Axır ki o gün gəldi, bu həftə ulduzların sevimli bürcü siz oldunuz. Bol ruzili və bərəkətli günlər gözlənilir - işinizdə müdiriyyətin gözündə yüksələcəksiniz. Hətta maaşınızıda artım ola bilər, lakin pullarınızı boş-boş şeylərə xərcləməyin - gələcəkdə böyük proyektlər üçün lazım ola bilər.  İşsizlər isə arzu etdikləri firmaya və ya quruma düzələcəklər. Paxıllar sizin uğurunuzu görüb partlayacaqlar, amma sizə heç nə edə bilməyəcəklər. Sevgililər həftə ərzində romantik anlar yaşayacaqlar, tənha nümayəndələrin qarşısına isə çoxdandır arzu etdikləri ideal insan çıxacaq. Uğurlu günləriniz 21, 24, 26 iyundur, uğursuz günlər gözlənilmir.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Bu həftə həyatınızda dəyişikliklər olacaq. Bu, işinizlə əlaqəli ola bilər - daha gözəl təklif və ya yeni, maliyyə cəhətdən daha gəlirli iş tapa bilərsiniz. Hətta xaricə getmək və orada iş qurmaq təklifi gələ bilər. Bu həftə xarici dil kurslarına yazılmağın əsl vaxtıdır - gələcəkdə sizə mütləq lazım olacaq. Sevgiliniz varsa, onu sevindirin - xoş sürprizlər hazırlayın, bu sizin münasibətlərinizi daha da möhkəmləndirəcək. Subaylar yar axtarmasın, münasibətlər üçün əlverişli həftə deyil. Artıq pulunuz varsa, balışın altından çıxarın və hər hansı bir işə yatırım edin. Uğurlu günləriniz 20, 24 iyun, uğursuz günləriniz isə 23, 25 iyundur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Bu həftə kifayət qədər səy göstərsəniz, müsbət karyera dəyişiklikləri mümkün ola bilər. Karyera və ya maaş artımını istəməkdən qorxmayın. Bütün həftə müsbət hadisələr və xoş sürprizlərlə dolu olacaq. Xaricdə dostunuz varsa, onunla əlaqə saxlayın - gələcəkdə uzun müddətli səfərlər gözlənilir. Son zamanlar bürcün bəzi nümayəndələrində ruh düşkünlüyü var, amma güclü olmalısınız və özünüzə güvənməlisiniz. Alınmayan iş yoxdur - dostlarınızdan kömək istəməkdən çəkinməyin, onlar dar gününüzdə sizin yanınızda olacaq. Həftəsonu qara günlər, ağ günlərlə əvəzlənəcək və hər şey yağ kimi gedəcək. Uğurlu günləriniz 21, 22 iyun, uğursuz günləriniz isə 20, 26 iyundur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Bu həftə sağlamlığınızda problemlər ola bilər - profilaktik prosedurlar və ya tam tibbi müayinədən keçmək daha yaxşı olardı. Pəhrizinizə və idmanınıza xüsusi diqqət yetirin. Hisslərinizi göstərməkdən utanmayın, bəzən yaxınlarınız elə bilir ki, siz onları sevmirsiniz. Bürcün tənha nümayəndələrinin şəxsi həyatlarında əhəmiyyətli dəyişikliklər gözlənilir - münasibət qurmaq üçün əsl vaxtdır. Əgər güc toplayıb müdriyyət tərəfindən verilən bütün tapşırıqları vaxtında təhvil versəniz, karyeranızda dəyişikliklər ola bilər. Uğurlu günləriniz 20, 23, 24, 25 iyun, uğursuz günləriniz isə 21, 22 iyundur.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Evli olan Dolçaları xoş sürpriz gözləyir - ola bilsin ki, yaxın gələcəkdə dünyaya yeni bir həyat gələcək. İşdə xırda səhvlər buraxmayın, bu, müdiriyyət tərəfindən xoş qarşılanmayacaq və siz onun gözündən düşə bilərsiz. Pəhrizinizi nəzərdən keçirin - bəlkə də sağlamlığın pisləşməsi qidalanma səbəbindəndir. Həftənin sonu illər əvvəl borc verdiyiniz insan nəhayət ki pulunuzu qaytaracaq və cibiniz dolu olacaq. Subay Dolçalar əks cinsin diqqətini çəkəcəklər, münasibətlərə başlamaq üçün addım atacaqlar. Uğurlu günləriniz 21, 22, 26 iyun, uğursuz günləriniz isə 24, 25 iyundur.

 

BALIQLAR (19 fevral - 20 mart)

Həftənin əvvəli yalnız müsbət emosiyalar yaşayacaqsınız - həm işdə, həm də evdə. Bu günlər iş danışıqları və investisiyalar üçün əlverişli dövrdür. Həm də bu həftə böyük və bahalı alışlar üçün əlverişlidir. Ancaq həftənin sonunda həyəcan zəngini gözləyin - həssas məsələləri həll etməli olacaqsınız, bunun üçün isə soyuq başla hərəkət etmək və heç bir güzəştə getməmək tələb olunacaq. Sevgilinizlə münasibətlərdə mümkün qədər sakit olun, çünki emosionallığınız arzuolunmaz münaqişələrə səbəb ola bilər. İstirahət etmək üçün səfərə çıxın, yorğunluğunuzu atın, güc yığın. Uğurlu günləriniz 20, 23, 24, 25 iyun, uğursuz gününüz isə 26 iyundur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər