top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 11.07. - 17.07.22
10 iyul 2022, 10:00
- ↺ +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 11.07. - 17.07.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ (21 mart - 19 aprel)

Kim həmişə haqlıdır? O, həmişə haqlıdır! Qoçla mübahisə etmək - vaxt itkisidir. Ona görə də bu həftə yalnız sizin dediyiniz və istədiyiniz olacaq - heç kim də sizi fikrinizdən döndərə bilməyəcək. Həftənin sonunda kim sizinlə mübahisə edirdisə, sizdən üzr istəyəcək. Çox cazibədar bir iş təklifi alacaqsız - bu, işinizin artması və ya tamamilə dəyişməsi ola bilər. Bu cür təkliflərlə razılaşın, nəticədə bir neçə aydan sonra maddi vəziyyətinizdə əhəmiyyətli yaxşılaşma hiss edəcəksiniz. Uğurlu günləriniz 11, 14, 15 iyul, uğursuz gününüz isə 13 iyuldur.

 

BUĞA (20 aprel - 20 may)

Bu həftə daşınmaz əmlak məsələləri ilə məşğul olmaq üçün çox əlverişlidir. Ən yaxşısı həftənin birinci yarısında alqı-satqı və ya icarə müqavilələri bağlamaqdır. Mümkün qədər diqqətli olun və daim peşəkarlarla məsləhətləşin. Həmçinin bu həftə təhsil məsələlərində diqqətli olmalısınız. Əgər sizi imtahan və ya kursun sonu gözləyirsə, bir neçə gününüzü yalnız buna həsr edin. Həftənin ikinci yarısında sağlamlığınıza diqqət yetirin. İdmanla məşğul olmaq və düzgün qidalanmaq tövsiyə olunur. Sevgi cəbhəsində xoş sürprizlər olacaq. Uğurlu günləriniz 12, 13, 16, 17 iyul, uğursuz günləriniz isə 14, 15 iyuldur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Bu həftə işləriniz başınızdan aşacaq və şəxsi həyata vaxt qalmayacaq. İşdə çox məşğul olacaqsız, ancaq hər şeyin öhdəsindən gələcəksiz və sonda müdiriyyət tərəfindən qiymətləndiriləcəksiz. Həmçinin paxılların diqqətini özünüzə çəkəcəksiz - çalışacaqlar əhvalınız pozulsun, lakin buna nail ola bilməyəcəklər və sonda partlayacaqlar. Şəxsi həyatınızda sizi böyük və möhtəşəm dəyişikliklər gözləyir, özü də ancaq müsbət tərəfə. Bu ərəfələrdə münasibətdə dominant olun, yoxsa özünüzü zəif tərəfdən göstərəcəksiz. Lakin münaqişələrədə yol verməyin - sevgilinizə romantik anlar yaşadın. Uğurlu günləriniz 14, 15 iyul, uğursuz günləriniz isə 16, 17 iyuldur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

“Deyirlər ki, toy olacaq” - bu həftə ulduzlar sizə evlənməkdə, münasibətə başlamaqda kömək edəcək. Bəlkə də 2022-ci ilin ən xoşbəxt cütlüklərindən biri siz olacaqsız - sevdiyiniz, xoşladığınız biri varsa, çəkinmədən ona öz hislərinizi bildirin. Ən ideal münasibət Qız, Oğlaq, Balıqlar bürclərinin nümayəndələri ilə olacaq, amma unutmayın ki, Xərçəng yeganə bürcdür ki, hamı ilə qarşılıqlı anlayışa və yola gedə bilər. Ona görə də digər bürclərə də fikir verin, stereotiplərə qarşı çıxın. Son zamanlar sizi narahat edən bankla bağlı problemlər, nəhayət ki, həll olunacaq. Uğurlu gününüz 16 iyul, uğursuz gününüz isə 12 iyuldur.

 

ŞİR (23 iyul - 22 avqust)

Bu həftənin ən bəxtəvər bürcü sizsiz! İşləriniz yağ kimi gedəcək, bütün planlarınız gerçəkləşəcək. İşdə həmişəkindən daha çox vaxt keçirəcəksiniz, lakin həftənin sonunda bəhrəsini görəcəksiniz - bu, maddi durumunuz üçün müsbət nəticələr verəcək. Hamı sizinlə fəxr edəcək, çoxlu xoş sözlər eşidəcəksiz, hətta sizə paxıllıq edənlər mat olub qarşınızda baş əyəcəklər. Subay Şirlər, axır ki, subaylıq daşlarını atacaqlar - Əkiz, Tərəzi və Dolça nümayəndələri tərəfindən evlilik və ya münasibətə başlamaq təklifləri gələcək. Uğurlu günləriniz 11, 17 iyul, uğursuz günləriniz isə 14, 15 iyuldur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Bu həftə hamı sizdən dedi-qodular edəcək - onların sizə paxıllıq etməyə çox səbəbləri olacaq. Onlarla mübarizə aparmağın ən yaxşı üsulu susmaq və özünüzü görməməzliyə qoymaqdır - deyilən sözləri ürəyinizə çox yaxın qəbul etməyin və münaqişələrə girməyin. Bəyənmədiyiniz və ya əhvalınıza mənfi təsir göstərən insanları həyatınızdan silin - necə deyərlər, şərdən-xətadan uzaq durun. Qız bürcü ən tənbəl, lakin, eyni zamanda, gündəlik həyatda və işdə ən faydalı olanıdır - buna görə də işdə sizdən maksimum istifadə edəcəklər, lakin həftənin sonunda müdiriyyət tərəfdən bonuslarla mükafatlandırılacaqsız. Uğurlu günləriniz 12, 13 iyul, uğursuz günləriniz isə 16, 17 iyuldur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Bu həftə xərclərinizə fikir verin - kortəbii alışlar etməyin, çünki bu həftə maliyyə vəziyyətiniz kifayət qədər qeyri-sabit ola bilər. Həftənin ikinci yarısında sizi işdə münaqişələr gözləyə bilər - bu, sizi sevməyən iş yoldaşlarınız tərəfindən olacaq. Lakin boş verin, çünki sizə qazacaqları quyuya elə özləri düşəcəklər. Əgər onlarla münaqişəyə başlasanız, bu, mənfi nəticələrə səbəb olacaq - hətta işinizi itirmək təhlükəsi yarana bilər. Buna görə də sakit olun, həmkarlar və rəhbərlər qarşısında qalmaqallara yol verməyin. Həftənin sonunda sizi maraqlı iş təklifi gözləyir - bəlkə də bu, varlı olmağınıza doğru bir addım olacaq. Uğurlu günləriniz 11, 14, 15 iyul, uğursuz günləriniz isə 12, 13 iyuldur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Bütün günü ağlayar, tənbəllik edər, lakin sonda hamıdan çox pul qazanar - bəli, bu, Əqrəbdir. Onun timsah göz yaşlarına inanmayın - bu bürc çox ağıllı, bacarıqlı və kreativ biridir. Ona görə bu həftə elə bir iş çevirəcəksiniz ki, hamı mat qalacaq - pullar göydən yağış kimi yağacaq. Bu həftə gözmuncuğu taxın, çünki hər bir işiniz avand olacaq. Subayların başı ağrıyacaq, çünki dalınızca pərəstişkarlar düşəcək. Sizə münasibətə başlamaq, hətta evlənmək təklifləri gələcək, imtina etdikdə isə sizi qaçırda da bilərlər - necə deyərlər, səbirli olun, Allah köməyiniz olsun. Uğurlu günləriniz 12, 13, 16, 17 iyul, uğursuz gününüz isə 15 iyuldur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Oxatanı incitmisinizsə - qaçın və bir də onun gözünə görsənməyin! Bu bürc qəzəblənəndə intiqamını çox pis alır və buna heç də peşman olmur, çünki çox soyuqqanlı biridir. Bu həftə sizi iş yoldaşlarınız incidə bilərlər, yalanlarla qarşılaşa bilərsiz. Lakin onların əsl üzü bilinəcək və siz lazımi tədbirlər görəcəksiz. Pul qazanmaq məharətiniz yüksəkdir, lakin ağlınızı işlətməyə tənbəllik edirsiz. Pulunuzu düzgün yerə yönəltsəniz, çoxlu qazanc əldə edə bilərsiz. Həftəsonu üzlərini belə görmədiyiniz qohumlarla rastlaşacaqsız. Ola bilsin bu xeyir bir işlə nəticələnsin - ulduzların sizi evləndirmək fikri var. Uğurlu günləriniz 11, 14, 15 iyul, uğursuz gününüz isə 17 iyuldur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Oğlaq işləməyi və pulu sevir, pul xərcləməyi də xoşlayır. Lakin, hətta yaxşı maaşlı işə sahib olsa da, tez-tez kreditlər götürür və borc istəyir. Ancaq bu həftə siz yox, hamı sizdən borc istəyəcək, çünki ya gəlirli yeni iş tapacaqsınız, ya da sizi karyera yüksəlişi gözləyir. Amma nəbadə uğurunuz haqqında qohumlara deyəsiz - sizi illərdir axtarmayanlar da gəlib sizdən kömək istəyəcək. Soyuqqanlısız, öz hisslərinizi büruzə vermirsiz. Bəlkə sizi sevən var, amma anlamır, o da sizin xoşunuza gəlir ya yox. Ətrafınıza diqqət yetirin və sizi sevəni tapın. Uğurlu günləriniz 12, 13, 16, 17 iyuldur, uğursuz gününüz gözlənilmir.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Dolça sizi əsəbiləşdirsə belə, yenə də ona hirslənə bilmirsiz - axı bu bürc yerə düşmüş bir mələkdir. Mələk olduğunuzu bu həftə sübut edəcəksiz - hamının yardımına çatacaqsız, müdiriyyətin rəğbətini qacanacaqsız. İşdə təşəbbüskar olmaqdan və çətin tapşırıqları yerinə yetirməkdən qorxmayın. Təşəbbüs və əzmkarlıq sayəsində karyera yüksəlişi əldə edə bilərsiz. Maaşınızı düzgün yerə xərcləyin, hətta biznes açmağa yönəldin. Bu ərəfələrdə Dolçaların dalınca çox insan düşsə də, sevgi etirafları etsə də, onların azadlığını əllərindən ala bilməyəcəklər. Uğurlu günləriniz 11, 14, 15 iyuldur, uğursuz gününüz gözlənilmir.

 

BALIQLAR (19 fevral - 20 mart)

Balıq manipulyasiya etmək və min bir dona girməkdə ustaddır, buna görə də məşhur aktyorlar arasında bu bürcün nümayəndələri çoxdur. Bu həftə çoxlarının fikrini öz xeyrinizə döndərəcəksiz. İşlədiyiniz yerdə sevmədiyiniz insanlarla danışmağa, onların üzünə gülməyə məcbursuz - bəlkə işinizi dəyişmək vaxtıdır? Həftəsonu səyahətə getmək təklifi gələcək - imtina etməyin, bütün işlərinizi bir kənara atın və kef edin. Sağlamlığınıza fikir verin, idmanla məşğul olmağın əsl vaxtdır. Uğurlu günləriniz 12, 16, 17 iyul, uğursuz gününüz isə 16 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər