top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 18.07. - 24.07.22
17 iyul 2022, 10:00
- ↺ +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 18.07. - 24.07.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ (21 mart - 19 aprel)

Qoç - yazılmış bir kitabdır, əgər onu oxuyub başa düşmədinsə, deməli sənin üçün yazılmayıb! Qoçun pərəstişkarları çox olacaq, hər kəs onun ürəyini almaq üçün dəridən-qabıqdan çıxacaq. Bəxtiniz nəinki sevgi tərəfdən, həmçinin pul tərəfdən də gətirəcək - gəlirli iş təklifi və ya premiya gözlənilir. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrdən keçmək üçün çox əlverişlidir. Evli olanlar, sevgilinizlə incə davranın, çöldə gəzərkən əks cinsə baxmayın, yoxsa qısqanclıq zəminində dava düşəcək. Uğurlu günləriniz 18, 19, 20, 24 iyuldur, uğursuz günlər gözlənilmir.

 

BUĞA (20 aprel - 20 may)

Buğa gülməyəndə onu qucaqlamaq, əhvalı olmayanda öpmək, əsəbi olanda isə yedizdirmək lazımdır. Bu həftə Buğa əsəbi olacaq, vay o kəsin halına ki, ona artıq söz deyəcək - bütün hirsini həmin adamdan çıxacaq, heç “uf” da deməyəcək. Lakin əsəbin səbəbi gərgin bir iş olacaq, amma sonda çoxlu pul və xoşbəxt anlar gözlənilir. Səyahət etmək istəyiniz varsa, mütləq bu həftə planlaşdırın, çünki istirahət üçün daha gözəl vaxt bir də olmaya bilər. Sevgi cəbhəsində problemlər ola bilər, lakin romantikanı və şirin dili qoşub əks cinsin ürəyini ala bilərsiz. Uğurlu günləriniz 21, 24 iyul, uğursuz gününüz isə 19 iyuldur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Əkizlər özləri istəməsələr, onların ürəyində nə olduğunu heç vaxt öyrənə bilməyəcəksiz. Amma sizə güvəndilərsə, bilin ki, siz onların ən yaxın dostlarındansınız! Əkizlər bu həftə yeni dost və tanışlar əldə edəcəklər - onlar gələcəkdə böyük iş qurmağa kömək olacaqlar. Əkizlər, unutmayın ki, siz çox ağıllısız, lakin çox tənbəlsiz - ideyanız varsa, onu həyatda gerçəkləşdirin və varlı olun. Evli olanlar xoşbəxtliyin ən pik anlarını yaşayacaqlar. İşdə hamıdan çox çalışın - bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək və bonuslar olacaq. Uğurlu günləriniz 18, 19, 20, 23, 24 iyul, uğursuz gününüz isə 21 iyuldur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Əgər sizdən daha çox nə istədiyinizi soruşsalar - Xərçəng və ya bir milyon avro, Xərçəngi seçin. Çünki Xərçəngin sizə baxş edə biləcəyi xoşbəxtliyi heç bir pul əvəz edə bilməz. Bu həftə Xərçəng hamıdan varlı olacaq - pullar göydən töküləcək, o isə sağa-sola xərcləyəcək. Ulduzların sevimlisi siz seçilmisiz - bütün işləriniz uğurlu olacaq, çoxdandır planlaşdırdığınız işləri bu həftə görün. Xərçəngi sevən çox olsa da, düşmənləri də xeylidir - onlar yatmırlar və sizin bir səhv etməyinizi gözləyirlər. Lakin boş verin - it hürər, karvan keçər. Sevgi tapmaq və ya münasibətə girmək üçün ən gözəl dövrdür. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz gününüz isə 18 iyuldur.

 

ŞİR (23 iyul - 22 avqust)

Şirlər yaltaqlığa, yalana və qeybətə nifrət edirlər. Nəyisə bəyənmirsiniz? Bu barədə Şirin üzünə deyin. Bəli, bu həftə Şirlər barədə dedi-qodu edəcəklər, çalışacaqlar onları özündən çıxarmağa - lakin unutmayın ki, Şirlərin qisası çox pis olur. Bu söz-söhbətlərin səbəbi işinizdə uğurunuz və müdiriyyət tərəfindən seçilməyiniz və fərqləndirilməyiniz olacaq. Çalışqan olduğunuz üçün sevilirsiz və bəhrəsini də görəcəksiz - bu maaş artımı və ya bonuslar ola bilər. Həftəsonu mütləq istirahət edin, bol güc yığın - gələn həftə çox gərgin olacaq. Uğurlu günləriniz 18, 19, 23, 24 iyul, uğursuz günləriniz isə 21, 22 iyuldur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Sizə ikinci şans verən Qız bürcünü qiymətləndirin. Çünki onun sevgisi o qədər güclüdür ki, sizə daha bir şans verməyə qadirdir. Bu həftə münasibət qurmaq üçün əlverişli dövr deyil, çalışın vaxtınızı işinizə, karyera yüksəlişinə yönəldin. Həftə ərzində sizi unudulmaz səfərlər və maraqlı insanlarla görüşlər gözləyir - tanışlıq çox faydalı ola bilər. Münasibətdə olanlar isə kiçik problemlərlə üzləşə bilərlər -  çalışın qısqanclığa yol verməyin. Varlı olmaq üçün bol şansınız var - həftəsonu maraqlı iş təklifi gözlənilir. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz günləriniz isə 23, 24 iyuldur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Tərəzilər heyrətamiz biridirlər: istənilən insanda müsbət bir xüsusiyyət tapmağı bacarırlar…Lakin bu həftə yaxşı bildiyiniz bir insanın əsl üzünü görəcəksiz - bu sizin iş yoldaşınız və ya yeni tanış olduğunuz şəxs ola bilər. Ümumiyyətlə Tərəzilər saf və təmiz insan olduğundan, çoxları onlardan istifadə etməyi çalışır - bəzən “yox” deməyi bacarmalısınız. Həftəsonu karyera yüksəlişi və ya avans ola bilər. Lakin bəzi iş yoldaşlarınız, sevinmək əvəzinə, paxıllıqdan sizə acı söz də deyə bilərlər. Amma heç də onları vecinizə almayın - unutmayın ki, “Paxıla tanrı verməz, versə də, qarnı doymaz”. Uğurlu günləriniz 23, 24 iyul, uğursuz gününüz isə 20 iyuldur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Əqrəblər təhqirlərə dözəcək qədər zəif deyil, bağışlayacaq qədər güclü deyil, lakin qisas alacaq qədər də kinli deyillər. Buna görə də, çox vaxt onları incidənlərə sadəcə arxa çevirirlər - həmişəlik. Bu həftə kimin dost, kimin isə düşmən olduğunu öyrənəcəksiz. Həyatınızda kiçik problemlər ola bilər, amma yaxın dostlarınız sizi pis vəziyyətdə qoymayacaq və kömək əlini uzadacaqlar. Hamı istirahəti düşünəndə siz uğur və karyera yüksəlişi üçün çoxlu güc sərf edəcəksiz. Bunun bəhrəsini də mütləq görəcəksiz. Maliyyə məsələlərində sizi uğur gözləyir. Uğurlu günləriniz 19, 23 iyul, uğursuz günləriniz isə 21, 22 iyuldur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Oxatanların niyə bəzən qəribə və dəli adlandırıldığını bilirsiniz? Çünki onlar

çoxlarının öyrəşdiyi kimi deyil, istədikləri kimi yaşamağa çalışırlar. Bu həftə işinizdə sizə verilən istənilən tapşırığın öhdəsindən asanlıqla gələcəksiniz. Karyera yüksəlişi istəyirsinizsə, hamını geridə qoyun, hamıdan çox işləyin və bu, müdiriyyət tərəfindən mütləq dəyərləndiriləcək. Eşq təsadüfləri sevər - gözləmədiyiniz yerdə ikinci yarınızla qarşılaşacaqsız. Bu, market, metro və ya avtobus ola bilər - ona görə biri sizi itələsə, ayağınızı tapdalasa, qəzəblənməyin, bəlkə bu həmin insandır. Uğurlu günləriniz 18, 19, 20 iyul, uğursuz günləriniz isə 23, 24 iyuldur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Əgər yaxınlarınız arasında Oğlaq varsa, o zaman heç bir düşməndən və problemdən qorxmamalısınız. Bu həftə Oğlaq dostlarının gözündə qəhrəman olacaq - o, hamıya kömək edəcək, bütün problemləri həll edəcək. Maliyyə artımı yüksək olacaq, buna görə borc istəyənlər də çoxalacaq, lakin heç kimə pul verməyin - o pulun nə izi, nə də tozu qalacaq. Bürcün subay nümayəndələri üçün həftənin ikinci yarısında şəxsi həyatda dəyişiklik gözlənilir - çoxdan tanıdığınız insanla daha çox vaxt keçirəcəksiz, romantik münasibətə başlayacaqsınız. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz günləriniz isə 19, 20 iyuldur.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Dolçanın bütün planları çökəndə gülümsəyər, çünki bilir ki, əgər indi alınmadısa, mütləq başqa vaxt alınacaq və daha da yaxşı olacaq! Bu həftə Dolça yeni ideyalarla işdə partlayışlar edəcək. Hamı özünə bir sual verəcək: “Bu insanda bu ağıl, kreativlik hardandır?” Səmimiyyəti ilə, ürəyiaçıqlığı ilə seçilən bu bürcün, demək olar ki, düşməni yoxdur, çünki ulduzlar bu bürcü qoruyur və onun qarşısından pis insanları götürür. Sevgi cəbhəsində bu həftə bəxtiniz gətirməyəcək, lakin siz onsuz da dərd etmirsiz və münasibətə girməyə tələsmirsiz. Uğurlu günləriniz 18, 19, 20, 23 iyul, uğursuz gününüz isə 21 iyuldur.

 

BALIQLAR (19 fevral - 20 mart)

Deyirlər “sakit insanlardan qorxun” - bu söz Balıq bürcünə aiddir. Gözə girməz, səsi çıxmaz, lakin gizlincə işlər görər - birdə gözünüzü açıb görəcəksiz ki, milyonçudur. Bu həftə Balıq hamını təəccübləndirəcək və heyran edəcək - onun şəkli fəxr lövhəsində asılacaq, özünə isə pul mükafatı veriləcək. Əks cinsin nümayəndələri sizə bu həftə çox diqqət yetirəcəklər, hətta bəziləri sizi qarmağa keçirib özünə yar etməyə çalışacaqlar. Qorxmayın, sevgi tərəfdən bəxtiniz çox gətirir, çalışın ətrafınızda olan Buğa, Oğlaq, Qız bürclərinin nümayəndələrinə diqqət yetirin - ən ideal cütlük onlarla alınacaq. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz günləriniz isə 23, 24 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər