top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 25.07. - 31.07.22
24 iyul 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 25.07. - 31.07.22

QOÇ (21 mart - 19 aprel)

Qoçun bu həftə əl atacağı hər bir iş uğurla sonlanacaq. Qərarsızlıq, özünə inamsızlıq, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları və ya şansları itirə bilərsiniz. Rəqiblərinizə zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Unutmayın ki, siz Qoçsunuz və sizin üçün “mümkünsüz iş” anlamı yoxdur. Bürcün sevgilisi olmayan, tənha nümayəndələrinin bəxti gətirməyəcək - bu həftə Kupidon sevgi oxunu sizin tərəfə atmayacaq. Uğurlu günləriniz 25, 28, 29, 30 iyul, uğursuz günləriniz isə 26, 27 iyuldur.

 

BUĞA (20 aprel - 20 may)

Buğa üçün iyulun son həftəsi ambisiyaların, iddiaların və qısqanclığın qarşıdurması ilə əlamətdar olacaq. Hətta toy və ya nişanların ləğvi də mümkündür. Uzun səfərlər etmək arzuolunmazdır. Ümumiyyətlə, avtomobil idarə edərkən həddindən artıq ehtiyatlı və diqqətli olmaq lazımdır. Çoxdandır qurduğunuz planların həyata keçməsində gecikmələr ola bilər, lakin bu yaxşı xəbərdir, əsas odur ki, sonu gözəl bitəcək. Bu dövrdə tələsik qərarlar verməyin və iki işdən birdən yapışmayın, yoxsa Əlidən də olacaqsınız, Vəlidən də. Uğurlu günləriniz 26, 27, 31 iyul, uğursuz günləriniz isə 28, 29 iyuldur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Əkizlər üçün aktiv bir dövr gəlir. Bu dövr karyera yüksəlişi ilə yadda qalacaq. Ayın sonuna qədər bütün işlərinizi planlı şəkildə görməyə çalışın, yoxsa siz böhtan və ya, hətta xəyanətlə üzləşə bilərsiniz. Maddi tərəfdən artım gözlənilir - bu ay ərzində çalışqan olduğunuz müdiriyyət tərəfindən dəyərləndiriləcək və maaşınıza bonuslar əlavə olunacaq. Çalışın yaxın zamanda məzuniyyət götürün və səfərə çıxın, bol-bol istirahət edin - tənha Əkizlər kurort romanı qura bilərlər. Uğurlu günləriniz 25, 29, 30 iyuldur, uğursuz gününüz gözlənilmir.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə dünya sizin heç vecinizə də olmayacaq - bütün dərdlərdən uzaq olacaqsız, çoxlu alış-veriş edəcəksiz, restorana, kluba, çimərliyə gedəcəksiz, bir sözlə istirahətin bütün dadını çıxaracaqsız. Maddi vəziyyətiniz xeyli yaxşılaşacaq - kiçik biznes qurmaq üçün əsl vaxtdır. Evlilik təklifi və ya nişan gözlənilir. Bürcün işsiz olan nümayəndələri evdə oturub heç kimdən kömək gözləməməlidirlər - ağıllısınız, kreativsiniz, amma beyninizi 100% işlətmək istəmirsiniz. İşlətsəniz, bəlkə də ən varlı biri olarsınız. Uğurlu günləriniz 26, 27, 31 iyuldur, uğursuz gününüz gözlənilmir.

 

ŞİR (23 iyul - 22 avqust)

Bu həftə məsuliyyətli və diqqətli olun - kiçik bir səhv sizə böyük problemlər yaşada bilər. Sizi həftəiçi kiçik səyahət gözləyir - bu, dostlarınızla və ya sevgilinizlə ola bilər - mütləq gedin, orada yeni tanışlıqlar əldə edəcəksiniz. Bu həftə Şirin dalınca pərəstişkarlar düşəcək, sizin ürəyinizə bir yol tapmaq çalışacaqlar - 100 ölçün, bir biçin və ən ideal partnyoru seçin. Maddi durumunuz düzələcək, lakin lazımsız alış-verişlər etməyin, xərcləri sağlamlığınıza və istirahətə yönəldin. Uğurlu günləriniz 25, 28, 30 iyul, uğursuz gününüz isə 31 iyuldur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Bu həftə paxıllar ətrafınıza doluşacaq - çalışacaqlar sizə ziyan vursunlar, lakin onların Qızların intiqamından xəbərləri yoxdur. Ulduzlar sizin tərəfinizdədir və sizə heç bir ziyan dəyməyəcək, odur ki, rahat olun və çalışın bol istirahət edin. Gələn həftə yeni dövr başlayacaq - müdiriyyət tərəfindən fərqləndiriləcəksiz, karyera yüksəlişi ilə paxılların ürəyini partladacaqsız. İstirahət üçün gözəl bir dövrdür, planlarınızı təxirə salmayın, kefin dadını mütləq çıxarın. Sevgilinizlə dava etməkdən çəkinin, boş-boş qısqanclığa son qoyun - onun ürəyində sizdən başqa heç kim yoxdur. Uğurlu günləriniz 26, 27, 31 iyul, uğursuz gününüz isə 25 iyuldur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Tərəzi gözlənilməz imkanlara sahib olacaq - bu, yeni iş təklifi və ya uğurlu təhsil ocağına qəbul ola bilər. Sevgi cəbhəsində problemlər yaşanır - bu, əks cinsin deyil, sizin günahınızdır. Özünüzə güvənmirsiz, münasibətə girməkdən çəkinirsiz - unutmayın ki, sevgidə ilk addımı kim atırsa, o da qazanır. Həftəsonu sürprizlərlə dolu olacaq - bəlkə sizin üçün bu ilin ən uğurlu dövrü başlayacaq. İşdə bir çox Tərəzilər liderlik qabiliyyətini nümayiş etdirəcək - bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək. Uğurlu günləriniz 25, 28, 29, 30 iyul, uğursuz gününüz isə 26 iyuldur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Əqrəblər üçün bu həftə iş, təhsil və ya gəlirlə bağlı mühüm xəbərlər gətirəcək. Xüsusilə bizneslə məşğul olan Əqrəblər üçün yığılan problemlər uğurla həll olunacaq. Yeni biznes və layihələrə başlamaq, dil kursuna yazılmaq və ya, hətta bir peşəyə yiyələnmək üçün yaxşı dövrdür. Çalışın həftənin sonuna kimi müdiriyyətin “gözünə girin” - hamıdan çox işləsəniz, karyera yüksəlişi əldə edə bilərsiniz. Pulunuz çox olacaq, lakin gələcək üçün pul toplamağı da unutmayın, son vaxtlar bürcün bəzi nümayəndələri çox bədxərc olublar. Uğurlu günləriniz 26, 27, 31 iyul, uğursuz günləriniz isə 28, 29 iyuldur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Oxatan bürcü həftənin əvvəlində bir qədər yorğunluq və bəxtsizlik hisslərinə qapanacaq. Ancaq hiss yalnız çərşənbə gününə qədər davam edəcək. Bu bürcün nümayəndələrinin yeni imkanları, perspektivləri və şansları olacaq. Yeni işə başlamaq, vədlər vermək (və başqaların vədlərinə etibar etmək) tövsiyə edilmir. Oxatanlar əks cinsə tez inanırlar - bir-iki şirin sözdən sonra ürəklərini həmin insana açmağa hazırdılar. Yenicə tanış olduğunuz insandan “Səni sevirəm” sözünü eşitsəniz, inanmayın - bu sözü ucuzlaşdıran insanlardan uzaq durun, unutmayın ki, şirin yalanlar sizi xoşbəxt etməyəcək. Uğurlu günləriniz 28, 30 iyul, uğursuz günləriniz isə 25, 31 iyuldur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Oğlaqlar gözlənilməz qərarlar qəbul edəcək - bu, iş dəyişmək, səyahətə çıxmaq, ölkəni tərk etmək, hətta münasibətə son qoymaq ola bilər. Bu dövr çox qarma-qarışıq olacaq - hadisələr gözlənilməz şəkildə cərəyan edəcək. Səbirli olub, hər bir işi planlı şəkildə qurmaq məsləhət görülür, o zaman problemlərdən uzaq duracaqsız. Bürcün tənha nümayəndələri artıq münasibətə girmək fikrinə gəlməlidirlər - bu dövr ən uğurlu hesab olunur. Karyera yüksəlişi gözləyən Oğlaq, sizi indidən təbrik edirik, ağlınız hesabına buna nail olacaqsız. Uğurlu gününüz 31 iyul, uğursuz günləriniz isə 26, 27 iyuldur.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Bu dövrdə uğur qazanmaq üçün Dolça bütün işgüzarlıq, peşəkar bacarıqlarını işlətməlidir. Həftənin sonuna qədər qarışıqlıq, kiçik çaşqınlıq və narahatlıq sizi müşayiət edəcək. Amma bunun Dolça üçün xoşagəlməz və ya pis nəticələnəcəyini demək olmaz. Bütün bunlar sizin həftəiçi hamıdan çox işləməyinizin nəticəsi olacaq, lakin hər şey yaxşı sonlanacaq və maddi vəziyyətiniz yaxşılaşacaq. Həftəsonu qalmaqala düşə bilərsiz - çalışın artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Uğurlu gününüz 25 iyul, uğursuz günləriniz isə 29, 30 iyuldur.

 

BALIQLAR (19 fevral - 20 mart)

Bu həftə Balıqlar fantaziya və xəyallar dünyasına qərq olacaqlar. Bu, onların yeni münasibətə başlaması, ən ideal insanı tapması və ya gəlirli işə düzəlməsi səbəbindən ola bilər. Münasibətlərdə olan Balıqlar əks cinsə onları sevdiyini bir daha sübut etməlidirlər - aranızda soyuqluq yaranmasına imkan verməyin. Qarşınıza Oğlaq, Buğa və ya Qız çıxıbsa - düşünmədən onlara “hə” deyib münasibətə başlayın - ən ideal cütlük siz olacaqsız. Başqalar sizin işinizə qarışacaqlar, sizə lazımsız məsləhətlər verəcəklər - heç kimə qulaq asmayın və intuisiyanıza güvənin. Uğurlu günləriniz 26, 27 iyul, uğursuz günləriniz isə 25, 31 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 16:00

Bakıda fəhlə "TikTok"da xanımlara jeton göndərmək üçün 7300 ABŞ dolları oğurladı

Xəbər
Bu gün, 15:29

Bakılı görkəmli bəstəkarın doğum günüdür

Xəbər
Bu gün, 15:04

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Xəbər
Bu gün, 14:35

Müəlliməni güllələyən şagirdin atası cəzalandırıldı

Xəbər
Bu gün, 14:28

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi

Xəbər
Bu gün, 14:00

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 13:29

32 yaşlı şəxsin meyiti öz həyətində tapıldı

Xəbər
Bu gün, 13:09

Abşeron və Bakının bu ərazilərində iki gün su olmayacaq

Xəbər
Bu gün, 12:30

Bakıda yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına cəza istənildi

Xəbər
Bu gün, 12:00

Bakıda kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 11:30

Baş nazir TƏBİB rəhbərini bu vəzifədən azad etdi

Xəbər
Bu gün, 10:34

Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası yekunlaşdı - VİDEO

Xəbər
Bu gün, 09:47

Rəis müavini olmaq istədi, 64 min manat pul verdi

Xəbər
Bu gün, 09:21

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Xəbər
Dünən, 18:00

Bakıda DƏHŞƏT: Dənizdə batan 4 nəfərdən 3-ü xilas edildi, 1-i öldü

Xəbər
Dünən, 17:20

Bakıdakı çimərlikdə ilanlarla insanlar bir yerdə üzürlər - VİDEO

Xəbər
Dünən, 16:42

İran AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etdi - MEDİA bəyanat yaydı

Xəbər
Dünən, 15:51

Paytaxt yollarında təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər - VİDEO

Xəbər
Dünən, 15:40

Bakıda əsən güclü külək sabah gündüz saatlarınadək davam edəcək

Xəbər
Dünən, 14:49

Sabah Bakıda 33 dərəcə isti olacaq

Xəbər
Dünən, 14:00

Prezident Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı Sərəncam imzalayıb

Xəbər
Dünən, 13:21

Güclü küləkdə aşan ağacın altında qaldı

Xəbər
Dünən, 11:41

Baş idarəyə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:13

Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək - FOTO

Oxşar xəbərlər