QOÇ (21 mart - 19 aprel)
Bu həftə Qoçu sevgi macəraları gözləyir - eşqdən nə qədər qaçmaq istəsəz də, o, sizi yaxalayacaq. Ətrafınıza baxın, bəlkə sizi gizlicə sevən Dolça və ya Əkizlər var. İş yerinizdə kiçik problemlər ola bilər, əsas da müdiriyyətlə - çalışın tapşırıqları vaxtında yerinə yetirin, yoxsa rəhbərliyin gözündən düşmək ehtimalı var. Cibiniz boş olmayacaq, əksinə, yüksək artım gözlənilir. Lakin bədxərc olmayın - xərcləri gələn həftəyə saxlayın. Uğurlu gününüz 7 avqust, uğursuz günləriniz isə 3, 4 avqustdur.
BUĞA (20 aprel - 20 may)
Çox vaxt seçim arasında qalan Buğa bu həftə qərar verməlidir - bu qərar onun gələcəyi üçün həlledici olacaq. Bu ərəfələrdə sosial şəbəkələrdə tanışlıqlara ara verin - sonu uğursuzluqla nəticələnə bilər, hətta aldana bilərsiniz. Xaricə getmək fikriniz varsa, mütləq gerçəkləşdirin - ümumiyyətlə heç bir arzunuzu ürəyinizdə qoymayın, çin edin. Maliyyə baxımından bu həftə siz daha diqqətli və sayıq olmalısınız, çünki fırıldaqların və ya vicdansız əməliyyatların qurbanı ola bilərsiniz. Uğurlu günləriniz 1, 2 avqust, uğursuz günləriniz isə 4, 6 avqustdur.
ƏKİZLƏR (21 may - 21 iyun)
Əkizlər həyatlarında dəyişiklik etməkdən çəkinirlər, lakin bir yerdə durmaq da sizin üçün faydalı deyil - buraxın hər şəyi həyatın axarına. Dedi-qodu və intriqalar həftə boyu sizi təqib edəcək - uğurunuz çox insanı əsəbiləşdirir. Lakin heç kimə fikir verməyin və imkan verməyin ki, sizi özünüzdən çıxarsınlar. Münasibətə girməyə tələsməyən Əkizlər gözlənilmədən öz ruh yoldaşını tapacaqlar. Lakin onları əvvəlcə sınamalı, yalnız bundan sonra ürəyinin qapılarını açmalıdırlar. Maliyyə durumunuzdan narahat olmayın - cibiniz pulla dolacaq, hətta “artıq pulları necə və haraya xərcləyim?” sualı yaranacaq. Uğurlu günləriniz 2, 3 avqust, uğursuz günləriniz isə 1, 7 avqustdur.
XƏRÇƏNG (22 iyun - 22 iyul)
Tənha Xərçənglər yeni tanışlıqlar və münasibətlər üçün şans qazanacaqlar. Bu həftə çalışın işdə maksimum gücünüzü göstərin, hətta ağır lahiyələr varsa, götürün - bu ərəfələrdə özünüzü göstərsəniz, rəhbərlik tərəfindən sizə perspektivli vəzifə veriləcək. Lakin iş yoldaşlarınızla da münasibəti korlamayın, lazım olsa, onlardan kömək istəyin. Həftəsonu bəzi işləriniz istədiyiniz kimi getməyə bilər, lakin ruhdan düşməyin, sonu mütləq gözəl olacaq. Səyahətə çıxmaq, bol-bol istorahət etmək üçün əla vaxtdır. Uğurlu günləriniz 1, 4, 5, 6 avqust, uğursuz günləriniz isə 2, 3 avqustdur.
ŞİR (23 iyul - 22 avqust)
Qalmaqaldan qaçan Şir bu həftə intriqaların düz mərkəzində olacaq, buna şəraiti isə özü yaradacaq. Gözəlliyi ilə seçilən bu bürc ətrafda olan əks cinsin nümayəndələrini özünə cəlb edəcək, bu isə həmin insanların həyat yoldaşları tərəfindən heç də yaxşı qarşılanmayacaq. Onlar sizi günahkar biləcəklər və sizinlə dava etməyə çalışacaqlar, lakin burada sizin tək bir günahınız cazibədar olmağınızdır. Həftənin sonuna qədər həyatınızda heç nəyi dəyişməmək tövsiyə olunur, çünki dəyişikliklər istənilən nəticəni verməyəcək, əksinə, vəziyyəti gərginləşdirəcək. Uğurlu günləriniz 2, 3, 7 avqust, uğursuz günləriniz isə 4, 5, 6 avqustdur.
QIZ (23 avqust - 22 sentyabr)
Qız bürcünün güvəni sinir hüceyrələri kimidir - demək olar ki, bərpa olunmur. Bu həftə yaxın bildiyiniz insan tərəfdən aldanacaqsız, lakin bu yaxşı xəbərdir - boynunuzda bəslədiyiniz ilanı həyatınızdan atmaq vaxtı gələcək. Peşəkar sahədə bəzi layihələr özünü doğrultmayacaq və onları bağlamaq lazım gələcək. Lakin vaxtı gəldikdə arzuladığınız işlər mütləq həyata keçəcək. Sevgi işlərində Qız üçün dürüst və açıq olmaq, maliyyə məsələlərində isə əksinə, planlarını açıqlamamaq lazımdır. Əgər siz rəhbərliyə yeni ideya təqdim etsəniz, pul artımı ola bilər. Uğurlu günləriniz 1, 4, 5, 6 avqust, uğursuz gününüz isə 7 avqustdur.
TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)
Tərəzi bürcünü heç vaxt aldatmayın, nə qədər acı olsa da, həmişə ona həqiqəti söyləyin - Tərəzi yalanları nadir hallarda bağışlayar… Sevgi cəbhəsində gərginlik ola bilər - bu, yalan, qısqanclıq, anlaşılmazlıq və ya diqqətsizlik səbəbindən baş verə bilər. Bu həftə istirahəti unudub işləmək lazımdır - əziyyətin bəhrəsini mütləq görəcəksiz. Bürcün tənbəl nümayəndələri uğursuzluqla qarşılaşa, hətta işdən qovula bilərlər. Həftənin əvvəlində cibiniz pulla dolu olacaq, lakin bədxərclik etsəniz, tezliklə pulsuz qala bilərsiz. Uğurlu günləriniz 2, 3, 7 avqustdur, uğursuz gününüz gözlənilmir.
ƏQRƏB (24 oktyabr - 21 noyabr)
Əqrəb çətin insan deyil - xətrinə dəydinizsə, onu qucaqlayın, bir-iki kompliment deyin və o əriyəcək, sizi bağışlayacaq. Həftənin əvvəlində xətrinizə dəyə bilərlər, lakin bu sizin günahınız ola bilər - son vaxtlar soyuqqanlı və diqqətsizsiniz. Çalışın sevdiyiniz insana çox vaxt ayırın, əks halda sevgi alovu sonə bilər. Əqrəblərdən daha əvvəl başlanmış mühüm işləri başa çatdırmaq üçün bütün dözüm və güclərini nümayiş etdirmək tələb olunacaq. Qarşı cinslə münasibətlərdə hiylə və yalanla üzləşə bilərsiz - çalışın diqqətli olun, “şirin dilə” aldanmayın. Həftəsonu sizi hədiyyə və sürprizlər gözləyir. Uğurlu günləriniz 1, 4, 5, 6 avqustdur, uğursuz gününüz gözlənilmir.
OXATAN (22 noyabr - 21 dekabr)
Oxatan ən həssas bürclərdən biri sayılır, onların xətrinə dəymək çox asandır. Lakin bu bürc kimdənsə intiqam almağa başlasa, vay o insanın halına - onda Oxatanlar ən qəddar bürcə çevrilirlər. Bu həftə insanlar sizi başa düşməyə bilərlər, sizi incidə bilərlər, lakin bu zaman səbirli olmalısınız, ötüb keçməlisiniz - qalmaqal sizə sərf etməyəcək. Onlar səhv etdiklərini zamanla başa düşəcəklər. Digər tərəfdən isə nifrət etdiyiniz bir insan sizə quyu qazmağa başlayacaq, lakin vaxtında cavab versəniz, o, özü qazdığı quyuya düşəcək. Pulunuz çox olacaq, lakin xərcləriniz də xeyli artacaq. Uğurlu günləriniz 2, 3, 7 avqust, uğursuz gününüz isə 1 avqustdur.
OĞLAQ (22 dekabr - 19 yanvar)
Bu ərəfələrdə Oğlaqlar üçün əsas məsləhətlər - təlaşa düşməmək, vədlərdən uzaq olmaq, israfçılıq etməmək. Bu həftə öncə buraxdığınız səhvlərdən dərs çıxarmalı olacaqsız - bu dərs sizin gələcəyiniz üçün müsbət rol oynayacaq. İş yerinizi və ya fəaliyyət sahənizi dəyişmək, həm maliyyə, həm də qeyri-maddi baxımdan daha gəlirli sahələrə yiyələnmək şansı olacaq. Sizə borcu olan insanlar aldıqları pulları geri qaytaracaqlar - lakin bu ay heç kimə borc verməyin, o pullar geri qayıtmaya bilər. Avqustun sonuna qədər enerjiniz bir qədər azala bilər - əlavə istirahət götürmək məsləhətdir. Uğurlu günləriniz 1, 4, 5, 6 avqust, uğursuz günləriniz isə 2, 3 avqustdur.
DOLÇA (20 yanvar - 18 fevral)
Bəzən Dolça özünü yaşlı nənə kimi aparar - hər şeydən narazı olar, dedi-qodu edər və hamıya nifrətlə yanaşar. Bu həftə bu bürc hamı ilə dalaşmağa meyilli olacaq - nə etsəz də, Dolça hər şeyə mız qoyacaq. Lakin maliyyə tərəfdən hamını geridə qoyacaq - pulqabısının qalınlığı ilə hamıdan seçiləcək. Sevgi tərəfdən ayın sonuna kimi bəxtiniz gətirməyəcək - nə edək, Kupidon sizdən üz döndərib. Amma pis olmayın, əsl sevgi qabaqdadır - sadəcə ulduzlar sizə ən layiq olanı axtarır. Uğurlu günləriniz 2, 3, 7 avqust, uğursuz günləriniz isə 4, 6 avqustdur.
BALIQLAR (19 fevral - 20 mart)
Balıqların əsas problemlərindən biri insana çox bağlı olmalarıdır… Bu bürcün sevgisinə Leyli və Məcnun da paxıllıq edərdilər. Bu həftə Balıqlar yeni münasibətə baş vuracaqlar - Buğa, Qız və Oğlaq ən gözəl seçim ola bilər. Bürcün karyera artımı haqqında düşünən nümayəndələri müdiriyyətin “gözünə girməlidirlər” - yeni ideyalar, layihələr hazırlayın və hamını geridə qoyub uğura imza atın. Maliyyə baxımından kiçik bonuslar gözlənilir, o pulları özünüzə və istirahətə xərcləyin. Uğurlu günləriniz 4, 5, 6 avqust, uğursuz günləriniz 1, 7 avqustdur.