Paytaxtda, aeroport yolunda betonqarışdıran maşın aşıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Yük avtomobili “Opel” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb. Hadisə yerinə Təcili Tibbi Yardım bqriqadası və FHN-nin əməkdaşları cəlb olunub.
Hazırda yolda hərəkət tənzimlənir.
Yenilənib - 16:50
Baş vermiş qəza nəticəsində 3 nəfər - 49 yaşlı E.Həsənov, 47 yaşlı V.Həsənov və 39 yaşlı Q.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara sağ və sol qolların, eləcə də döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Yaralılardan ikisi evə buraxılıb. Digər bir nəfərin həkim nəzarətində müalicəsi davam edir.