Sosial şəbəkələrin Azərbaycan seqmentində Bakıdakı özəl klinikaların birində cinsiyyəti qeyri-müəyyən uşağın doğulması ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Yenidoğulmuşun sidik və idrar yolu qapalı olduğundan dərhal müvafiq əməliyyatın aparılmasının zəruri olduğu qeyd edilib. Bu əməliyyat üçün 30 min manat məbləğində vəsait toplanmasına başlanılıb.
Adıçəkilən tibb müəssisəsinin uşaq cərrahı Gündüz Ağayev sosial şəbəkələrdə yayılan məlumatların əsassız olduğunu bildirib. O, həmçinin bildirib ki, doğulan körpə qızdır və uşağa heç bir cərrahi müdaxilə məsləhət görülməyib.