top
Bakıda Yeni il korporativ şənliyini harada qeyd etmək olar?
21 noyabr 2022, 05:15
- ↺ +

Bakıda Yeni il korporativ şənliyini harada qeyd etmək olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Korporativ tədbirlər arasında Yeni il şənliyi xüsusilə məşhurdur və sevilir. Bu bayramı gözləyirlər, ona hazırlaşırlar və böyük ümidlər bəsləyirlər. Bu cür etimadı doğrultmaq üçün Yeni il korporativ şənliyinin təşkilinə xüsusi diqqətlə yanaşmaq və tədbirin keçiriləcəyi yeri əvvəlcədən seçmək lazımdır.

Bir çox şirkətlər dekabr ayında korporativ tədbirləri keçirməyə hazırlaşır və mövcüd məkanların sayı getdikcə azalır. Uyğun restoran tapmaq işini asanlaşdırmaq məqsədilə Bakuplus.az komandası Yeni il şənliyi üçün Bakıda bir sıra maraqlı məkanlar haqda təklif hazırlayıb.

 

Gecə paytaxtına panoramik mənzərə ilə

“Natavan Restaurant Baku” İçərişəhərin “Şirvanşah” hotelinin üst mərtəbəsində yerləşir. Restoranın mənzərəli pəncərələrindən paytaxtın bütün tarixi hissəsini görmək olar. “Natavan” adambaşına 50 manatdan 100 manata qədər banket menyusu təklif edir, zalda 70 qonaq yerləşə bilər. Restoran gecəyarısına qədər açıqdır.

[URIS id=79961]

 

Orta əsr karvansarasında

“Art Garden Restaurant” İçərişəhərdə, XII əsrin tarixi karvansarasında yerləşən daha bir restorandır. Bura ənənəvi Azərbaycan yeməklərinin geniş çeşidi ilə məşhurdur. 200 nəfərin yerləşə biləcəyi karvansaranın həyətində axşamlar canlı milli musiqi səsləndirilir. Banket menyusunun qiyməti 90 manatdan 160 manata kimi dəyişir, qiymətə limitsiz “Savalan” brendinin şərabı daxildir. Restoran 23:00-a qədər açıqdır.

[URIS id=79963]

 

Gəmidə dalğaların səsi ilə

“Suraxanı” gəmi-muzeyinin tankerdə açılmış restoranı Dənizkənarı Milli Parkın ərazisindəki diqqətəlayiq yerlərdən biri sayıla bilər. Xüsusi aksesuarlar və elementlər restoranda xüsusi dəniz romantikası atmosferi yaradır. 70 nəfər yerləşdirən restoranın banket menyusu 65-105 manat arası təklif edilir. Qiymətə musiqi daxildir. Restoran saat 00:00-a kimi fəaliyyət göstərir.

[URIS id=79966]

 

Yalnız yaxınlar üçün bar ab-havası

“BarDuck” şəhərin mərkəzində gurultulu şənliklər üçün uyğun kokteyl barıdır. Barın öz banket menyusunun olmamasına baxmayaraq, depozit qarşılığında tədbir keçirmək üçün müəssisəni tamamilə bağlamaq mümkündür. Restoran 65 nəfərə qədər qonaq qəbul edir, tədbir səhər saat 03:00-a kimi keçirilə bilər.

[URIS id=79971]

 

Gecə klubu - hamı rəqs etsin!

“Ruby 360 Restaurant&Club” - Bakı bulvarında, Bayraq Meydanının yaxınlığında yerləşən dəbli restoran və gecə klubudur. Banket zalı 65 nəfərə qədər qonağı yerləşdirə bilər, banket menyusunun qiyməti 110 manatdan başlayır. Müəssisə gecə saat 02:00-a kimi açıqdır.

[URIS id=79976]

 

Təbiətə daha yaxın

“Dreamland Restaurants&Events” qolf klubunun ərazisində yerləşən 4 müstəqil restorandan ibarətdir. Kompleks şəhərin səs-küyündən uzaqda yerləşir və qolf meydançaları və süni göllə əhatə olunub. Banket menyusunun qiyməti 75 manatdan başlayır və 120 manata kimi dəyişir. Zallar 50 nəfərdən 100 nəfərə qədər yerləşdirir. Tədbirlər saat 00:00-a qədər davam edə bilər.

[URIS id=79987]

 

“Binə Atçılıq Markəzi”ndə yerləşən “Çapar” restoranı - paytaxtın ətraf ərazilərində Yeni il şənliyi keçirmək üçün daha bir seçim. Elit atçılıq kompleksinin ərazisində 100 nəfərə qədər qonaq qəbul edə bilən, "kənd" üslubunda panoramik pəncərələri olan restoran var. Banket menyularının qiymətləri 60 manatdan başlayır və 120 manata çatır. Qiymətə canlı musiqi daxildir. Tədbirlərə gecə saat 12:00-a qədər icazə verilir.

[URIS id=79979]

Korporativ tədbir planlaşdırarkən, həmçinin əyləncə proqramını əvvəlcədən düşünmək tövsiyə olunur: dekabr ayında tədbirin aparıcılarına, DJ-lərə və rəqqasələrə yüksək tələbat var və onların xidmətlərini əvvəlcədən sifariş etməyə dəyər.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər