Bakı-Quba yolunun yararsız vəziyyəti sürücülərin narazılığına səbəb olur. Bu haqda Bakuplus.az sosial şəbəkələrdəki videogörüntülərə istinadən xəbər verir.
Avtomobil yolunun pis vəziyyətdə olması oradan keçən nəqliyyat vasitələrinə ziyan vurur, gecə vaxtı və yağışlı, dumanlı havada təhlükə yaradır.
Daha öncə də sözügedən yolda bir ailənin həlak olması ilə nəticələnən avtoqəza haqqında məlumat verilmişdir.
Hazırda eyni istiqamətdə alternativ yol cari il ərzində istifadəyə veriləcək.