top
Dünya şöhrətli balaxanılı bəstəkarın doğum günüdür
20 iyun 2025, 00:30
- +

Dünya şöhrətli balaxanılı bəstəkarın doğum günüdür

Azərbaycanın tanınmış bəstəkarı Cahangir Cahangirovun doğum günüdür.

O, 1921-ci ildə Balaxanı kəndində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

1949-cu ildən başlayaraq C.Cahangirov Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Onun yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib.

Cahangir Cahangirov həm də Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq, bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.

Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.

Cahangir Cahangirov 1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb.

1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.

1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.

Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov dahi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.

Bəstəkar irihəcmli, mürəkkəb formalı əsərlərlə yanaşı, həm də sevilən mahnıların müəllifidir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Alagöz" və s. mahnıları bu gün də sevilir.

Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib və Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 13:13

Komendant yıxılaraq ölüb

Xəbər
Bu gün, 12:15

Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər

Xəbər
Bu gün, 11:15

Tarzən vəfat etdi

Xəbər
Bu gün, 10:15

"Həzi Aslanov" metrostansiyasındakı təmir işləri ilə bağlı açıqlama

Xəbər
Bu gün, 09:19

DİQQƏT: Bu gün bu ərazilərdə qaz olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edən 66 yaşlı qadın saxlanıldı

Xəbər
Dünən, 17:20

DİN: 9 ayda 4181 odlu silah götürülüb

Xəbər
Dünən, 16:20

Ötən ay 108 nəfərin xarici diplomu tanınmayıb

Xəbər
Dünən, 15:20

Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI

Xəbər
Dünən, 15:06

Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Dünən, 14:20

Son doqquz ayda 379 nəfər dərmandan zəhərlənib

Xəbər
Dünən, 13:25

Keçmiş MTN polkovniki azadlığa buraxıldı

Xəbər
Dünən, 13:00

Bakıda işdən çıxarılan 39 yaşlı kişi xalası oğlunu öldürdü

Xəbər
Dünən, 12:47

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:25

Sabah pensiyalar tam ödəniləcək

Xəbər
Dünən, 11:30

FHN: Ötən həftə 169 yanğına çıxış olub, 32 nəfər xilas edilib

Xəbər
Dünən, 11:14

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Xəbər
Dünən, 10:30

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Sabunçu
Dünən, 09:57

Kişi ondan ayrılmaq istəyən sevgilisini TAKSİDƏ DÖYDÜ

Xəbər
Dünən, 09:43

Ər onunla kobud danışan arvadını yumruqladı, qadın kişini bağışladı

Xəbər
Dünən, 09:30

AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna endi

Xəbər
Dünən, 00:01

Zəngilan şəhərinin azad olunmasından 5 il ötür

Xəbər
19 oktyabr 2025, 21:00

20 - 26 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Oxşar xəbərlər