top
Azərbaycanda pensiya sistemi dəyişir: Vətəndaşları nə gözləyir? – Yeni seçim
15 sentyabr 2025, 09:49
- ↺ +

Azərbaycanda pensiya sistemi dəyişir: Vətəndaşları nə gözləyir? – Yeni seçim

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.

Özəl pensiya fondları vətəndaşların yığım vərdişlərinin formalaşmasına stimul verə bilərmi? Bu, pensiya sisteminin dayanıqlılığına və uzunmüddətli maliyyə sabitliyinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması əhəmiyyətli bir islahat sayılır və pensiya sisteminin gələcəkdə necə formalaşacağına ciddi təsir edə bilər:

"Azərbaycanda pensiyalar əsasən dövlət sosial sığorta sisteminə, yəni "pay-as-you-go" (PAYG) modelinə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir. Əhali yaşlananda və işçi-pensiyaçı nisbəti azaldıqca bu sistemdə maliyyə təzyiqi artır. Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır. Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönləndiriləcək, bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər. Pensiya fondlarının topladığı vəsaitlər səhm, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzunmüddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listinq olunmasına səbəb ola bilər".

İqtisadçı qeyd edib ki, fondlar düzgün tənzimlənərsə maliyyə sisteminə əlavə "yastıq" yaradılır və böhran dövrlərində dövlətin yükü azalır:

"Vergi güzəştləri və ya dövlətin müəyyən bir hissə ilə yığımlara qoşulması vətəndaşları aktiv iştirak etməyə təşviq edə bilər. Hazırda insanların əksəriyyəti gəliri qısa müddətli istehlaka yönəldir. Özəl pensiya fondları isə uzunmüddətli maliyyə planlaşdırma və qənaət vərdişini gücləndirə bilər. Vətəndaşların fondlara etimadı ən kritik faktordur. Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır. Proses risklərdən də xali deyil. Məsələn, fondların səhv investisiya qərarları vətəndaşların yığımını təhlükəyə ata bilər. Vəsaitlərin uzunmüddətli alətlərdə dondurulması təcili ehtiyac zamanı çıxış imkanlarını da məhdudlaşdıra bilər".

Akif Nəsirli

Ekspert əlavə edib ki, ilk mərhələdə vətəndaşların fondlara qoşulmaqda tərəddüdü mümkündür:

"Ümumiyyətlə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər. Bununla yanaşı, bu fondlar vətəndaşların yığım və maliyyə savadlılığı mədəniyyətinin formalaşmasında əsas stimul rolunu oynaya bilər. Amma uğurun açarı güclü qanuni baza, dövlət nəzarəti və şəffaf idarəçilik olacaq".

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər