top
Bu gün operator Rasim İsmayılovun anım günüdür
05 may 2023, 01:00
- +

Bu gün operator Rasim İsmayılovun anım günüdür

Rasim Rza oğlu İsmayılov 13 iyul 1936-cı ildə Bakıda anadan olub.

O, 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində, görkəmli operator Boris Volçekinin kursunda təhsil alıb. İsmayılov təhsilini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. [Кино: Энциклопедический словарь. Москва-1987]

Rasim İsmayılov 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Quruluşçu operator kimi 20 bədii, 10 sənədli film çəkib, rejissor kimi isə 7 bədii filmə quruluş verib.

İsmayılovun müxtəlif illərdə lentə aldığı "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Dədə Qorqud" kimi ekran əsərləri ona şöhrət gətirir. 1979-cu ildə Rasim İsmayılov kinorejissor Eldar Quliyevdən "Babək" filminə dəvət alır. Çəkilişləri uğurla başa çatan "Babək" keçmiş SSRİ Dövlət Kinematoqrafiyasında birinci kateqoriyaya layiq görülür. Filmə bir il ərzində 60-a yaxın ölkənin ekranlarında 35 milyon tamaşaçı baxır.

Rasim İsmayılov, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, "Mozalan" satirik kinojurnalı ilə rejissor və ssenarist kimi əməkdaşlıq edib. Operator uşaqlar üçün nağılların müəllifidir. "Uçan çinarlar" kitabı ölümündən sonra nəşr olunub. [http://www.anl.az/down/meqale/xalqqazeti/2017/iyul/550054.htm

İsmayılov "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Rasim İsmayılov 5 may 2004-cü ildə vəfat edib. [Rasim Rza oğlu Ismayılov (Nekroloq). //Xalq qəzeti..-2004.- 5 may. - S. 7.]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Oxşar xəbərlər