Boz ayın son çərşənbəsi olan “Yer çərşənbəsi” xalq arasında “İlaxır Çərşənbə” və “Torpaq çərşənbəsi” kimi də tanınır.
Bu çərşənbə həmin gün yerə istilik gəldiyi üçün belə adlanır. İnama görə, İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Axır çərşənbənin özünəməxsus inancları, xüsusiyyətləri var. Torpaq çərşənbəsində insanlar qonaq getməyə başlayır, dünyalarını dəyişmiş yaxınlarınn qəbirlərini ziyarət edirlər. Axır çərşənbə günü tonqallar qalanır, ailə üzvlərinin sayına görə şam yandırılır, subay oğlan və qızlar fallara baxır. İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyinməli, xoş sözlər danışmalıdır.