top
Buzovnada maşın piyadanı vuraraq öldürüb
Bu gün, 13:20
- +

Buzovnada maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb.

Bakuplus.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib.

"Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.

Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

"Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 16:20

Avtomobildən bank kartını oğurlayan şəxs saxlanılıb

Xəbər
Bu gün, 15:20

Bakıda daha bir yanğın təhlükəsi aradan qaldırıldı

Aktual Xəbərlər
Bu gün, 14:20

Polis 22 qumbara aşkarladı

Aktual Xəbərlər
Bu gün, 12:20

Bakıda FACİƏ: İki uşaq dəm qazından BOĞULDU

Aktual Xəbərlər
Bu gün, 11:24

Mərdəkanın bu küçəsi bərbad vəziyyətdədir - Sakinlər etiraz edir

Aktual Xəbərlər
Bu gün, 10:30

Bakıda avtomobil motosikletlə toqquşdu - Ölən var

Aktual Xəbərlər
Bu gün, 09:34

Bakıda kişi dəm qazından boğulub

Aktual Xəbərlər
Dünən, 19:30

Bakıda at əti qutabı

Aktual Xəbərlər
Dünən, 18:30

Yasamalda 20 kq marixuana aşkarlanıb

Aktual Xəbərlər
Dünən, 17:30

Binəqədidə yanğın: 3 nəfər təxliyə olundu

Aktual Xəbərlər
Dünən, 16:30

Sərxoş kişi qızının telefonuna gələn zəngə görə arvadını vəhşicəsinə döydü - MƏHKƏMƏ

Aktual Xəbərlər
Dünən, 15:30

Bakıda qadın onu əsəbiləşdirən ərini döydü - HÖKM

Aktual Xəbərlər
Dünən, 15:05

İşləyən pensiyaçılar üçün yeni təklif

Aktual Xəbərlər
Dünən, 15:00

"1500 manat ödəyirik, istilik yoxdur" deyən tələbəyə universitetdən cavab

Aktual Xəbərlər
Dünən, 14:33

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Aktual Xəbərlər
Dünən, 14:30

Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Aktual Xəbərlər
Dünən, 13:30

Qaradağda top mərmisi tapılıb

Aktual Xəbərlər
Dünən, 12:30

Kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıb

Xəbər
Dünən, 11:56

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundovanın doğum günüdür

Aktual Xəbərlər
Dünən, 11:51

Əməliyyat masasından məhkəmə zalına - Ali Məhkəmədən yeni qərar

Aktual Xəbərlər
Dünən, 11:30

"Bakı Metropoliteni"nin departament rəhbəri işdən çıxarıldı

Aktual Xəbərlər
Dünən, 10:30

Aeroport yolu buz bağladı, nəqliyyatın hərəkəti çətinləşdi

Aktual Xəbərlər
Dünən, 09:27

33 yaşlı kişi dəm qazından öldü

Oxşar xəbərlər