top
Cütləşmə zamanı aqressivləşən ilanlar: Bakıda ən təhlükəli ərazilər haralardır?
27 avqust 2024, 08:00
- ↺ +

Cütləşmə zamanı aqressivləşən ilanlar: Bakıda ən təhlükəli ərazilər haralardır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 28 növ ilan yaşayır, onlardan yalnız 6-sı zəhərlidir. Ən təhlükəlisi isə gürzədir. Bu sürünən paytaxtımızda kifayət qədər geniş yayılıb.

Son dövrlər ilanlar yaşayış binalarında, həyətyanı sahələrdə və bağlarda daha çox müşahidə edilir. Araşdırmalar zamanı məlum olub ki, çoxalma mövsümündə ilanlar daha çox aktivləşir və onlar bu dövrdə bir-birlərini axtardıqları üçün daha çox göz önündə olurlar. Cütləşmə mövsümündə daha aqressiv olduqları üçün dişləmə də məhz bu vaxtlarda baş verir.

İlanlar mart-aprel aylarında qış yuxusundan oyanır, sığınacaqlarını tərk edərək qidalanmağa başlayırlar. Qışda itirilən qida ehtiyatlarını bərpa edərək aktivləşirlər. Bu yolla onların zəhərləri də aktivləşir. Ov əldə etmək üçün zəhərdən istifadə edirlər. Onlar öz zəhərləri ilə yırtıcıları öldürüb udurlar. İlan zəhərlidirsə, yazda dişləsə, insanı zəhərləyə bilər. Çünki ilin istənilən vaxtında ilan zəhəri aktiv olaraq qalır. İstilərin artması ilə zəhər daha da şiddətlənir.

Paytaxtda zəhərli ilanlara daha çox Novxanı, Fatmayı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Qaradağ, Ələt, Ceyranbatan və Hövsan ərazilərində rast gəlmək olar.

Bakuplus mövcud vəziyyəti nəzərə alaraq ilan dişləmələri zamanı diqqət edilməli məqamlara toxunub:


  • İlk olaraq yaranı bağlayın. İlan sancması zamanı ilk addım yaranı sıxmaqdır. Bu, zəhərin bədənə yayılmasını yavaşlatmağa kömək edə bilər.

  • Növbəti addım isə, təcili yardım çağırmaqdır.  Yaralını dərhal xəstəxanaya çatdırın və həkimə müraciət edin. Həkim yarayı müayinə edib, uyğun müalicə üsulunu tətbiq edəcəkdir.

  • Bundan başqa çoxlu maye qəbul edin.  İlkin müalicədən sonra insan çoxlu maye qəbul etməlidir ki,  böyrək vasitəsilə qanın təmizlənməsinə kömək olsun.

  • Sancan yeri kəsmək, dağlamaq, yaralamaq olmaz.  İlk saniyələrdə mümkün qədər sıxmaqla oradan qanı çıxarmaq olar ki, zəhər xaric olunsun. Amma bir neçə dəqiqədən sonra sıxmaqla qan çıxarmaq, zəhəri çölə atmaq mümkün olmur. Həmin yeri sormağın, kəsməyin heç bir xeyri yoxdur, əksinə, ziyanı var.

  • İlan sancmalarından qorunmaq üçün ətraf mühitdə diqqətli olun və təhlükəsizlik qaydalarına əməl edin. Gürzələr mühitə uyğunlaşaraq rənglərini gizlədə bilər, buna görə də ehtiyatlı olun.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
16 oktyabr 2026, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
16 oktyabr 2026, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Oxşar xəbərlər