COP29 ilə bağlı viza sistemi aktivləşdirilib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanda qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə xüsusi COP29 viza müraciət sistemi yaradılıb.
“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar.
Ətraflı məlumata buradan baxmaq olar.