top
“Exstraseans”
11 sentyabr 2022, 05:30
- ↺ +

“Exstraseans”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Necəsiniz, kinosevərlər? Filmə baxmaq istəyirsiniz? Bu dəfə sizə şoudan yox, gerçək həyatdan danışmaq istəyirik. İndi haqqında bəhs edəcəyimiz kino real hadisələr əsasında çəkilib.

 

“Vəhşi şəraitdə” (2007)

Bioqrafiya, drama

İMDB: 8.1/10

Vaxt: 2 saat 28 dəqiqə

 

Təsəvvür edin, 24 yaşdasınız, Harvard universitetinə daxil olmaq şansına sahibsiniz, ailəniz sizə avtomobil hədiyyə edir, şəxsi bank hesabınızda isə 24.000 ABŞ dolları var. İdeal bir həyatdır, elə deyilmi? Ancaq Kristofer Makkendls belə düşünmür. Maddiyyət onu maraqlandırmır, bu dəyərlərlə yaşayan cəmiyyəti də başa düşmür. Gənc oğlan təbiətdə yalnız və azad yaşamağı arzulayır və belə də edir.

O, bütün pulunu xeyriyyəyə xərcləyir, sənədlərini yandırır, özünə yeni ad seçir və avtostopla Alyaskaya doğru yola düşür. Təhlükəli səyahətə çıxan qəhrəmanı nələr gözləyir?!

Kristofer Makkendlsin hekayəsini öyrənən insanlar 2 yerə bölünür. Bəziləri onun saf və ağılsız olduğunu düşünürlər, digərləri isə gəncin cəsarətli və azad ruhunu vurğulayırlar.

Bəs sizcə bu addımı necə adlandırmaq olar?

Rejissor Şon Penn 1996-cı ildə səyahətçinin yazıları əsasında nəşr olunan kitabı 1 gecədə oxumuş və o qədər heyrətlənmişdir ki, dərhal bu haqda kino çəkmək qərarına gəlmişdir. Lakin gəncin ailəsini razı salmaq onun 10 ilini almışdır.

Film Kristofer Makkendlsin səyahət boyunca olduğu gerçək lokasiyalarda lentə alınıb. Çəkiliş heyəti Alyaskaya ilin hər fəslini lentə almaq üçün 4 dəfə səfər edib.

Səyahətçi Alyaskada, ən yaxın yaşayış məntəqəsindən 50 km aralıda, tərk edilmiş bir avtobusda yaşayırdı. Kinonun premyerasından sonra həmin avtobusu görmək üçün yüzlərlə insan təhlükəli meşələrə üz tuturdu. 13 il ərzində dövlət orqanları dəfələrlə xilasetmə əməliyyatları keçirmişdir, bir neçə insan çayda boğularaq ölmüş və ya itkin düşmüşdür. 2020-ci ildə hakimiyyət tərəfindən avtobus helikopter ilə götürülərək naməlum istiqamətdə aparılmışdır.

Film 15 milyon ABŞ dolları büdcə ilə 56 milyon ABŞ dollarından çox gəlir əldə etmişdir. O, 1 kateqoriya üzrə nüfuzlu “Qızıl Qlobus” mükafatını qzanmışdır.

[URIS id=69352]

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər