Moskvada saxlanılan aksiya iştirakçılarının məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Azfront-a istinadən xəbər verir.
Zamoskvoretski məhkəməsəinin qərarına əsasən, qadınlardan biri Moskva şəhərinin İcra Hakimiyyətinin orqanları ilə razılaşdırılmamış piket təşkil etdiyinə görə 20.000 rubl, digər 3 nəfər isə həmin aksiyada iştirak etdiyinə görə 15.000 rubl məbləğində cərimələniblər.
19 oktyabr 2022-ci il tarixində Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların iştirakı ilə aksiya keçirilmişdir. Piket zamanı 4 nəfər qadın saxlanılmışdır.
Bundan əvvəl, 15 oktyabr 2022-ci il tarixində eyni mövzuda aksiya Fransanın Bakıdakı səfirliyinin qarşısında təşkil olunmuşdur. İştirakçılar Gəncəyə raket hücumu zamanı həlak olan körpələrin şəkillərini, eləcə də Azərbaycan xalqının Fransa senatına ünvanlanan petisiyanın emblemini nümayiş etdirmişdilər.
Sözügedən petisiya Fransa senatının Azərbaycana sanksiya qoymaq niyyətinə cavab olaraq 11 oktyabr tarixində Mesopinions.com saytında yerləşdirilib və qısa zamanda 40.000-dən artıq imza toplayıb.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq