Bakıda partlayışın baş verdiyi klubda yaralananlardan bir nəfər dünyasını dəyişib. Bu haqda BakuPlus.az Report-a istinadən 7 aprel tarixində xəbər verir.
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər - 23 yaşlı Fərqanə Eynullayeva vəfat edib.
O, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.
Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.