top
Həftəlik bürclər 10 APREL - 16 APREL
09 aprel 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 10 APREL - 16 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qoçlar, bu həftə stresdən uzaq durun: istirahət etmək və tək qalmaq üçün fürsət tapın. Həftəiçi iki həyat yaşayacaqsınız: biri rəngarəng, cəlbedici, ətrafda çoxlu insanla dolu, digəri isə sakit və tənha. İş yerində yeni öhdəliklər ola bilər: sadəcə müdiriyyətin yeni tapşırıqlarını qəbul edin və bütün gücünüzü buna sərf edin. Sonda nəticələr uğurlu olacaq və maddi durumunuz xeyli yaxşılaşacaq. Uğurlu günləriniz 12, 16 aprel, uğursuz gününüz isə 11 apreldir.

BUĞA bürcü


Bu həftə ərzində şəxsi münasibətləriniz müsbət istiqamətdə inkişaf edəcək. Sevgiliniz sizə sürpriz edəcək, hətta xaricə getmək təklifi gələ bilər. Subay Buğaların daha çox pərəstişkarı olacaq: hamı sizin ürəyinzi almaq istəyəcək. İşdə mövqeyinizi gücləndirəcəksiniz və vaxtaşırı müdir kimi davranacaqsınız: xüsusilə öz peşəsində intuisiyadan istifadə edənlər üçün yaxşı olacaq. Uğurlu günləriniz 10, 15 aprel, uğursuz gününüz isə 14 apreldir.

ƏKİZLƏR bürcü


Sevdiyiniz insanın həyatından bəzi sirlər üzə çıxacaq. İşdə intuisiyanıza qulaq asın, əmin olmadığınız işi öz üzərinizə götürməyin. Pulla ehtiyatlı olun, çünki bazar ertəsi və ya çərşənbə axşamı pul çatışmazlığı hiss edə bilərsiniz. Çərşənbə və cümə axşamı yeni başlanğıclar üçün idealdır: əgər nəyisə öyrənmək əhvalındasınızsa, bu günlərdə öyrənməyə başlasanız, yaxşı olar. Şənbə günü sizə əyləncə və romantika gətirəcək: sizi maraqlı insanlar əhatə edəcək. Uğurlu günləriniz 13, 14 aprel, uğursuz gününüz isə 16 apreldir.

XƏRÇƏNG bürcü


Bu həftə səbirli olmalısınız: işinizdə problemlər yarana bilər, lakin diqqətli olsanız, tənbəllik etməsəniz, xoş nəticə sizi gözlətməyəcək. Ümumiyyətlə, bu həftəni karyeranıza həsr edin: parlaq gələcək sizin əlinizdədir. Taleyin ipuclarına diqqət yetirsəniz, həyatın bütün sahələrində uğur qazanacaqsınız. Ulduzlar bu həftə sizin xeyrinizə olacaq: onlar sizi düzgün istiqamətə yönəldəcək və bütün problemləri həll etməyə kömək edəcək. Uğurlu günləriniz 15, 16 aprel, uğursuz gününüz isə 10 apreldir.

ŞİR bürcü


Kədərə son qoymaq vaxtıdır, yaşlı gözlərlə gözəlliyi görmək daha çətindir. Bütün həftə sizi uğur əhatə edəcək: ulduzlar sizə inanılmaz sürpriz hazırlayıb. Maaş artımı və yeni perspektivli layihələrə hazır olun. Həftəsonu sevgi cəbhəsində dəyişikliklər olacaq: subayların üzü güləcək, cütlüklər isə problem yaşaya bilərlər(bu, qısqanclıq zəminində baş verə bilər). Uğurlu günləriniz 10, 16 aprel, uğursuz gününüz isə 12 apreldir.

QIZ bürcü


Bu həftə bu bürcün nümayəndələrinin işdə özünü göstərmək üçün çoxlu imkanları olacaq. Rəhbərlik sizə bütün şirkət üçün mürəkkəb və çox vacib bir layihəni etibar edə bilər. Amma ehtiyatlı olun: bu, mükafat deyil, sınaqdır. Sizin gələcək karyera uğurlarınız (və ya uğursuzluqlarınız) tamamilə işinizin nəticələrindən asılı olacaq. Subaylar diqqətli olmalıdırlar: əks-cinsdən olan biri sizi təqib edir və bu yaxında sevgi etirafı edəcək. Uğurlu günləriniz 12, 14 aprel, uğursuz gününüz isə 13 apreldir.

TƏRƏZİ bürcü


Bu bürcün nümayəndələri bütün boş vaxtlarını pul məsələlərinin həllinə həsr etməlidirlər. Əgər kiməsə borcunuz varsa, mütləq qaytarın. Gəlir və xərclər jurnalını aparmağa başlaya bilmirsinizsə, bunu etməyin vaxtıdır. Unutmayın: pul yalnız onu düzgün idarə etməyi bilənlərə gəlir: bu həftə maliyyə şansı tamamilə sizdən asılı olacaq, can yoldaşınızı qınaqlarla yükləməyin. Gələcək haqqında sevgilinizlə söhbət etmək, birgə səyahət planlaşdırmaq daha yaxşıdır: romantik bir axşam da pis olmaz. Uğurlu günləriniz 13, 15 aprel, uğursuz gününüz isə 11 apreldir.

ƏQRƏB bürcü


Bu həftə ulduzlar Əqrəb üçün yalnız müsbət hadisələri proqnozlaşdırır: peşəkar sahədə və sevgi cəbhəsində uğurlar olacaq. Çoxdan yaraşıqlı bir həmkarınızla münasibət qurmağı xəyal edirdiniz? Bəlkə, onun da sizdən xoşu gəlir: ilk addımı siz atın! Bəs maaş artımını istəmisinizmi? Müdirdən çəkinmədən istəyin. Həftəsonu uşaqlıq dostunuzdan xoş xəbər gözləyin. Uğurlu günləriniz 10, 15 aprel, uğursuz gününüz isə 13 apreldir.

OXATAN bürcü


Həftənin əvvəlində özünüzü bütün problemlərdən qurtara və nəhayət, dərindən nəfəs ala biləcəksiniz. Həftənin sonuna yaxın sizi xoş tanışlıqlar və dostlarla görüşlər gözləyir ki, bu da sizin həyatınızda yeni mərhələyə çevrilə bilər. Ola bilsin ki, sərfəli əməkdaşlıq təklifi alasınız, onu qəbul etməklə həyatınız 180 dərəcə dəyişəcək. Qalmaqalların, söz-söhbətlərin və digər xoşagəlməz halların episentrində olmayın: insanların sizə dediklərinə kor-koranə etibar etməyin. Uğurlu günləriniz 10, 12 aprel, uğursuz gününüz isə 16 apreldir.

OĞLAQ bürcü


Bu müddət ərzində işdə səhv etmək, səhlənkarlıq etmək olmaz: əks-təqdirdə çox da xoş olmayan bir vəziyyətdə olma riskiniz var. Həyatınızda heç bir şəkildə təsir edə bilməyəcəyiniz gözlənilməz hallar yarana bilər: həmin hadisələr sizi yalnız daha da güclü edəcək. Həftəsonu sizi pul yağışı gözləyir: həyatınızda əlverişli dövr başlayacaq. Uğurlu günləriniz 14, 16 aprel, uğursuz gününüz isə 12 apreldir.

DOLÇA bürcü


Bu dövrdə fırıldaqçıların qurbanı olmaq riski altındasınız: tanımadığınız adamlara güvənməyin və onlara pul göndərməyin. Həftəiçi Dolçalar arzularını həyata keçirə bilərlər: planlarınız gerçəkləşəcək və həmin gündən möcüzələrə inanacaqsınız. Həftəsonu işdə uğur qazanacaqsınız: karyera yüksəlişi gözlənilir. Sevgilinizə daha çox vaxt ayırmağa çalışın, yoxsa münasibətiniz soyuqlaşacaq. Uğurlu günləriniz 14, 15 aprel, uğursuz gününüz isə 12 apreldir.

BALIQLAR bürcü


Bu həftə sizin üçün yeni qapılar açılacaq: çox sərfəli təklif ala bilərsiniz. Öz biznesinizi həyata keçirmək üçün perspektivli imkanlarınız olacaq. Sevdiyiniz insanla münaqişə vəziyyətində ola bilərsiniz: bir kompromis tapmaq daha yaxşıdır. Həftə eksperimentlər üçün əlverişli olacaq: dəyişiklikdən qorxmayın. Həftəsonu tale sizə bütün sahələrdə həyatınızı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq şansı verəcək: bu fürsəti əldən verməmək üçün cəsarət və qətiyyət göstərin.Uğurlu günləriniz 11, 14 aprel, uğursuz gününüz isə 15 apreldir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər