top
Həftəlik bürclər 14 OKTYABR– 20 OKTYABR
13 oktyabr 2024, 10:00
- +

Həftəlik bürclər 14 OKTYABR– 20 OKTYABR

QOÇ bürcü


Çalışın heç kimə borc verməyin: pul verəndə yaxşı insan olacaqsınız, geri istəyəndə isə pis. Əlavə gəlir mənbəyi tapmağın əsl vaxtıdır. Siz çox ağıllısınız, lakin tənbəllik edirsiniz. Çoxdandır işbirliyi qurmaq istəyirsinizsə, edin, qorxmayın, hər şey alınacaq. İş həftəsinin ikinci yarısında gözlənilməz xəbərlər əhvali-ruhiyyənizi poza bilər, lakin bu, uzun müddət çəkməyəcək və tezliklə hər şey yoluna düşəcək. Uğurlu günləriniz 15, 17 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

BUĞA bürcü


Bu həftə sizi narahat edən problemlərə son qoyulacaq. Yaxşı günlərə hazır olun. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub zəif yerinizi tapa, sonra isə sizə zərbə vura bilərlər. Odur ki, bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Subayların qabağına pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Uğurlu günləriniz 15, 20 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

ƏKİZLƏR bürcü


Ünsiyyət baxımından çətin həftədir. Bəzən əvvəllər mükəmməl başa düşdüyünüz insanlarla belə anlaşmaq çətin olacaq. Xırda münaqişələr, qızğın mübahisələr istisna deyil. Onlara son qoymağın bir yolunu tapacaqsınız, amma bunun üçün səy göstərmək lazım olacaq. Dostlarınız həftəsonu sizə böyük xoş sürpriz hazırlayacaqlar: inanın ki, göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Evdə qalmış subay oğlanların bəxti açılacaq: axır ki, ikinci yarınız qarşınıza çıxacaq. Uğurlu günləriniz 14, 19 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftənin ən bəxtəvər bürcü sizsiniz! İşləriniz yağ kimi gedəcək, bütün planlarınız gerçəkləşəcək. İşdə həmişəkindən daha çox vaxt keçirəcəksiniz, lakin həftənin sonunda bəhrəsini görəcəksiniz, Bu, maddi durumunuzda öz əksini tapacaq. Bəyənmədiyiniz və ya əhvalınıza mənfi təsir göstərən insanları həyatınızdan silin. Necə deyərlər, şər-xatadan uzaq durun. Həftənin sonunda xərclərinizə fikir verin, kortəbii alışlar etməyin, çünki bu həftə maliyyə vəziyyətiniz kifayət qədər qeyri-sabit ola bilər. Uğurlu günləriniz 16, 17 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

ŞİR bürcü


Bu həftə münaqişəli situasiyalar yaranacaq: hamı sizə qarşı olacaq, lakin onlar sonda sizin haqlı olduğunuzu başa düşəcəklər və sizdən üzr istəyəcəklər. Yeni layihəyə başlamaq üçün münasib zamandır: işdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. Pulunuza qənaət etməli olacaqsınız, əks alda qarşı cins ağlınızı alıb sizi “sağacaq”. Həftəsonu lotereyada mənzil udmaq şansınız olacaq: həyatınız 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 15, 17 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

QIZ bürcü


Bu həftə xəyallarda uçmayın, qarşınıza real hədəflər qoyun. Alış-veriş məsələləri ilə bağlı tələsməyin: aldadılmaq riski yüksəkdir. Həmçinin pulunuza qənaət edin və ehtiyacınız olmayan şeylərə pul xərcləməyin. Həftəsonu yaxınlarınızla xırda şeylər üzərində mübahisələr baş verə bilər. Amma onlar ciddi münaqişələrə səbəb olmayacaq. Bazar günü faydalı olacaq tanışlıqlar baş tutacaq. Uğurlu günləriniz 18, 19 oktyabr, uğursuz gününüz isə 20 oktyabrdır.

TƏRƏZİ bürcü


Yeni proyektlər götürməkdən çəkinməyin: çox güman ki, onlarda tez bir zamanda uğur qazanacaqsınız. Həmçinin uzun müddət bacarmadığınız işlərin öhdəsindən gəlmək imkanınız olacaq. Dostlarla gözəl vaxt keçirmək, bəzi maraqlı yerləri ziyarət etmək, darıxdığınız insanları görmək fürsəti yaranacaq. Bəzi Tərəzilər əvvəllər dost bildiyi insanlar tərəfindən xəyanətə uğraya bilərlər. Həftəsonu pul qazanmaq üçün təklif alacaqsınız: maddi durumunuz xeyli yaxşılaşacaq. Uğurlu günləriniz 17, 20 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

ƏQRƏB bürcü


“Eşq təsadüfləri sevər”: bir görüş sizin həyatınızı 180 dərəcə dəyişəcək. Xaricə səfər etmək təklifi ala bilərsiniz, hətta orada qalmaq və ya iş qurmaq şansınız olacaq. Balışınızın altında bir-iki manat varsa, onu biznesə yatırın, sonda varlı olacaqsınız. Həftəsonu əks cins tərəfindən aşırı diqqət görəcəksiniz: bu, sizin üçün çox bezdirici ola bilər. Uğurlu günləriniz 14, 15 oktyabr, uğursuz gününüz isə 16 oktyabrdır.

OXATAN bürcü


Həftənin başlanğıcı xoşunuza gələn insana sevgi etirafı etmək üçün çox əlverişlidir: hissləriniz cavabsız qalmayacaq. Həftəiçi planlaşdırılmamış səfərlər mümkündür, odur ki, pasportunuzu hazır saxlayın: bir də gördünüz, xaricə getməlisiniz. Həftəsonu qohumlardan yarıyacaqsınız: sürprizə hazır olun. Evli olanların başı üstünü qara buludlar alacaq: qısqanclıq səbəbindən münaqişələr baş tutacaq. Uğurlu günləriniz 15, 18 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

OĞLAQ bürcü


Bu həftə yaxın gələcəklə bağlı planlar qurun və onları gerçəkləşdirməyə çalışın. Həftənin ikinci yarısında yolunuzdan qara pişik keçəcək: işləriniz istədiyiniz kimi getməyəcək, lakin səbirli olun, sonda hər şey öz yoluna düşəcək. Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun, əsəbinizi sevgilinizdən çıxmayın, yoxsa münasibətiniz soyuyacaq. Həftəsonu ciddi məsələ ortaya çıxacaq. Bununla bağlı etibar etdiyiniz insanlardan məsləhət almağa çalışın. Uğurlu günləriniz 19, 20 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

DOLÇA bürcü


İş həyatınız sizi hər tərəfdən küncə sıxışdırsa da, bu həftə qəfəsdən çıxa biləcəksiniz. Subaysınız, evlənmək barədə fikriniz yoxdur, lakin bu həftə fikrinizi dəyişməli olacaqsınız. Qarşınıza sizin gələcək həyat yoldaşınız çıxacaq: təsadüfi tanışlıqla başlayacaq münasibət toyla bitəcək. Özünüzə vaxt ayırmağa, dincəlməyə çalışın: şopinq, ya da dostlarla görüş sizin üçün çox faydalı olacaq. Uğurlu günləriniz 15, 16 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

BALIQLAR bürcü


Bitirməyini düşündüyünüz işləri, indiyə qədər sizi çətinə salan məsələləri başa vurmaq və onları zibil qutusuna atmaq üçün əsl vaxtdır. Yeni həyata başlayın, özünüzdə dəyişikliklər edin, həyatınızdan lazımsız insanları silin, ürəyinizcə olmayan işdən çıxın və arzu etdiyiniz işlə məşğul olun. Həftəsonu çətin bir məsələ ilə üzləşəcəksiniz, lakin sizin dostlarınız sizi dar gündə qoymayacaqlar. Sevgi cəbhəsində uğursuzluqla qarşılaşırsınız, lakin narahat olmayın, xoşbəxt günlər qabaqdadır. Uğurlu günləriniz 14, 16 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

UEFA "Ayntraxt"a "Qarabağ"la oyunda azarkeş dəstəyini qadağan etdi

Xəbər
Dünən, 17:20

Sabah hava yağmursuz keçəcək

Xəbər
Dünən, 16:20

Təhsilin İnkişafı Fonduna yeni rəhbər təyin olundu

Xəbər
Dünən, 16:10

Qadın kişini övladları ilə görüşməyə qoymadı, döyüldü

Xəbər
Dünən, 15:20

Polis xeyli sayda silah-sursat aşkarlayıb

Xəbər
Dünən, 14:20

Azərbaycan Ermənistana neft satacaq

Xəbər
Dünən, 13:32

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib

Xəbər
Dünən, 13:20

Borc faizindən faiz tutula bilməz – Ali Məhkəmə

Xəbər
Dünən, 12:20

Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

Xəbər
Dünən, 11:20

Masazırda liderlik mübarizəsi

Xəbər
Dünən, 10:20

Bakıda maşın avtobus dayanacağına çırpıldı, sürücü öldü

Xəbər
Dünən, 09:24

"Qumar kralı"nın Bakıdakı mülkləri - SİYAHI

Xəbər
17 dekabr 2025, 18:00

Bakıda sabahın havası

Xəbər
17 dekabr 2025, 17:20

Məşhur özəl klinikada sertifikatsız fəaliyyət

Xəbər
17 dekabr 2025, 16:20

Bakıda 31 yaşlı qadın dəm qazından öldü

Xəbər
17 dekabr 2025, 15:35

"Hər kəsdən üzr istəyirəm" - Sabiq nazirin qızı

Xəbər
17 dekabr 2025, 15:20

Bakıda orta məktəbdə FACİƏ: Müəllim iş başında ÖLDÜ

Xəbər
17 dekabr 2025, 14:20

Masazırda mebel sexinin fəaliyyəti dayandırılıb

Xəbər
17 dekabr 2025, 13:20

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var

Xəbər
17 dekabr 2025, 12:20

Vəkili təhqir edən jurnalist cəzalandırıldı

Xəbər
17 dekabr 2025, 11:20

Azərbaycanda 7000-dən çox alkoqollu içki saxta çıxdı

Xəbər
17 dekabr 2025, 10:20

"Bakı Məişət Maşınları" ləğv edilir

Xəbər
17 dekabr 2025, 09:24

Yasamal və Səbail sakinlərinin nəzərinə: Qaz olmayacaq!

Xəbər
17 dekabr 2025, 09:15

Yasamalda cinsi azlıq polisə tabe olmadı - Həbs edildi

Oxşar xəbərlər