top
Həftəlik bürclər 24 APREL - 30 APREL
23 aprel 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 24 APREL - 30 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə Qoçun hər hansı bir işi başgicəlləndirici müvəffəqiyyətlə başa çatacaq. Başqalarına tam dəlilik kimi görünən bir layihəyə başlamaq istəyirsiniz? Cəsarət edin və təxirə salmayın: bütün tənqidçilər və bədxahlar həftənin sonunda paxıllıqdan “dirsəklərini dişləyəcəklər”. Həftənin sonunda kiçik səyahətə çıxmaq təklifi gəlsə, təəccüblənməyin: mütləq razılaşın, bəlkə də bu, həyatınızdakı ən yaddaqalan səyahət olacaq. Uğurlu günləriniz 25, 29 aprel, uğursuz gününüz isə 26 apreldir.

BUĞA bürcü


Buğalar öz qabiliyyətlərinə inamını itirməyə başlaya bilərlər: səbəb yorğunluq olacaq. Mümkün qədər istirahət edin və ya məzuniyyət götürün. Ola bilsin ki, bu dövrdə yaxın insanın niyyətlərini səhv başa düşəcəksiniz: istəkləri dinləməyə və onlara əməl etməyə çalışın. Həftənin ikinci yarısında Buğa çoxdankı işlərindən birini həll edəcək. Həftəsonu boynunuzda bəslədiyiniz ilan sizi sanca bilər: yaxın bir insan sizə xəyanət edə bilər. Uğurlu günləriniz 24, 27 aprel, uğursuz gününüz isə 30 apreldir.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizlər xəyallara dalaraq reallıqdan uzaqlaşacaqlar: xəyal etmək əvəzinə bir işdən yapışın və inanın ki, sonda uğur qazanacaqsınız. Həftənin ortasında sizə məsuliyyət tələb edən bir iş tapşırılacaq: əgər öhdəsindən gəlsəniz, həyatınız yaxşıya doğru dəyişəcək. Sevgi cəbhəsində gərginlik istisna edilmir: güzəştə getməyə çalışın, hətta doğru olsanız belə. Uğurlu günləriniz 26, 27 aprel, uğursuz gününüz isə 24 apreldir.

XƏRÇƏNG bürcü


Bu həftə sizə nifrətlə baxanların, uğurunuza sevinməyənlərin, paxılların, quyu qazanların ürəyi partlayacaq! Xərçəngin qarşısına elə bir şans çıxacaq ki, onun həyatı 180 dərəcə dəyişəcək. Bundan əlavə, siz sadiq dostlar qazanacaqsınız və onlarla bir yerdə uğur qazanmağa davam edəcəksiniz. Həftəsonu sevgi macəraları ilə dolu olacaq: romantik görüş və sevgi etirafı gözləyin. Uğurlu günləriniz 25, 29 aprel, uğursuz gününüz isə 28 apreldir.

ŞİR bürcü


Yer Günəş ətrafında fırlandğı kimi, bu həftə bütün dünya sizin ətrafınızda fırlanacaq. Demək olar ki, hər bir işiniz müvəfəqiyyətlə sonlanacaq və bol-bol uğurlar qazanacaqsınız. Bundan əlavə, müdiriyyət tərəfindən maddi bonuslar ala bilərsiniz. Həftəsonu pərəstişkarlarınız artacaq: komplimentlər, hədiyyələr almaqdan bezəcəksiniz. Uğurlu günləriniz 25, 29 apreldir, uğursuz gününüz gözlənilmir.

QIZ bürcü


Qız bürcü hamını heyrətləndirir, o, ulduz kimi parlayır: yalnız korlar Qızın arxasınca dönmürlər. Həftənin əvvəlində sizi sonsuza qədər sevəcək bir insanla qarşılaşacaqsınız. Həftəiçi uğur sizinlə olacaq və aprelin sonuna kimi sizi təqib edəcək. Dostlarınız sizi sevirlər və bunu isbat edəcəklər: sürprizlərə hazır olun. Həftəsonu sizi narahat edən məsələ həll olunacaq. Uğurlu günləriniz 24, 30 aprel, uğursuz gününüz isə 29 apreldir.

TƏRƏZİ bürcü


Bu həftə Tərəzi çox enerjili və qətiyyətli olacaq: məqsədlərinizə çatmaq üçün bundan istifadə edin və üzərinizə daha çox məsuliyyət götürməkdən qorxmayın. Həftəsonu başqa insanların köməyinə ehtiyacınız ola bilər. Hər hansı bir çətinliyiniz olarsa, kömək istəməkdən çəkinməyin: planlarda gözlənilməz dəyişikliklərə hazır olun. Əgər küsülü qaldığınız bir insan varsa, onunla barışın: hər kəs ikinci şansa layiqdir. Uğurlu günləriniz 27, 30 aprel, uğursuz gününüz isə 25 apreldir.

ƏQRƏB bürcü


Ulduzlar Əqrəbə macəra vəd edir: ola bilsin ki, bu bürcün nümayəndələri keçmişdən gələn insanlarla görüşəcək və bir vaxtlar xoşbəxt olduqları yerləri ziyarət etmək istəyəcəklər. Bu həftə gələcəyiniz üçün vacib olacaq bir qərar verəcəksiniz: 100 ölçüb, bir biçin. Şəxsi həyatınız barədə də unutmayın, çünki ikinci yarınız diqqətdən yayına bilər: aranızdakı qığılcım yenidən alovlansın deyə romantik bir axşam keçirin. Uğurlu günləriniz 28, 29 aprel, uğursuz gününüz isə 26 apreldir.

OXATAN bürcü


Bu həftə Oxatan bürcünün nümayəndələri işləri və ya biznesləri ilə bağlı xoş xəbərlər ala bilərlər. Gələcəyiniz sizin əlinizdədir: risk etməkdən qorxmayın və çoxdandır həyata keçirmək istədiyiniz planları reallaşdırmağa başlayın. Həftəsonu emosional gərginlik yaşaya bilərsiniz: dostlar və ya sevgiliniz sizi bezdirə bilərlər. Çalışın, bu dövrdə səbirli olun: bir artıq söz münasibətinizə təsir edə bilər. Uğurlu günləriniz 26, 27 aprel, uğursuz gününüz isə 24 apreldir.

OĞLAQ bürcü


Bu həftə maliyyə planlarının həyata keçirilməsi üçün yaxşı dövr ola bilər: maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni imkanlar tapa bilərsiniz, lakin mütləq intuisiyanıza uyğun hərəkət edin. Yaradıcılıq qabiliyyətlərinizi inkişaf etdirməlisiniz, çünki o, işinizdə sizə faydalı ola bilər: bəlkə də ağlınıza həyata keçirilməsi sizə şöhrət və uğur gətirəcək parlaq bir fikir gələcək. Həftəsonu dələduzlarla qarşılaşa bilərsiniz: şübhəli təkliflərə cavab verməyə tələsməyin. Uğurlu günləriniz 24, 25 aprel, uğursuz gününüz isə 28 apreldir.

DOLÇA bürcü


Bu həftə bəxtinizi sınayacaqsınız: riskli işə əl atacaqsınız, uğur qazanmağınız isə sizin bacarığınızdan asılı olacaq. Subay qızlar elçi gözləsinlər. Varlı oğlanın sevgilisi olmağa hazırsınız? Oğlanların bəxti bir az gətirməyəcək: internetdə tanış olduğunuz qız sizi aldada bilər. Odur ki, çalışın, sevgini real həyatda axtarın. Həftənin ortasında maliyyə vəziyyətiniz yaxşılaşacaq. Bu bürcdən olan iş adamları bu həftə böyük uğurlar qazanacaqlar. Bunun sayəsində onlar cəmiyyətdə şöhrət, ailədə hörmət əldə edəcəklər. Uğurlu günləriniz 24, 30 aprel, uğursuz gününüz isə 29 apreldir.

BALIQLAR bürcü


Bu həftə əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsəniz, cibiniz bomboş olacaq. Odur ki, çalışın, çox pul xərcləməyin. Həftə ərzində sənədlərlə, maddi dəyərlərlə işləyərkən diqqətli olmalısınız, yoxsa kiçik bir səhv sizə çox baha başa gələ bilər. Həftəsonu sizə karyera yüksəlişi gətirəcək, lakin səbirli olmaq və tələsik qərarlar qəbul etməmək tövsiyə olunur. Ürəyinizin qapısını açıq qoyun: həyatınıza sizi xoşbəxt edəcək insan daxil ola bilər. Uğurlu günləriniz 27, 28 aprel, uğursuz gününüz isə 25 apreldir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər