top
Həftəlik bürclər 6 - 12 MART
05 mart 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 6 - 12 MART

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə Qoç bürcünü romantik anlar gözləyir. Evli olanlar ikinci yarılarından möhtəşəm hədiyyə alacaqlar: yaxın gələcəkdə övladınızın dünyaya gəlməsi xəbərini ala bilərsiniz. Həmçinin yeni mənzilin əldə edilməsi xəbərini gözləyin. Subaylar da sevinəcək: sevgi etirafı olacaq və siz, nəhayət ki, subaylığın daşını atacaqsınız. Uğurlu günləriniz 8, 10 mart, uğursuz gününüz isə 6 martdır.

BUĞA bürcü


Bu həftə gözlənilməz xəbərləri eşitməyə hazır olun: amma narahat olmayın, çünki xəbərlər sevindirici olacaq. Çoxdandır mənzil və ya avtomobil almaq arzusunda olanların üzü güləcək: bir nəfər sizə təmənnasız maddi yardım göstərəcək. Uğurlu günləriniz 6, 7 mart, uğursuz gününüz isə 12 martdır.

ƏKİZLƏR bürcü


Əkizlər, sizin xoşbəxtliyinizə sevinənlər çoxdur, lakin sizə bəxtəvərlik oxuyanlar da az deyil. Bu həftə böyük uğura imza atacaqsınız: sizə paxıllıq edənləri mat qoyacaqsınız. Həftəiçi romantik anlar yaşayacaqsınız: sevdiyiniz insan xoş sürpriz hazırlayıb. Bəzi Əkizlər bu həftə hələ də seçim arasında qalacaqlar: “Münasibətə girim, yoxsa hələ ki subay qalım?” sualını özlərinə verəcəklər. Məsləhət edirik, bu məsələni uzatmayın: sizə sevgi etirafı edəcək şəxsə “hə” deyin. Uğurlu günləriniz 9, 12 mart, uğursuz gününüz isə 10 martdır.

XƏRÇƏNG bürcü


Həftə başlayan kimi kefinizi bir insan pozacaq: bu, sizin keçmiş sevgiliniz və ya müdiriniz ola bilər. Sadəcə səbirli olun və bu insanı “yola verməyə” çalışın. Həftəiçi hər şey düzələcək, hətta aylardır sizi narahat edən problem, nəhayət ki, həllini tapacaq. 8 mart gününü səbirsizliklə gözləyin: bəlkə həmin gün “mənimlə evlənərsən?” təklifini eşitdiniz. Uğurlu günləriniz 7, 8 mart, uğursuz gününüz isə 11 martdır.

ŞİR bürcü


Şirlər çox qürurlu olduqları üçün insanı bağışlaya bilmirlər: lakin bu həftə çalışın, sizin “ayağınıza gələn” insana bir şans da verin. Həmin insan səhvlərini başa düşüb və əzab çəkir. Maddi məsələlərdə bəxtiniz gətirəcək: sizə müdiriyyət tərəfindən ya maaş artımı, ya da bonuslar hədiyyə olunacaq. Həftəsonu Oğlaq və ya Tərəzi bürcünün nümayəndəsi ilə dava edəcəksiniz: buna fikir ayrılığı səbəb olacaq. Uğurlu günləriniz 6, 11 mart, uğursuz gününüz isə 12 martdır.

QIZ bürcü


Bu həftə ulduzlar sizə hədiyyələr və xüsusi şanslar bəxş edəcək.
“Nə tökərsən aşına, o da çıxar qarşına” - böyük uğura imza atmaq üçün çoxlu səy və vaxt sərf etməyiniz gərəkdir. Yaxın insanlarla münaqişə yarana bilər. Lakin unutmayın - sakit və səbirli söhbətlər münasibətlərdə harmoniyanı bərpa edəcək. Uğurlu günləriniz 6, 11 martdır, uğursuz gününüz gözlənilmir.

TƏRƏZİ bürcü


Sevgiliniz yoxdur, dərd çəkirsiniz? Ulduzlar sizin üçün xoş hədiyyə hazırlayıb. Nəhayət ki, “Yaşın keçir, evdə qalmısan” sözlərini eşitməyəcəksiniz. Qarşınıza sizi xoşbəxt edəcək biri çıxacaq. Hər kəs sizə paxıllıq edəcək: ikinci yarınız isə sizi hər cür qane edəcək və hətta lazım olarsa, göydən ulduzları da qoparmağa hazır olacaq. Uğurlu günləriniz 6, 7 mart, uğursuz gününüz isə 12 martdır.

ƏQRƏB bürcü


Bu həftə sizin qarşınıza elə bir insan çıxacaq ki, siz onunla tanış olmağa peşman olacaqsınız: o, çoxdandır sizi sevir, lakin bunu sizə deməyə cəsarət tapmırdı. Onun aşırı sevgisi sizi çox bezdirəcək: sizə avtomobil, mənzil, dəniz qırağında bağ evi hədiyyə edə bilər. Həftəiçi o, sizi restoranlara, bahalı mağazalara aparacaq, lakin sevgi pulla alınmır. Əgər siz bu əzaba hazırsınızsa, onda bu bahalı taleyinizi qəbul edin və ömrünüzün axırına kimi belə yaşayın. Uğurlu günləriniz 7, 10 mart, uğursuz gününüz isə 11 martdır.

OXATAN bürcü


Bu həftə sərxoş Kupidon sevgi oxunu sizin nifrət etdiyiniz bir insanın ürəyinə atacaq: bundan sonra filmlərdə gördüyünüz macəralar başlayacaq. Vaxtilə sizdən xoşu gəlməyən insan Məcnun Leylanın dalınca süründüyü kimi sizin ürəyinizi almağa çalışacaq. Lakin sevgi böyük bir qüvvədir: hər şəy dəyişə bilər və o insan sizi dünyanın ən xoşbəxt kəsi edə bilər. Uğurlu günləriniz 6, 7 mart, uğursuz gününüz isə 8 martdır.

OĞLAQ bürcü


Bu həftə problemlərə “yox” deyəcəksiniz! Ulduzlar sizi 8 martda bir insanla qovuşduracaq və o, sizin bütün problemlərinizi həll edəcək: bu, maddi kömək və ya dəyərli bir məsləhətdən sonra baş verə bilər. Çöldə gəzərkən ətrafınıza baxın: sizin hər addımınızı izləyən bir insan var. Bu yaxında o insan qarşınıza çıxacaq və sizin həyatınızı 180 dərəcə çevirəcək bir təklif edəcək. Uğurlu günləriniz 8, 10 mart, uğursuz gününüz isə 6 martdır.

DOLÇA bürcü


Dolçanı sevməyən bir insan varsa, deməli o kordur. Mələk kimi olan bu bürc nümayəndələri hamıya yalnız xoşbəxtlik bəxş edir. Dolçalar bu həftə bir insanın üzündə təbəssümə, sevincə səbəb olacaqlar. Lakin o insan da borclu qalmayacaq və sizi sevindirəcək: bu, həm mənəvi, həm də maddi bir sürpriz ola bilər. Həftəsonu bir insanın maskasını üzündən çıxaracaqsınız: üzünüzə gülən, lakin arxanızca işlər görən o insan ifşa olunacaq və zərərsizləşdiriləcək. Uğurlu günləriniz 6, 8 martdır, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü


Bu həftə Balıqlar asanlıqla, sanki sehrli şəkildə təmasda olan insanları öz fikir və emosiyalarına yoluxduracaqlar. Xəyallar və fantaziyalarınız o qədər parlaq olacaq ki, reallığa təsir edə biləcək. Həyatınızda və işinizdə göstərdiyiniz səylər uğur hekayənizin mühüm bir hissəsinə çevriləcək. Uğurlu günləriniz 8, 11 mart, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər