Reinkarnasiyanın həqiqətən mövcud olduğuna dair heç bir sübutumuz olmasa da, bir çox insan bu konsepsiyaya inanır. Bu inanclardan bəzilərinə keçmiş həyatlarımızın incə, lakin əhəmiyyətli yollarla indiki həyatlarımızla bağlı olması fikri daxildir. Hər bir bürcün keçmiş həyatda necə olduğunu aşağıda öyrənin.
Tərəzi – Rok ulduzu
Tərəzilər parlaq xasiyyət və bol enerjiyə malikdirlər. Həmçinin bu bürcdən olan insanlar həmişə diqqət mərkəzində olmağı xoşlayırlar və şöhrət dalınca qaçırlar. Ola bilsin ki, bu, keçmiş həyatda müğənni, daha dəqiq desək, rok ulduzu olmağınızla bağlıdır.
Əqrəb – Detektiv
Əqrəblər, ehtimal ki, keçmiş həyatda detektiv və ya casus olublar. Məsələ nə qədər qaranlıq və ya gizli olsa da, həmişə həqiqəti üzə çıxarmağa bacarırlar.
Oxatan – Sərkərdə
İnadkar və cəsarətli Oxatanlar keçmiş həyatda doğma yurdu müdafiə edən komandir, sərkərdə və ya əsgər olublar. Oxatanların çoxu Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Teymurçin və ya Nadir Şahın nəslindən gələnlərdir.
Oğlaq – Rəqqas
Sakit, dəyişməyən həyat tərzi aktiv Oğlaqları yorur. Çünki keçmiş həyatda bu bürcün nümayəndələri həyatı səyahətsiz, qastrolsuz təsəvvür edə bilməyən alovlu rəqqaslar olublar.
Dolça – İxtiraçı
Dolçalar yenilikçidirlər və həmişə gələcəyə baxırlar, buna görə də onlar keçmiş həyatda ixtiraçı olublar. Dolçalar bəşəriyyətin ən mühüm ixtiralarının yaradılmasında iştirak etsəydilər, təəccüblü olmazdı.
Balıqlar – Rəssam
Balıqlar emosional və intuitivdirlər və çox güman ki, keçmiş həyatlarında rəssam olublar. İstər şeir yazmaq, istər rəsm çəkmək, istərsə də musiqi bəstələməklə həmişə dərin duyğularını ifadə etməyi bacarırlar.
[URIS id=138857]