top
Leonardo Di Kaprio və Tom Henks bir filmdə
06 noyabr 2022, 06:00
- ↺ +

Leonardo Di Kaprio və Tom Henks bir filmdə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Axşamınız xeyir, əziz izləyicilər. Bakuplus.az komandası bu həftə də sizlər üçün maraqlı ola biləcək film haqda danışmaq istəyir. Demək olar, hər gün paytaxtda müxtəlif dələduzluqlar haqda xəbərlər eşidirsiniz və “başını başqa yönə işlətsə milyoner olar” deyə düşünürsünüz. Bu gün danışacağımız filmin qəhrəmanı başını dələduzluğa elə yönəltmişdir ki, 16 yaşında 5 peşə sahibi və milyoner olmuşdur.

Ad: “Bacarırsansa, məni tut”

Janr: bioqrafiya, komediya

Reytinq: 8.1/10

Vaxt: 2 saat 21 dəqiqə

Film real hadisələr əsasında çəkilib.

16 yaşlı Frenk Ebiqneylin ailəsi çətin günlərdən keçir. Atasının borclarına görə onlar balaca evə köçməyə məcbur olurlar. Bir müddət sonra isə valideynlər ayrılmaq qərarı verirlər. Yeniyetməni məhkəmə zalına gətirərək ana və atasının arasında seçim etməyi tələb edirlər. Bununla razı olmayan Frenk evdən qaçır və özbaşına yaşamağa başlayır.

Qanuni yollarla pul qazanmaq onun üçün çətin olur. Yetkinlik yaşına çatmayıb deyə ona çox az maaş verirlər. Belə davam edə bilməyəcəyini anlayan yeniyetmə öncə sənədindəki yaşı dəyişir və dünyanın ən böyük dələduzlarından birinə çevrilməyə başlayır.

16 yaşlı Frenk Ebiqneyl saxta pilot sənədi düzəldərək 200-dən artıq pulsuz uçuş edib, özü də pilot kabinəsində. Həkim kimi 7 təcrübəçiyə rəhbərlik edib, vəkil və müəllim olub, Harvard və Berkli Universitetlərini bitirib və saxta çeklər düzəldərək 8 milyon ABŞ dollarını nağdlaşdırmağı bacarıb.

İnterpol tərəfindən ən çox axtarılan şəxslər arasında olan Frenk Ebiqneyl tutulandan sonra ABŞ hüquq-mühafizə orqanları ona iş təklif edib. Həbsxanada yatmaq yerinə o, dələduzları tapmaq və qanunlarındakı boşluqları bağlamaqda FTB-yə (FBİ) kömək edib.

Hazırda Frenk Ebiqneylin 74 yaşı var. O, müxtəlif kitablar yazır və şəxsi konsaltinq şirkəti ilə qanuni milyonçu olmağı bacarıb.

Qəhrəmanın bioqrafik kitabı əsasında çəkilən filmin 164 milyon ABŞ dolları büdcəsi olub. Kinonun dünya üzrə qazancı 352 milyon ABŞ dollarını keçib.

Tags: leonardodicaprio, tomhanks, catchmeifyoucan, kino, film, gününfilmi

[URIS id=77943]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər