top
Qrinç yoxsa Şaxta baba?
18 dekabr 2022, 05:00
- ↺ +

Qrinç yoxsa Şaxta baba?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilə sayılı günlər qalıb və hər kəs öz yaxınlarına hədiyyə almağa tələsir. Bu bayram bütün dünya üçün xüsusi əhəmiyyət daşıyır. Növbəti ilə yeni məqsədlərlə girməklə yanaşı, hər kəs öz evində, iş yerində və küçələrdə Yeni ilin möhtəşəm ab-havasını yaratmağa çalışır.

Əlbəttə ki, sevimli kinolarımızı da unutmaq olmaz. Hər il Yeni il ərəfəsində uşaqlıq filmlərimizi tapmaq üçün televizorlara və ya internetə üz tuturuq. Biz də bu şansı əldən vermədik və həmin filmlərdən biri haqda danışmağa qərar verdik.

Ad: “Qrinç: Milad oğrusu” (2001)

Janr: fantastika, komediya, ailəvi film

Reytinq: 6.2/10

Vaxt: 1 saat 44 dəqiqə

Nağıllar şəhəri Ktoqradda Qrinç adlı bir nəfər yaşayır. Uşaq vaxtından onu bu şəhərdə sevmirdilər. Və buna görə də hamıdan küsən Qrinç şəhərin yanındakı dağın başına köçür. Milad bayramı onun ən nifrət etdiyi şənlikdir. Və hər il o, ürək ağrısı ilə şəhərə, şənlənən insanlara baxır. Bir gün Qrinç bu əzaba son qoymağa qərar verir və Ktoqrad sakinlərinin Milad bayramını məhv etməyə hazırlaşır.

Əfsanəvi personajlardan sayılan “Qrinç” uşaqlar üçün yaradılmış bir obraz idi. Və bu personajla böyüklərə yönəlmiş film çəkmək çətin olsa da, yaradıcılar bunu etməyi bacarıb. Filmdə insanların bayramın əsl mənasını unutduqları barədə danışılır. Belə ki, bir yerdə əylənmək, bayramın dadını çıxarmaq yerinə, insanlar bütün xoşbəxtliyi hədiyyə və maddiyyatda görürlər.

Cim Kerri həmişə olduğu kimi, möhtəşəm performans göstərib. Onu eybəcər, yaşıl məxluqa çevirmək 2 saat vaxt alırdı. Aktyor həmin kostyumun içində 12-14 saat qala bilməsi üçün dözümlülük dərsləri almışdır. Nəticədə qrim Oskara layiq görülmüşdür.

2001-ci ildə çəkilməsinə baxmayaraq, “Qrinç” bu gün də bizim ən sevimli personajlarımızdan biri sayılır. Uşaq vaxtı onu sevməsək də, razılaşın ki, indi ona bir az da olsa haqq veririk.

[URIS id=83561]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər