İstanbul - Bakı istiqaməti üzrə daha bir aviareys sentyabr ayından açılacaq. Bu haqda 20 avqust tarixində Bakuplus.az məlumat verir.
Türkiyənin “Pegasus” aviaşirkəti 3 sentyabr tarixindən Bakıya birbaşa uçuşlara başlayır. Reyslər həftədə 5 dəfə həyata keçiriləcək.
Biletin qiyməti 121 avrodan (206 manatdan) başlayır.