top
“Stories” çəkməyə uyğun kafelər: yarmarkadan başqa həftəsonu hara getmək olar
10 dekabr 2022, 07:00
- ↺ +

“Stories” çəkməyə uyğun kafelər: yarmarkadan başqa həftəsonu hara getmək olar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı restoran və kafelərlə həmişə bol olub. Paytaxtımızda hər zövqdə və konseptdə kafe tapa bilərsiniz. Burada olan güclü rəqabət sahibkarlardan kreativ olmalarını tələb edir. Sakinlərimiz isə həmişə standartlardan kənar olan istirahət guşələri axtarırlar. Bunların hamısını nəzərə alaraq Bakuplus.az komandası Bakıdakı qeyri-adi iaşə obyektlərinin axtarışına çıxdı və sizin üçün özünəməxsus konsepti olan 6 kafe tapdı.

“Project Flat” - mənzildən yaradılan kafe

Lahiyənin müəllifi Yaqub Zeynalzadə İtaliyada Mişlen ulduzlu restoranlardan birində aşpaz olub, lakin bir müddət sonra Azərbaycana qayıdıb. Bakıya qayıdan gənc öz mənzilində restoran yaratdı. Bu müəssisənin diqqətçəkən cəhəti ondan ibarətdir ki, menyu yalnız yerli məhsullardan yaradılan müəllif yeməklərindən ibarətdir. Aşpaz hər ay öz mikroavtobusu ilə Azərbaycanın kəndlərini gəzir və lazımi inqrediyentləri şəxsən alır.

“Teayoume” - Asiyanın müasir ruhunu canlandıran kafe

25 yaşlı çinli xanım Huiro Jen azərbaycanlı ilə ailə qurub, Bakıya köçüb və burada uğurlu biznes qurub. Onun Çin çay içkiləri və Asiya şirniyyatları təklif edən “Teayoume” kafesi gənclərin sevimli məkanlarından birinə çevrilib. Burada müxtəlif çayları, o cümlədən “yeni nəsil” pendirli və meyvəli çaylar və özlü və məşhurluğu qazanan yapon şirniyyatı olan "moçi" satılır.

“Purple K-pop cafe” - “BTS”-in fanatlarının məkanıdır

K-pop (Koreya pop musiqisi) ətrafında eyforiya Bakıya da çatıb. Özlərini "army" adlandıran Koreyanın "BTS" oğlan qrupunun pərəstişkarları bu ölkənin müasir mədəniyyətinə həsr olunmuş kafe yaradıblar. Burada təkcə Koreya mətbəxi deyil, həm K-pop musiqiləri, həm də “BTS” qrupuna həsr olunmuş merçandayzinq məhsullarını almaq olar.

“Emalatkhana art space & cafe” - əl işlərindən yaradılmış kafe

Gənclərin öz əlləri ilə yaradılmış, hər bir əşya, stol və stula can qoyulan məkanlardan biri. Kafeyə daxil olan kimi “özümüzünkülər” atmosferini hiss edəcəksiniz. Köhnə əşyalara yeni həyat vermək, gənclərin özlərinəxas dizaynlar yaratması və isti mühit sizin diqqətinizi cəlb edəcək. Yayda kafenin damı da istifadəyə verilir, açıq havada canlı konsertlər təşkil olunur.

“90lar cafe” - Doxsanların uşaqları üçün

Ötən əsrin 90-cı illəri hər birimiz üçün xüsusi xatirələrlə yadda qalıb. “Nöyüt”lə yanan lampalar, kasetli radiolar, yanğınsöndürənlər kimi səs çıxaran saatlar. Bu əşyaları gördükdə nostalji hisslərə qərq oluruq. “90lar cafe” məhz bu atmosferi yaratmağı bacarıb. Kafedə internet yoxdur, mütəmadi olaraq şam işığı altında Şam gecələri təşkil olunur.

“Music Nest cafe” - musiqiçilərin məkanı

Burada ürəkaçan və özünüzü rahat hiss edəcəyiniz mühit, bağça üslubunda yaradılmış eyvan, hətta musiqi ifa edə biləcəyiniz guşə tapa bilərsiniz. Xüsusi yaradılmış otaqda pianino və bir sıra simli alətlər var. Məkanda tək və ya dostlarınızla heç kimi narahat etmədən musiqi bacarıqlarınızı sınamaq mümkündür.

 

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər