Xocəsən-Lökbatan yolunun bir hissəsi bağlanacaq. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar yolun həmin hissəsində hərəkət məhdudlaşdırılacaq.
Məhdudiyyət 26 iyun saat 22:00-dan 27 iyun saat 06:00-a qədər qüvvədə qalacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.