Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxsə hökm oxunub. Bu haqda 5 may tarixində Report məlumat verib.
Yasamal rayon sakini, 29 yaşlı Əhməd Hüseynov fevral ayında qadınlara küçələrdə şillə vuraraq qaçmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılıb və ilkin ifadəsində törətdiyi əməli etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb və Hüseynov 6 ay müddətinə azadlıqdan məhrum edilib.