Bakıda güləşçi Mariya Stadnik ilə görüş keçiriləcək. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Fəxri Qonaq” layihəsi çərçivəsində keçirilən tədbir 29 avqust saat 16:00-da baş tutacaq. Qeydiyyatdan keçmək istəyənlər Binəqədi rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkə hesabları ilə əlaqə saxlaya bilərlər. İştirak ödənişsizdir.
Mariya Stadnik 6 qat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medal sahibi olub.