Bakıda tikintidə ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən tikintidə fəhlə işləyən Bakı şəhər sakini, 65 yaşlı Çingiz Mustafa oğlu Mahmudov hündürlükdən yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.