Binəqədi Gənclər Evində gənclərin dərsdən sonra dincəlmək, asudə vaxtlarını əyləncəli keçirmək məqsədilə "Playstation 3" yarışı təşkil olunacaq. Bu haqda 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
1 ay müddətində davam edəcək yarış həftədə 1 dəfə olmaqla 15 nəfər iştirakçı ilə keçiriləcək. Hər həftənin qalibi sonda final mərhələsində iştirak edəcək. Yarışın sonunda qalib hədiyyə ilə təltif ediləcək.
Yarışda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.