top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 10.10-16.10.22
09 oktyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 10.10-16.10.22

QOÇ (21 mart - 20 aprel)

Çərşənbə axşamından uğurlu günləriniz başlayacaq və birdən-birə karyeranız üçün yeni perspektivlər yaranacaq. Çərşənbə günü dostlarınızla kiçik münaqişə yaşana bilər: diliniz sizin bəlanızdır. Əgər sizi sevən birinin hisslərinə “yox” desəniz, o, sizi qaçırmağa çalışacaq. Cümə gününün sonunda başınız saçyolma, əlbəyaxa davaya qarışacaq, sonda isə hamını yerə yıxıb taxta oturacaqsınız. Şənbə günü əlinizə külli miqdarda pul gələcək, borc istəyənlər üstünüzə tökülüşəcək. Uğurlu günləriniz 12, 16 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Bu həftə sizi uzun müddət narahat edən problem həll olunacaq. Həyatın yaxşılaşdığını hiss edəcəksiniz, planlaşdırdığınız işlərdə uğur qazanacaqsınız. Çərşənbə axşamı həyatınıza fırtına daxil olacaq və planlarınızı qarma-qarışıq edəcək. Lakin qorxmayın, fırtına özü ilə daha çox uğur gətirəcək. Cümə axşamı çöldə gəzərkən yerə baxın: bir dəstə dollar tapmaq ehtimalı var. Bazar günü romantik axşama hazırlaşın: sevgiliniz və ya gizli pərəstişkarınız sizə sürpriz edəcək. Uğurlu günləriniz 11, 14 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə Əkizləri sakit günlər gözləmir: bütün həftə qaçaqaçda olacaqsınız. Qorxmayın, çünki sonu çox gözəl olacaq: pul, sevgi və xoşbəxtlik əldə edəcəksiniz. Sizdən xoşu gələn çox insan var, lakin siz kimi seçməyinizə qərar verə bilmirsiniz. Qərarsız olmayın, yoxsa sevgi qatarınız gedəcək. Çərşənbə axşamı qonağınız çox olacaq: onlara yaxşı qulluq edin, çünki özləri ilə çoxlu hədiyyələr gətirəcəklər. Həftəsonu ağlasığmaz bir işlə məşğul olacaqsınız. Uğurlu günləriniz 15, 16 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə ən çox xanımlar üçün düşərli olacaq: illərdir, nağıllarda eşitdiyiniz ağ atlı bir şahzadəyə rast gələcəksiniz. Lakin onun ürəyini almaq üçün dəridən-qabıqdan çıxmalısınız, çünki rəqibləriniz çox olacaq. Subay bəyləri də marağlı həftə gözləyir: sizin ürəyinizi almaq üçün qızlar saçyolmaya çıxacaqlar. Sonda ən güclü qız ürəyinizə yol tapacaq. Xərçəngin karyerasında ciddi dəyişikliklər baş verəcək: tənbəllər işdən qovulacaqlar, işgüzarlar isə yeni vəzifəyə təyin olunacaqlar. Uğurlu günləriniz 11, 14, 16 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Bu həftə həyatınızda baş verən uğursuzluğun səbəbini aşkar edəcəksiniz. Həyatınızda yenilik etməkdən qorxmayın: bütün stereotipləri qırın və heç kimə qulaq asmayın. Həftəsonu hamı sizdən danışacaq: insanların ürəyini alacaqsınız, rəğbət qazanacaqsınız. Xaricə getmək üçün şansınız olacaq: sizə təklif gələcək. Ümumiyyətlə, bu ərəfələrdə xarici dil öyrənməyiniz sizə xeyir gətirəcək. Qısqanc Şirlərin başı ağrıyacaq: sevgilinizə göz tikən olacaq. Uğurlu günləriniz 10, 13, 15 oktyabr, uğursuz gününüz isə 16 oktyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Bu həftə üsyan edəcəksiniz: sizi bezdirən müdiriyyətə, özünü dost kimi büruzə verən şəxsə, sizə soyuq davranan sevgilinizə ürəyinizdə olan sözləri deyəcəksiniz. Həyatınız yaxşılığa doğru dəyişəcək. Arzunuza çatmaq üçün çox az vaxt qalıb, səbr etməlisiniz. Bu bürcün subay nümayəndələrinin pərəstişkarları artacaq: hədiyyələr, gözəl sözlər, hətta evlilik təklifləri eşidəcəksiniz. Həftəsonu dostlarınızı başınıza yığaraq böyük şənlik keçirin, həyatın kefini çıxarın. Uğurlu günləriniz 12, 14, 16 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu bürcün ağlına hətta ulduzlar da heyrandır. Bu həftə hamı ağzıaçıq sizə baxacaq, çünki arzuladıqlarınıza nail olacaqsınız. Həyatınızda mənasız insanlar çoxdur, hansılar ki sizə yalnız ziyan vurur, çalışın, onlardan uzaqlaşın, yoxsa sonda başınız çox ağrıyacaq. Həftəsonu xəyanətlə qarşılaşa bilərsiniz: bu ya dost, ya da sevgiliniz tərəfindən ola bilər. Heç də kədərlənməyin, çünki sinənizdə bəslədiyiniz ilan vaxtında üzünü göstərdi, yoxsa o, sizə daha da ağır zərbə vura bilərdi. Uğurlu günləriniz 10, 12 oktyabr, uğursuz gününüz isə 11 oktyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Bu bürc soyuqqanlı görünə bilər, lakin onun içində balaca, şirin bir uşaq gizlənib. Bu həftə çalışın, özünüz kimi olun. Maskanızı çıxarın və inanın ki, çoxlu dost qazanacaqsınız. “Sevgi baxımından bəxtim gətirmir” düşünə bilrəsiniz, lakin bu belə deyil: ulduzlar bu yaxınlarda sizin qarşınıza ən layiqlisini seçib çıxaracaq. İş axtaranların üzü güləcək, çünki onlar arzu etdikləri təklifi alacaqlar. Həftəsonu gözləmədiyiniz yerdən pul gələcək, varlı olmağa hazırsınız? Uğurlu günləriniz 14, 16 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə intriqalarla dolu günlər olacaq. Həftəni işinizdə xoş xəbərlə açacaqsınız: bu ya vəzifə yüksəlişi, ya da maaş artımı ola bilər. Çərşənbə günü bir nəfər sizə quyu qazmağa başlayacaq: nə vaxtsa kiminsə yolunu keçmisiniz və o, illərlə qisas planı qurub. Lakin bunu hiss edəcəksiniz və o insanı tapıb darmadağın edəcəksiniz. Həftəsonu başınıza yaxşı işlər gələcək: dostunuzdan sizin həyatınızı dəyişəcək inanılmaz xoş xəbər eşidəcəksiniz. Uğurlu günləriniz 10, 11, 15 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

“Bu bürc aysberq kimi soyuq və hissiyatsızdır”. Təəssüf ki, çox insan sizin haqqınızda belə düşünür. Sevgisini göstərməkdən çəkinən bu bürc ətrafındakı dostlarını itirə bilər. Lakin Oğlaq içdən sevir: öz sevgisini büruzə verməsə belə, çox güvənli bürcdür. Həftəiçi siz yeni işlə məşğul olmağa başlayacaqsınız: dəyişiklik sizə yeni imkanlar gətirəcək. Həyatınız yaxşıya doğru dəyişəcək, yeni dostlar qazanacaqsınız. Sevgiliniz tərəfindən kiçik, xoş sürprizlər alacaqsınız. Uğurlu günləriniz 11, 13, 15 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Deyirlər ki, sevən aşiqinin yanında olmalı, ona nəzarət etməlidir. Lakin bu nəzarət Dolçanı bezdirir. Azadlığı sevən bu bürc sevgilisi ilə gərgin anlar yaşaya bilər. Ümumiyyətlə, bu yaxınlarda Dolçanın “başını bağlamaq” fikriniz varsa, məsləhət görürük, bundan vaz keçəsiniz: bu bürc “Subaylıq - sultanlıqdır” şüarı ilə yaşayır. Lakin pərəstişkarları da az deyil: həftəsonu əlinizi istəmək üçün qapınızın ağzına düzüləcəklər. Karyeranızda müsbət dəyişikliklər baş verəcək. Uğurlu günləriniz 12, 13 oktyabr, uğursuz gününüz isə 11 oktyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Bu həftə Balıq sağ göstərib, sol vuracaq, hamıya od qoyacaq. Balığın ağlına, bacarığına şübhə edən insanlar onun uğuruna mat-məəttəl qalacaqlar. Karyeranızda dəyişikliklərə hazır olun, çünki parlaq, sevincli günlər başlayır. Gözəlliyi, yaraşıqlığı ilə seçilən bu bürc çox insanların qəlbini fəth edəcək. Ulduzlar sizin qarşınıza bir neçə namizəd çıxaracaq: altıncı hissinizə güvənin və həyat yoldaşınızı seçin. Maddi durumunuzda artım gözlənilir: pulunuzu sağa-sola xərcləyəcəksiniz. Uğurlu günləriniz 14, 16 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Xəbər
Dünən, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Dünən, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Dünən, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Dünən, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Dünən, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Dünən, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Dünən, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Oxşar xəbərlər