top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 29.08. - 04.09.22
28 avqust 2022, 10:00
- ↺ +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 29.08. - 04.09.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ (21 mart - 20 aprel)

Bu həftə sakit olsanız, məqsədlərinizə çata biləcəksiniz. Həftə ərzində sənədlərlə, maddi dəyərlərlə işləyərkən diqqətli olmalısınız - kiçik bir səhv sizə çox baha başa gələ bilər. Çalışın rəhbərliyin etimadını doğruldun - yaltaqlıqla deyil, öz işinizlə nə qədər vacib əməkdaş olduğunuzu sübut edin, onda qarşınızda bir çox yeni imkanlar açılacaq. Həftəsonu yeni bir insanla tanış olacaqsız - o, sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 3, 4 sentyabr, uğursuz gününüz isə 29 avqustdur.

 

BUĞA (21 aprel - 21 may)

Həftəiçi Buğalar enerji ilə dolu olacaqlar - bu günlərdə hansı işə başlamağınızdan asılı olmayaraq, mütləq uğurla sonlanacaq. Həmkarlar tərəfindən zərbə ala bilərsiz - ağlınızda işlə əlaqədar planlarınız varsa, çalışın bu haqda, hələ ki, heç kimə deməyin, yoxsa ideyanız oğurlana bilər. Sevgiliniz sizə böyük bir hədiyyə edəcək -  sevincdən hətta ağlayacaqsız. Subayların da bəxti açılacaq - lakin öz yarınızı tapmaq üçün heç vaxt olmadığınız məkanlara üz tutmalısınız. Uğurlu günləriniz 3, 4 sentyabrdır, uğursuz gününüz gözlənilmir.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsiz, cibiniz bomboş olacaq. Odur ki, çalışın çox pul xərcləməyin. Ulduzlar yayın son günlərində Əkizlərə gözlənilməz hədiyyə bəxş edəcək - əgər ağlınızda ideya varsa, mütləq bu həftə həyata keçirin. Sevgi cəbhəsində romantik anlar yaşayacaqsız - sevgiliniz sizə aşırı diqqət yetirəcək. Bəzi Əkizlər isə subaylığın daşını atıb yeni münasibətə başlayacaqlar - seçim edərkən diqqətli olun, ürəyinizin qapısını yalnız layiq olana açın. Uğurlu günləriniz 29, 30, 31 avqust, uğursuz günləriniz isə 3, 4 sentyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Həftə kifayət qədər sabit və sakit keçəcək. İntuisiya Xərçənglərə yaxın gələcəkdə çox vacib və əhəmiyyətli bir şeyin baş verəcəyini deyəcək. Sevgilisi ilə münasibətdə problem yaşayanlar yeni dövrə keçəcəklər - davalara, münaqişələrə son qoyulacaq, Xərçəng hətta evlənmək fikrinə də gələcək. Siz sevinməlisiz, çünki bəxtiniz açılır -  qara günlər geridə qalacaq. Maddi vəziyyətiniz xeyli artacaq, lakin daha çox pul qazanmalı, yeni layihələrə başlamalısınız. Uğurlu günləriniz 1, 2 sentyabrdır, uğursuz günləriniz gözlənilmir.

 

ŞİR (23 iyul - 21 avqust)

“Tələsən təndirə düşər” - bu həftə dünya dağılsa belə, heç bir tələsik qərar verməyin. Həyat sizinlə oyun oynayacaq - sınaqdan keçsəniz, bəy balası kimi yaşayacaqsız, keçməsəniz, qəpiyə güllə atacaqsız. Həftəsonu hamı istirahət edəndə, siz çalışacaqsız, lakin kədərlənməyin - sentyabr ayında çalışqan olduğunuz üçün həyat sizi bonuslar və karyera yüksəlişi ilə mükafatlandıracaq. Bazar günü şad xəbər gözləyin - bu, sizin çoxdandır gözlədiyiniz xəbər ola bilər. Uğurlu günləriniz 29, 30, 31 avqust, uğursuz günləriniz isə 1, 2 sentyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Qızlar üçün bu həftə iş və karyera ilə bağlı məsələlərdə yüksəliş gözlənilir. Onlar ən yaxşı işgüzar keyfiyyətlərini göstərəcəklər və buna görə müdiriyyət tərəfindən mükafatlandırılacaqlar. Bu dövrdə həddindən artıq yemək və alkoqoldan istifadə etməyin - nəticəsi yaxşı olmaya bilər. Sevgi axtarmayın, çünki o, özü sizin qapınızı döyəcək və qarşınıza sanki nağıllardan olan şahzadə kimi biri çıxacaq - xoşbəxt, qayğısız, romantik və sevincli günlərə hazırsız? Uğurlu günləriniz 30 avqust, 1 sentyabr, uğursuz gününüz isə 3 sentyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu həftə yeni tanış olduğunuz insanlarla ehtiyatlı davranın, çünki onlar sizin həyatınıza daxil olub, rahatlığınızı poza bilərlər. Planlaşdırılmış, lakin  əvvəllər reallaşdımağa cəsarət etmədiyiniz layihələr varsa - mütləq bu dövrdə həyata keçirin. Həftəsonu dostunuzla və ya sevgilinizlə xırda problemlər yarana bilər. Sağlamlığınıza diqqət yetirin - imkan varsa, müayinəyə gedin. Gözləmədən varlanmaq şansınız olacaq - tanımadığınız insan tərəfindən gəlirli iş təklifi gözləyin. Uğurlu günləriniz 29, 30, 31 avqust, uğursuz gününüz isə 2 sentyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Önümüzdəki həftə zəngin və maraqlı keçəcəyini vəd edir. Demək olar ki, hər bir iş məsələsinə başdan-ayağa köklənmək məcburiyyətində qalacaqsız, ona görə də şəxsi işlərə, demək olar ki, vaxt qalmayacaq. Lakin həftəsonu yaxın bir insan sizə bu gərgin anları unutduracaq - onunla çox gözəl vaxt keçirəcəksiz. Subay Əqrəblər emosional şok yaşaya bilərlər - dünən dost bildiyi bir insan ona sevgi etirafı edəcək. Maddi durumunuz yavaş-yavaş yaxşılığa doğru dəyişəcək. Uğurlu günləriniz 29 avqust, 2 sentyabrdır, uğursuz gününüz gözlənilmir.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Oxatan bu həftəni ifşalarla yadda saxlayacaq. Yalançıların, üzünüzə gülüb arxanızca danışanların, sizə paxıllıq edənlərin əsl üzünü görəcəksiz. Həftəiçi böyük uğurunuz alqışlara səbəb olacaq - hamı sizdən danışacaq. Cibiniz pulla dolu olacaq, buna görə də illərdir görmədiyiniz qohumlar və “dostlar” başınıza yığışacaq. Lakin onlar sizin uğur payınızdan dada bilməyəcəklər - yana-yana qalacaqlar. Uğurlu günləriniz 29, 30 avqust, 4 sentyabr, uğursuz gününüz isə 31 avqustdur.

OĞLAQ (23 dekabr - 20 yanvar)

Bu həftə Oğlaq boş vaxt tapmayacaq - iş görüşləri ilə dolu günlər olacaq. Pul qazanmaq üçün əsl vaxtdır - hansı işlə məşğul olmaq istəsəniz, sonu uğurla bitəcək. Bəzi Oğlaqlar dürüst olmayan bir insanla qarşılaşacaqlar, aldanmaq riski ola bilər. Ümumiyyətlə bu həftə çalışın diqqətli olun və tanımadığınız insanlara çox da güvənməyin. Sevgiliniz tərəfindən kiçik  sürprizlər gözləyin - bu xoş xəbər və ya maraqlı hədiyyə ola bilər. Uğurlu günləriniz 1, 3 sentyabr, uğursuz günləriniz isə 30, 31 avqustdur.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Həftəni xoş əhvali-ruhiyyə ilə açacaqsız - aylardır gözlədiyiniz xəbəri alacaqsız. Həftəiçi qohumlarla, köhnə dostlarla görüşəcəksiz - kefiniz saz olacaq. Yeni işə başlamaq, biznes açmaq üçün gözəl vaxtdır. Son günlər bürcün passivləşən bəzi nümayəndələri özlərini ələ almalı və maddi durumunu yaxşılaşdırmaq üçün yeni ideyaları ortaya qoymalıdır. Kreativi ilə bürclərin arasında fərqlənən Dolça istəsə milyarder də ola bilər - sadəcə tənbəlliyə son qoymalıdır. Uğurlu günləriniz 29, 30, 31 avqust, uğursuz günləriniz isə 1, 2 sentyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Bu həftə Balıqların qarşısına Əqrəb, Dolça və ya Şir bürcünün nümayəndəsi çıxa bilər - ulduzlar sizi sevgi sınağına çəkəcək. Sizin könlünüzü almaq istəyən bu şəxslərə yox deməyin, bir şans verin - bəlkə də ən xoşbəxt günləri onunla yaşayacaqsız. Həftəsonu sağlamlığınızda kiçik problemlər yarana bilər - bunun qarşısını almaq üçün bol vitaminlər qəbul edin, vaxtı-vaxtında yatın və, ən əsası stresdən uzaq olun. Həftəsonu maddi durumunuz xeyli yaxşılaşa bilər. Uğurlu gününüz 31 avqust, uğursuz gününüz isə 4 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər