top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 03.10.22 - 09.10.22
02 oktyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 03.10.22 - 09.10.22

QOÇ (21 mart - 20 aprel)

Bu həftə Qoçlar üçün sabit və firavan bir dövr başlayır. Çöldə gəzərkən yerdən pul tapsanız və ya lotereyada cekpot “qoparsanız”, təəccüblənməyin - şanslı günlər başlayıb və bitmək bilməyəcək. Bəzi Qoçlar başını davaya soxacaq, lakin sonda qalib gələrək, düşmən bildiyi biri ilə eşq-məhəbbət yaşayacaq. Ümumiyyətlə, bu həftə qəribə hadisələrə hazır olun, hələ çox şeyə yaxşı mənada təəccüblənəcəksiniz. Uğurlu günləriniz 3, 5 oktyabr, uğursuz gününüz isə 7 oktyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Binaların yanından keçərkən ehtiyatlı olun - bir də gördünüz, başınıza dollarla dolu zənbil düşdü. Bəli, bəli, Buğanın bu dövrdə ən yaxın dostu uğur olacaq - il boyunca çox əziyyət çəkmisiniz və buna görə ulduzlar sizə hədiyyələr bəxş edəcək. Lakin qız dostlarınızla münaqişələr baş verə bilər, bu, hətta xəstəxana ilə sonlana bilər - çalışın Balıq, Xərçənq və Oxatan dostlarınızla nəzakətli danışın, yoxsa iç üzlərini görəcəksiniz. Uğurlu günləriniz 1, 3 oktyabr, uğursuz gününüz isə 6 oktyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə evli və sevgilisi olan Əkizlər il boyunca görmədiyi günlər görəcəklər: aşırı diqqət, hədiyyələr və möhtəşəm sürprizlər gözləyir. Sevinc dolu günlərə hazırlaşın: çətin zamanlar mütləq geridə qalacaq. İş axtaranlar da istədiyi peşə ilə məşğul olacaqlar. Ağlınız, kamalınız hamını heyran edəcək və bu, sizə karyera yüksəlişində kömək edəcək. Özünüzü heç kimə oxşatmayın, unutmayın ki, siz unikalsınız və buna görə sevilirsiniz. Maddi durumunuz az da olsa, yaxşılaşacaq, necə deyərlər, “dama-dama göl olar”. Uğurlu gününüz 8 oktyabr, uğursuz gününüz isə 3 oktyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Xərçənglərin ağlına, davranışına və kreativliyinə çox insan həm qibtə, həm də paxıllıq edir. Bu həftə isə daha çox pərəstişkar qazanacaqsınız. Bu bürcün işgüzar nümayəndələri böyük uğura imza atacaqlar və buna ən yaxın dostları ilə birgə nail olacaqlar. Sevgi cəbhəsində subayların başına çox hadisələr gələcək: bir nəfərin ürəyini qazanmaq üçün əlinizdən gələni etməyə çalışacaqsınız, amma ehtiyatlı olun, o insan sizi Məcnun kimi səhralara sala bilər. Lakin bu sevgi macərası xoşbəxtliklə bitəcək. Uğurlu gününüz 8 oktyabr, uğursuz gününüz isə 6 oktyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Bu həftə liderlik xüsusiyyətləri olan bu bürcün nümayəndələri kütlənin başına keçərək onları uğura doğru aparacaqlar. Bütün uğursuz günləriniz geridə qaldı, hal-hazırda yalnız istirahət edin və həyatın kefini çıxarın. Şirlərə sevgi tapmaq düşmür, o, ya layiq olmayana aşiq olacaq, ya da münasibətə girərək sonradan bezəcək. Ona görə də tələsməyin - sevgi özü sizi tapacaq. Son vaxtlar çox simicsiniz və bunu ətrafınızda hamı görür - yığdığınız pulu balışın altından çıxarın və özünüzə xərcləyin. Uğurlu günləriniz 3, 9 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

QIZ (22 avqust - 23 sentyabr)

Bu həftənin sonunda sevgilinizin sizə bahalı hədiyyə alacağını gözləyin. Bu hədiyyəni kim görsə, paxıllıqdan ürəyi partlayacaq. Lakin həftəiçi bu hədiyyəni qazanmaq üçün onun qılığına girməli və ürəyini almalısınız. İş yoldaşlarınızla aranızda anlaşılmazlıq baş verə bilər, hətta buna görə sizə tələ qurub işdən çıxara da bilərlər. Ümumiyyətlə, bu günlərdə heç kimlə konfliktə girməyin, nifrət etdiyiniz insanın belə üzünə gülün. Uğurlu günləriniz 7, 8 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu həftə ulduzlar Tərəzi bürcünə xoşbəxtlik hədiyyə edəcək, əsas da ailəli insanlara. Bu həm maddi yüksəliş, həm də övlad müjdəsi ola bilər. Həftəiçi böyük planların gerçəkləşəcəyi gözlənilir: bu, sizin həyatınızı 180 dərəcə dəyişəcək. Həftəsonu həyatınıza yeni dost daxil olacaq və bu dostluq ömrünüzün sonuna qədər davam edəcək. Tərəzilər bank əməliyyatları ilə bağlı diqqətli olmalıdırlar: aldana və ya uduza bilərlər. Uğurlu günləriniz 8, 9 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Əqrəbin yolundan qara pişik keçəcək, lakin həftə pis başlasa da, sonu gözəl olacaq. Əsas problemlər iş yerində olacaq: ola bilsin, müdiriyyətlə sözünüz çəp düşsün. Bu dövrdə çalışın diqqətli olun və konfliktlərə yol verməyin. Yaxın dostlarınız sizə elə böyük sürprizlər edəcək ki, şok yaşayacaqsınız. Şənbə və ya bazar günü maraqlı təklif gələcək: bu təklif gələcəkdə sizin həyatınızda böyük rol oynayacaq. Sevgiliniz sizə qarşı soyuq davrana bilər: ortada çözülməyən problemlər varsa, onları həll etməyə çalışın. Uğurlu günləriniz 3, 6 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu bürcün nümayəndələri macərasız yaşaya bilmirlər: həftənin əvvəlində qonşu ilə dava edəcək, işdə hamını mat edəcək, sonda isə Oxatanın şəkli bütün xəbər başlıqlarına düşəcək. Həftəiçi maddi durumunuzu artırmaq üçün şans olacaq, lakin məsləhətsiz heç bir təklifə razılaşmayın. Həftəsonu bu bürcün subay nümayəndələri dəlisov bir insanla rastlaşacaqlar: onunla münasibətə girmək fikriniz olsa, həyatınız darıxdırıcı keçməyəcək. Necə deyərlər, iki “dəli” bir araya gələndə, iki ürəyi bir araya gətirəndə möhtəşəm final olur. Uğurlu günləriniz 3, 7 oktyabr, uğursuz gününüz isə 5 oktyabrdır.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

Bu həftə Oğlaq pul qazanmaq üçün yeni üsul tapacaq və bununla da onun maddi durumu xeyli yaxşılaşacaq. Lakin insan təkcə pulla xoşbəxt ola bilməz: ulduzlar onun qarşısına mələk kimi birini çıxaracaq. Ev almaq və ya satmaq fikriniz varsa, mütləq bu dövrdə reallaşdırın, uduzmazsınız. Həftəsonu səyahətə çıxmaq ehtimalı çoxdur. Həyatınızda müsbət hadisələrin baş verməyinə çox az qalıb: səbr edin və hər şey gözəl olacaq. Sizin paxıllığınızı çəkən dostlarınız var: onları ifşa edin və həyatınızdan uzaqlaşdırın. Uğurlu günləriniz 7, 8, 9 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Bu həftə Dolçanın qabağına falçı çıxacaq və onun həyatını oxuyacaq. İnanıb-inanmamaq sizin seçiminizdir, necə deyərlər, “fala inanma, amma faldan da qalma”. Ümumiyyətlə, gərgin dövr geridə qalacaq: qara günlər unudulacaq, ağ günlər başlayacaq. Son vaxtlar tənbəl Dolçalar həyatlarında uğursuzluqlar olanda özlərini deyil, başqalarını günahlandırırlar. Lakin onlar unutmamalıdırlar ki, hərəkət etmədən uğura nail olmayacaqlar. Arzunuz varsa, mütləq onun dalınca gedin: sonu möhtəşəm olacaq. Uğurlu günləriniz 4, 6, 8 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

BALIQLAR (20 fevral - 20 mart)

Həftənin əvvəlində Balıqların başı üzərindən qara buludlar keçəcək: işiniz düz getməyəcək. Çərşənbə axşamına kimi vacib işlərinizi təxirə salın, yoxsa uçuruma gedəcəksiniz. Lakin həftənin ikinci yarısını gözəl bir xəbərlə açacaqsınız. Həyatınızda, bəlkə də, ən sevincli xəbər olacaq. Ulduzlar işsiz olanlara 1000+ manat maaşlı iş vəd edir, lakin buna yalnız bürcün çalışqan nümayəndələri nail olacaqlar. İctimai nəqliyyatda əks cinslə dalaşa bilərsiniz: həmin şəxs sizin gələcək sevgiliniz ola bilər. Uğurlu günləriniz 6, 7 oktyabr, uğursuz günləriniz isə 3, 4 oktyabrdır.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Dünən, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Dünən, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Dünən, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Dünən, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Dünən, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Dünən, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Dünən, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Dünən, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Dünən, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Dünən, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Dünən, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
22 iyun 2026, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
22 iyun 2026, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
22 iyun 2026, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
22 iyun 2026, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
22 iyun 2026, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
22 iyun 2026, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
22 iyun 2026, 15:14

Sabah hava necə olacaq?

Xəbər
22 iyun 2026, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
22 iyun 2026, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
22 iyun 2026, 13:49

Bülbülün doğum günüdür

Xəbər
22 iyun 2026, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
22 iyun 2026, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər