top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ”-17.10. - 23.10.22
16 oktyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ”-17.10. - 23.10.22

QOÇ (21 mart - 20 aprel)

Qoçun sanki sehirli çubuğu var: nə istəsə, onu əldə edir! Həmçinin bu bürcün nümayəndəsi heç vaxt ətrafında lazımsız insanları toplamaz: yaxşı dost tapmaq istəyirsinizsə, mütləq Qoçun tanışları ilə əlaqə qurun. Bu həftə sizi narahat edən problemlərə son qoyulacaq. Yaxşı günlərə hazır olun. Həftəsonu bahalı, lazımsız əşya alacaqsınız, lakin sonra xərclədiyiniz pula heyfiniz gələcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız olacaq: lazımi insanlarla tanış olacaqsınız. Uğurlu günləriniz 21, 23 oktyabr, uğursuz gününüz isə 17 oktyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Lakin sevgilinizlə münasibətiniz korlana bilər. Bunun qarşısını almaq üçün soyuq olmayın, ona diqqət yetirin. Subayların qabağına isə pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Həftəsonu möcüzəyə inanacaqsınız: arzunuz çin olacaq və siz şokda olacaqsınız. Uğurlu günləriniz 18, 22 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə heç kimdən yardım gözləməyin və yalnız özünüzə güvənin! Həftə çox ağır keçəcək, işiniz, qayğınız başınızdan aşacaq. Lakin həftəsonu əziyyətinizin bəhrəsini görəcəksiniz. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub, zəif yerinizi tapıb, sizə zərbə vura bilərlər, bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Uğurlu günləriniz 19, 23 oktyabr, uğursuz gününüz isə 20 oktyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Həyatınızın ən parlaq günləri başlayacaq: uğur sizin tərəfinizdə olacaq. Arzu etdiyiniz iş özü sizin qarşınıza çıxacaq. Çox əziyyət çəkmisiniz və bunun bəhrəsini də görəcəksiniz. Bu bürcün bəzi nümayəndələri sevgi tapmaqda əziyyət çəkirlər: hər bir namizəddə bir mız tapırsınız. Lakin unutmayın ki, ideal insan yoxdur: hər gözəlin bir eybi olur. Həftənin sonunda maddi durumunuzda kiçik azalma ola bilər, lakin pullar özünüzə xərclənəcək və bu, sizə ləzzət verəcək. Uğurlu günləriniz 17, 18 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Şirlər bu həftə ciblərində artım hiss edəcəklər. Həftənin ikinci yarısında kimin əsl dost olduğu, kimin isə sadəcə etibarınızdan istifadə etdiyi bəlli olacaq. Həftənin ortası gərgin keçə bilər: iş yoldaşlarınız ilə problemlər yarana, müdiriyyətlə sözünüz çəp düşə bilər. Bütün vacib qərarları və planları gələn həftəyə keçirmək məsləhət görülür. Ailəli Şirlər, partnyorunuzu qısqandırmağa çalışmayın, nə də buna şərait yaratmayın, əks halda sevgi nifrətə çevrilə bilər. Uğurlu günləriniz 20, 23 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Aylarla alınmayan işləri bu həftə görüb uğur qazana bilərsiniz. Riskli bildiyiniz işlərə əl atın: ulduzlar sizin tərəfinizdə olacaq. Ətrafınızda olan bir insan sizə sürpriz hazırlayır: bu ya maddi hədiyyə, ya da sevgi etirafı ola bilər. Həftəiçi bağlı bildiyiniz qapılar üzünüzə açılacaq, uğur sizin tərəfinizdə olacaq. Evdə qalmaq istəmirsinizsə, bayıra çıxın, daha tez-tez insanlarla görüşün: üzünüzü göstərin ki, bəxtiniz açılsın. Uğurlu günləriniz 18, 19, 21 oktyabr, uğursuz gününüz isə 17 oktyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Subay Tərəzilərin bu həftə sevgi cəbhəsində bəxti gətirməyə bilər, lakin maddi durumları çox yaxşı olacaq: maaşlarında artım gözlənilir. Bu günlərdə çalışın, heç kimlə münasibəti korlamayın, özünüzə düşmən yox, dost qazanın. Həftəsonu ulduzlar sizə möhtəşəm hədiyyə hazırlayıb. Bu, sizi çox xoşbəxt edəcək. Həyatınızda kiçik dəyişikliklər edin: kurslara yazılın, aktiv həyat yaşamağa başlayın. Uğurlu günləriniz 17, 19, 20 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Ulduzlar büdcənizə, xüsusən də xərclər sütununa yenidən baxış keçirməyi məsləhət görür. Axır vaxtlar çox xərcləyirsiniz, lakin artıq gələcək haqqında fikirləşmək lazımdır. Bu haqda, əsasən, subaylar düşünməlidirlər: münasibətə, hətta evliliklərə hazır olmalısınız. Ümumiyyətlə, sizi maddi duruma görə sevən insanları uzaqlaşdırın. Bu gün pul varsa, yanınızda olacaqlar, sabah olmasa, sizi tək qoyacaqlar. Həftəsonu həyatınız 180 dərəcə dəyişəcək: maraqlı hadisələr baş verəcək. Uğurlu günləriniz 22, 23 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə yeni bir eşq hekayəsi başlayacaq: seriallarda gördüyünüz o sevgi sizin həyatınızda baş verəcək. Karyera səhəsində mövqeyiniz dəyişəcək: ağır günlər olacaq, lakin sonda bəhrəsini görəcəksiniz. Qarşıdakı dəyişikliklər maddi vəziyyətinizə müsbət təsir edəcək. Bu ərəfələrdə liderlik xüsusiyyətlərinizi göstərmək lazımdır, müdir olmağın vaxtıdır. Yeni vəzifəyə təyin olunmaq və ya daha gözəl iş yerinə düzəlmək şansınız olacaq. Uğurlu günləriniz 20, 21, 23 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

Həftə bol hədiyyələrlə dolu olacaq: xoş sürprizlərə hazır olun. Böyük bir alış etməzdən əvvəl bütün nüansları nəzərə alın, riskləri hesablayın və maliyyə vəziyyətinizi ayıq şəkildə qiymətləndirin. Ehtiyatsız xərclər sizi maddi çətinliklərə sürükləyə bilər. Həftəiçi əks cinsin ürəyini alacaqsınız: pərəstişkarlarınız artacaq, sevgi etirafları gələcək. Xəyal qurmaqdan utanmayın, çünki ağlınızda tutduğunuz ideyalar mütləq gerçək olacaq. Uğurlu günləriniz 17, 18, 22 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Bu həftə dostlarınızdan xoş xəbər alacaqsınız: bu xəbər işlə, ya da səyahətlə bağlı ola bilər. Ümumiyyətlə, ayın sonuna kimi sürprizlərlə dolu günlər gözlənilir. Şəxsi həyatınızda dəyişikliklər baş verəcək: ürəyinizi bir insan alacaq və onunla firavan günlər yaşayacaqsınız. Ulduzlar sizi çox sevir və hər şeyi sizin gözəl qəlbinizə görə verir. İşinizdə gərgin günlərə son qoyulacaq və sonda əziyyətiniz müdiriyyət tərəfindən dəyərləndiriləcək. Uğurlu günləriniz 17, 18, 23 oktyabr, uğursuz gününüz 22 oktyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Bürclər arasında ən bəxtəvər bürc sizsiniz: bununla razılaşın! Çünki ürəyiniz nə istəsə, o olur, sanki kainat sizin arzularınızı eşidir. Bu həftə arzunuz gerçəkləşəcək və siz çox xoşbəxt olacaqsınız. Lakin sevgi tərəfdən problem yaşayırsınız: münasibətiniz alınmır, amma bəlkə də xeyirlisi budur. Ürəyinizin qapısını hər insana açmaqdansa, səbir etmək və sizə layiq olanı gözləmək daha yaxşıdır. Həftəsonu hamının rəğbətini qazanacaqsınız, xoş sözlər eşitməkdən doymayacaqsınız. Uğurlu günləriniz 18, 22, 23 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 15:16

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 14:32

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Xəbər
Bu gün, 13:53

Dünən dənizdə batan müğənni imiş

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Oxşar xəbərlər