top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 31.10. - 06.11.22
30 oktyabr 2022, 10:00
- ↺ +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 31.10. - 06.11.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ Bürcü (21 mart - 19 aprel)

Bu həftə şəxsi həyatınızda dəyişikliklər olacaq. Sizə elə gələcək ki, ikinci yarınız sizə qarşı soyuyub və ya sizi sevmir. Ancaq əksinə, hissləriniz sizi aldadacaq və həftənin sonunda sevgiliniz tərəfindən gözlənilməz sürprizlər olacaq. Sevgili axtarışına çıxan subay Qoçlar, tay axtarmayın, çünki ulduzlar sizə ən layiq olanını artıq seçib və bu yaxınlarda onu qarşınıza çıxaracaq. Həftəsonu xərcləriniz çox olacaq, çünki əlinizə pul gələcək. Uğurlu günləriniz 2, 4 noyabr, uğursuz gününüz isə 31 oktyabrdır.

 

BUĞA Bürcü (20 aprel - 20 may)

Bu həftə cibiniz pulla dolu olacaq, lakin xərcləməyə yeriniz də az olmayacaq. Siz çox çalışqan birisiniz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiniz. Rəqibləriniz sizə böhtan atmağa çalışacaqlar: zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Unutmayın ki, siz Buğasınız və sizin üçün “mümkünsüz iş” anlamı yoxdur. Bürcün sevgilisi olmayan, tənha nümayəndələrinin bəxti gətirməyə bilər: qarşınıza sizin hisslərinizlə oynayan biri çıxacaq, ağlınızı alıb istədiklərini edəcək. Uğurlu günləriniz 5, 6 noyabr, uğursuz gününüz isə 1 noyabrdır.

 

ƏKİZLƏR Bürcü (21 may - 21 iyun)

Əkizlərin bu həftə əl atacağı hər iş uğurla sonlanacaq. Qərarsızlıq, özünə inamsızlıq, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları və ya şansları itirə bilərsiniz. Dostunuzdan və ya sevgilinizdən sürpriz gözləyin - bu, hətta evlilik təklifi ola bilər. Ümumiyyətlə, bu ərəfələrdə bütün sürprizlərə açıq olmalısınız; baş verəcək hadisələrdən bəziləri həyatınızı 180 dərəcə dəyişə bilər. Bəzən çox soyuq olursunuz, nəticədə insanlar sizdən uzaqlaşır. Odur ki, sizi sevən, dəyər verən insanlara daha çox vaxt ayırmağa çalışın. Uğurlu günləriniz 3, 5 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

 

XƏRÇƏNG Bürcü (22 iyun - 22 iyul)

Bu həftə yeni dövr başlayacaq: müdiriyyət tərəfindən fərqləndiriləcəksiniz, karyera yüksəlişi ilə paxılların ürəyini partladacaqsınız. Əgər çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı gedər və bir də qayıtmaz. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə paxıllar yaradacaqlar. Amma siz onlardan üstünsünüz, sadəcə gülümsəyin və həyatınıza davam edin. Həftəsonu istirahət üçün gözəl vaxtdır, planlarınızı təxirə salmayın, kefin dadını mütləq çıxarın. Uğurlu günləriniz 1, 6 noyabr, uğursuz gününüz isə 4 noyabrdır.

 

ŞİR Bürcü (23 iyul - 22 avqust)

Son vaxtlar sevgidə bəxtiniz gətirmir, amma ola bilsin ki, günah sizdədir. Bəlkə sizi sevən yanınızdadır, ətrafınıza diqqətlə baxın. İşsiz olanların bu həftə bəxti açılacaq: gözəl təklif gələcək. Şəxsi həyatınızla bağlı xoşagəlməz söz-söhbətlər və dedi-qodular eşidəcəksiniz. Lakin heç vecinizə də almayın, çünki bunu edənlər sizin paxıllığınızı çəkir. Uğurlu günləriniz 2, 5 noyabr, uğursuz gününüz isə 1 noyabrdır.

 

QIZ Bürcü (23 avqust - 22 sentyabr)

Bu həftə maraqlı və sürprizlərlə dolu günlər gözlənilir. Ən böyük sürpriz isə sevgi cəbhəsində baş verəcək: sizi xoşbəxt edəcək biri gözlənilmədən həyatınıza daxil olacaq və sizə ömürlük yoldaş olacaq. Qarşınıza Oğlaq, Buğa və ya Dolça çıxıbsa, düşünmədən həmin şəxslə münasibətə başlayın, çünki ən ideal cütlük siz olacaqsınız. Həftəsonu çoxdan görmədiyiniz bir insanla qarşılaşacaqsınız: bu görüş həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 31 oktyabr, 5 noyabr, uğursuz gününüz isə 3 noyabrdır.

 

TƏRƏZİ Bürcü (23 sentyabr - 23 oktyabr)

Həftənin əvvəlində yolunuzdan qara pişik keçəcək: həyatınızda bəzi problemlər ola bilər, amma unutmayın ki, hər qara günün ardınca mütləq ağ gün gəlir. Məktəb vaxtı sizə aşiq olan bir nəfər həyatınıza daxil olacaq və sizdən yenidən şans istəyəcək: ona “hə” desəniz, peşman olmazsınız. Həftəsonu qalmaqala düşə bilərsiniz; çalışın artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Uğurlu günləriniz 31 oktyabr, 3 noyabr, uğursuz gününüz isə 1 noyabrdır.

 

ƏQRƏB Bürcü (24 oktyabr - 21 noyabr)

Bu həftə yaxın bildiyiniz əks cins nümayəndəsi olan bir dostla münasibətiniz daha ciddi bir şeyə çevrilə bilər. Dostluq münasibətlərinə “yox” deyib sevgi yaşamağa hazırsınız? Qərar verməlisiniz. İtirəcəyiniz heç nə yoxdur və verdiyiniz hər bir qərar gələcəyinizə müsbət təsir edəcək. Bürcün işsiz olan nümayəndələri evdə oturub heç kimdən kömək gözləməməlidirlər; ağıllısınız, kreativsiniz, amma beyninizi 100% işlətmək istəmirsiniz. İşlətsəniz, bəlkə də ən varlı biri olarsınız. Uğurlu günləriniz 5, 6 noyabr, uğursuz gününüz isə 4 noyabrdır.

 

OXATAN Bürcü (22 noyabr - 21 dekabr)

Bu həftə cütlüklər üçün çox çətin dövr keçəcək. Bir qığılcım bəs edəcək ki, bomba partlasın. Oxatanlar əks cinsə onları sevdiyini bir daha sübut etməlidirlər; aranızda soyuqluğun yaranmasına imkan verməyin. Həftəsonu gözlənilməz qərarlar qəbul edəcəksiniz: bu, iş dəyişmək, səyahətə çıxmaq, ölkəni tərk etmək, hətta münasibətə son qoymaq kimi vacib məsələlər ola bilər. Bu dövr çox qarma-qarışıq olacaq: hadisələr gözlənilməz şəkildə cərəyan edəcək. Uğurlu günləriniz 1, 3, 5 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

 

OĞLAQ Bürcü (22 dekabr - 19 yanvar)

Oğlaqlar üçün perspektivli dövr başlayır: bu dövr karyera yüksəlişi ilə yadda qalacaq. Ayın sonuna qədər bütün işlərinizi planlı şəkildə görməyə çalışın, yoxsa siz böhtan və ya, hətta xəyanətlə üzləşə bilərsiniz. Həmçinin tələsik qərarlar verməyin, sonda xoşagəlməz hadisələr baş verə bilər. Sağlamlığınıza fikir verin: çalışın, qısamüddətli də olsa, pəhriz saxlayın. Həftəsonu kiçik sürprizə hazır olun. Uğurlu günləriniz 1, 3, 5 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

 

DOLÇA Bürcü (20 yanvar - 18 fevral)

Bu həftə eviniz qonaqlarla dolacaq; bu, xeyir işlə əlaqəli ola bilər, və ya siz birdən varlanacaqsınız və çoxdandır sizi axtarmayan qohumlar başınıza doluşacaqlar. Ümumiyyətlə, bu ərəfələr çox bərəkətli olacaq: iş axtaranlar arzularına çatacaqlar, işi olanlar isə karyerada bir addım da yüksələcəklər. Çoxdandır qurduğunuz planların həyata keçməsində gecikmələr ola bilər, lakin əsas odur ki, sonda məqsədinizə çatacaqsınız. Uğurlu günləriniz 1, 4 noyabr, uğursuz gününüz isə 6 noyabrdır.

 

BALIQLAR Bürcü (19 fevral - 20 mart)

Bu həftə Balıqlar virtual həyata son qoymalıdırlar: insanların arasında çox olun, inanın ki, bəxtiniz açılacaq. Həftəiçi sizi şoka salacaq xəbər alacaqsınız, həmin xəbəri isə sizə ən yaxın dostunuz deyəcək. Həftənin əvvəlində bəy balası kimi yaşayacaqsınız: maddi durumunuz xeyli yüksələcək. Bu həftə çalışın, səs-küylü yerlərdən uzaq durun; stres yaşaya bilərsiniz, bu isə sağlamlığınıza mənfi təsir göstərə bilər. Uğurlu günləriniz 2, 4 noyabr, uğursuz gününüz isə 5 noyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər