top
BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ - 27.06. - 03.07.22
26 iyun 2022, 10:00
- ↺ +

BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ - 27.06. - 03.07.22

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ (21 mart - 19 aprel)

Bu həftə üzərinizə olduqca böyük məsuliyyət düşəcək. Bu iş, ailə, və ya digər məsələlərə aid ola bilər. Ancaq hər şey sizin ixtiyarınızda olacaq, çünki bütün həftə istənilən təşəbbüslər üçün çox əlverişlidir. Bu həftə sözlərinizə və vədlərinizə son dərəcə diqqət yetirin - bir şeyin öhdəsindən gələ bilmirsinizsə, kömək istəməkdən çəkinməyin. İstirahət günlərinizi işə qurban verməli ola bilərsiniz. Uzun müddətdir ki, kiçik təmir və ya ümumi təmizlik işlərini planlaşdırırsınızsa, bunu şənbə günü etmək daha uyğundur, o zaman gözləniləndən daha yaxşı nəticə əldə edəcəksiniz. Uğurlu günləriniz 27, 28 iyun, uğursuz gününüz isə 1 iyuldur.

 

BUĞA (20 aprel - 20 may)

Bu həftə işdə, məktəbdə və şəxsi münasibətlərdə kiçik mübahisələr ola bilər. Buna görə də, gərginləşdirən münaqişələrin qarşısını almaq üçün emosiyalarınızı nəzarətdə saxlamağa çalışın. Kommersiya baxımından çox əlverişli həftədir - satış və ya alış etməkdən çəkinməyin. Sevgilinizə daha çox vaxt ayırın - onu sevmədiyinizi düşünə bilər və bu, başqa bir qalmaqala səbəb ola bilər. Şam işığında şam yeməyi və ya birlikdə uzun bir gəzinti ilə münasibətlərinizə romantika qatın. Həftəsonu cibinizə çoxlu pullar daxil olacaq. Uğurlu gününüz 30 iyundur, uğursuz günləriniz isə 28 iyun,1 iyuldur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Bu həftə çox diqqətli olmalı və sizə deyilən hər şeyi süzgəcdən keçirməlisiniz - qeybət və müxtəlif fərziyyələrdən ibarət əsl sunami gəlir. Hər kəsin sözünə inanmayın və heç kəs arxasınca danışmayın, yoxsa xoşagəlməz bir intriqanın mərkəzində olacaqsınız. İş yerində emosiyalarınızı idarə edin, sizi əsəbləşdirən həmkarlara fikir verməyin -  əvvəlcə sakitləşməyə çalışın və yalnız bundan sonra hər hansı bir qərar verin. Bu həftə alış-veriş üçün çox əlverişlidir. Xüsusilə həftə sonları çoxdan planlaşdırdığınız böyük alış-verişlər edə bilərsiniz. İdman haqqında da unutmayın - mümkünsə, daha çox gəzin, qidanıza fikir verin. Uğurlu günləriniz 27 iyun, 1 iyul, uğursuz gününüz isə 2 iyuldur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə “haradan pul tapım”, “necə dolanım” kimi dərdiniz olmayacaq, əksinə, pulu haraya və necə xərcləməyinizi dərd edəcəksiniz. Həftə çox bərəkətli keçəcək - maaş yüksəlişi və ya mükafat ala bilərsiniz. İşdə diqqətli olun - müdiriniz yaxşı işçi olduğunuzu bilir, lakin iş yoldaşlarınız sizi qısqanıb altdan-altdan işlər görə bilərlər. Ona görə səhvlərə yol verməyin, yoxsa bu imkandan istifadə edib sizi gözdən düşürə bilərlər. Sevgililəri olan Xərçənglər, yarınızı qısqandırmaqdan əl çəkin, yoxsa münasibətlər soyuqluğa doğru gedəcək. Uğurlu günləriniz 28, 29 iyundur, uğursuz günlər gözlənilmir.

 

ŞİR (23 iyul - 22 avqust)

Bu həftə maliyyə məsələlərində, xüsusən də hesab və bank kartları ilə bağlı əməliyyatlarda diqqətli olun. Küçədə bir fırıldaqçı ilə qarşılaşmaq və ya kartı itirmək riski böyükdür. Həm də böyük alışlar etməyin, çünki keyfiyyətsiz məhsul almaq riski var. Şəxsi həyatınızda çox da xoş olmayan bir dövr olacaq - yaxınlarınız sizi məyus edə bilər və ya sevgilinizlə münaqişə yaşaya bilərsiniz. İş yerinizdə aqressiv olmayın, hisslərinizi cilovlayın, yoxsa başqaların gözündə siz qəddar bir insan kimi görünəcəksiniz. Amma maliyyə tərəfindən bəxtiniz gətirəcək, müdiriyyət sizin işinizi bəyənib maaşınıza bonuslar əlavə edəcək. Uğurlu günləriniz 27, 29 iyun, uğursuz gününüz isə 28 iyundur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Bu həftə maraqlı hadisələr baş verəcək - çoxdandır görmədiyiniz və ya xaricdə yaşayan insanla görüşəcəksiniz. Xoş söhbətlər əhvali-ruhiyyənizi qaldıracaq, sizə bol enerji verəcək. Şəxsi həyatınıza maraq qatın, heç vaxt olmadığınız yerlərə gedin, səyahətə çıxın, birgə kurslara yazılın və s. Bürcün subay nümayəndələri özünə yar seçəndə diqqətli olsunlar, mələk kimi görünən biri şeytan çıxa bilər. Pulunuz artmayacaq, amma itki də olmayacaq - siz özünüz bilirsiniz pulu haraya xərcləmək və yatırmaq lazımdır. Uğurlu günləriniz 28, 29, 30 iyun, uğursuz gününüz isə 27 iyundur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Bu həftə istənilən hüquqi məsələlər, eləcə də istənilən sənədlərin icrası üçün çox əlverişlidir. Həm də bu həftə səyahətə çıxmağın əsl vaxtıdır -  bütün problemlərdən azad olun, yeyin, için, hamının acığına gözəl istirahət edin. Stilinizi dəyişmək istəyirsiz? Dəyişin, niyə də yox?! Çox uğurlu alınacaq, hamının gözü sizdə olacaq. Bu aralar sevgi kitabını açmayın - uğursuz münasibət qəlbinizi sındıra bilər. “Subaylıq sultanlıqdır” deyib yaşayın, vaxtı gələndə, o daşı da atarsız. Pulunuza qənaət vaxtı deyil, ürəklə xərcləyin - yaxın zamanda xərclədiyiniz pulun ikiqatı qayıdacaq. Uğurlu günləriniz 27, 29 iyun, 1 iyul, uğursuz gününüz isə 28 iyundur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Bu həftə sizin qarşınızda birdən-birə inkişaf perspektivi açılacaq. Buna görə də, iş yerində yeni və mürəkkəb layihələri qəbul etməkdən çəkinməyin, onların müsbət nəticələrini çox tezliklə görəcəksiniz. Bürcün qadın nümayəndələrinin həyatında dəyişikliklər gözlənilir - bu həftə sizə sevgi təklifi gələ bilər. Uzun müddətdir evlilik təklifi etməyi planlaşdıran kişilər üçün bu həftəsonu bunu etmək daha yaxşıdır. Bu həftə sözlərinizə və hərəkətlərinizə diqqət edin. Düşmənləriniz sizi izləyir və sizə zərbə vurmaq istəyir, lakin unutmayın ki, siz Əqrəbsiniz - lazım olanda sancmağı da bacarmalısınız. Uğurlu günləriniz 28, 29, 30 iyundur, uğursuz günləriniz gözlənilmir.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Bu həftə sizin üçün bütün sahələrdə hadisələrlə dolu olacaq. İşdə sizi yeni başlanğıclar və ya layihələr gözləyir. Lakin onların uğurlu olması üçün kifayət qədər vaxt ayırmalısınız uğurlu olacaq. Əgər öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsinizsə, işdə daha çox qalın və ya hətta istirahət günündə işə çıxın. Bu, maaş artımı və ya bonus şəklində bəhrəsini verəcək. Həftənin ikinci yarısında sevgilinizlə mübahisə edə bilərsiz. Odur ki, hər şeyi şişirtməyin, xırda problemləri sakitcə həll edin. Qidanızı nəzərdən keçirin və açıq havada daha çox vaxt keçirin. Uğurlu gününüz 30 iyun, uğursuz gününüz isə 27 iyundur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Bu həftə işdə mümkün qədər diqqətli və təşəbbüskar olmalısınız. Yaradıcı ideyalarınız mütləq rəhbərləriniz tərəfindən nəzərə alınacaq və bu, karyera yüksəlişinizə kömək edəcək. Şəxsi həyatınızda sizi xoş xəbərlər gözləyir. Ola bilsin ki, bu həftə siz romantik səfər və ya görüş keçirəsiniz. İntuisiyanıza güvənin, əgər hiss edirsinizsə ki, hər hansı bir işi görmək lazım deyil - etməyin. Görüşlər və şənliklərlə bağlı istənilən təklifə açıq olun. Bəlkə subay Oğlaqların bəxti açılacaq və xoşbəxt günlər başlayacaq. Uğurlu gününüz 3 iyul, uğursuz günləriniz isə 28, 30 iyundur.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Həftə ərzində işinizə çox diqqət yetirin, çünki istədiyiniz artımı əldə edə bilmək imkanınız yarana bilər. Həm də yeni ideyanız varsa, rəhbərinizə çəkinmədən deyin - bu sizin karyeranızın yüksəlişi üçün bir addım olacaq. Ancaq həftənin ikinci yarısını və həftəsonunu yalnız özünüzə, yaxınlarınıza həsr edin. Bir az yaradıcılıq və əzm nümayiş etdirsəniz, sevgilinizlə romantik münasibətlər alışıb yanacaq. Pul qazanmaq üçün əsl vaxtdır - axı sizin fantaziyanız çox zəngindir, ağlınızı işə goşun və biznes açın. Uğurlu gününüz 1 iyul, uğursuz gününüz isə 30 iyundur.

 

BALIQLAR (19 fevral - 20 mart)

Bu həftə sizi uğurlu günlər gözləyir. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlıqlar və yaxınlarınızdan xoş xəbərlər alacaqsınız. İşdə maksimum əzmkarlıq və qətiyyət göstərməyə çalışın ki, həmkarların və rəhbərliyin etimadını qazana biləsiniz. Bu həftə dostlarla görüşmək üçün əlverişlidir, xüsusən də bir-birinizi uzun müddət görmürsünüzsə. Həmçinin romantik anlara da vaxt ayırın - şam işığında yemək və ya parkda piknik edin. Əgər münasibətlərdə çətin dövr yaşayırsınızsa, o zaman həftənin ikinci yarısında ciddi söhbətə başlamağa çalışın, bunun hər ikiniz üçün çox müsbət nəticələri olacaq. Öz sağlamlığınız haqqında unutmayın. Həftənin ikinci yarısında mütləq hər hansı fiziki fəaliyyətlə məşğul olun. Uğurlu günləriniz 27 iyun, 2 iyul, uğursuz gününüz isə 29 iyundur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər