top
Həftəlik bürclər 12 DEKABR - 18 DEKABR
11 dekabr 2022, 10:00
- ↺ +

Həftəlik bürclər 12 DEKABR - 18 DEKABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə münaqişəli situasiyalar yaranacaq: hamı sizə qarşı olacaq, lakin onlar sonda sizin haqlı olduğunuzu başa düşəcəklər və sizdən üzr istəyəcəklər. Yeni layihəyə başlamaq üçün münasib zamandır: işdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. Pulunuza qənaət etməli olacaqsınız, əks alda qarşı cins ağlınızı alıb sizi “sağacaq”. Həftəsonu qohumlardan yarıyacaqsınız: sürprizə hazır olun. Uğurlu günləriniz 15, 18 dekabr, uğursuz gününüz isə 13 dekabrdır.

BUĞA bürcü


Bu həftə yaxın gələcəklə bağlı planlar qurun və onları gerçəkləşdirməyə çalışın. Həftənin ikinci yarısında yolunuzdan qara pişik keçəcək: işləriniz istədiyiniz kimi getməyəcək, lakin səbirli olun, sonda hər şəy öz yoluna düşəcək. Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun, əsəbinizi sevgilinizdən çıxmayın, yoxsa münasibətiniz soyuyacaq. Həftəsonu ciddi məsələ ortaya çıxacaq. Bununla bağlı etibar etdiyiniz insanlardan məsləhət almağa çalışın. Uğurlu günləriniz 14, 17 dekabr, uğursuz gününüz isə 15 dekabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə ətrafınızda olan ikiüzlü insanları tanıyacaqsınız: onlar sizə qazdıqları quyuya özləri düşəcəklər. Kimsə sizin yaxın dostunuzla aranızı vurmağa çalışacaq: şayiələrə, dedi-qodulara inanmayın. Həftənin ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız: hədiyyələrə hazır olun. Bu bürcün subay nümayəndələrinə məsləhət görülür ki, sosial şəbəkələrdən ayrılıb daha çox insanlarla real ünsiyyətə girsinlər, mütləq ikinci yarılarını tapacaqlar. Uğurlu günləriniz 12, 16 dekabr, uğursuz gününüz isə 17 dekabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə subay Xərçəng bir nəfərdən elektrik alacaq və münasibətə baş vurmağa hazır olduğunu anlayacaq. İş yerinizdə sizə vacib tapşırıqlar veriləcək və onları uğurla yerinə yetirsəniz, müdiriyyət tərəfindən bonuslar, hətta maaş artımı ilə mükafatlandırılacaqsınız. Həftənin ikinci yarısında alış-veriş etməyin, yoxsa dələduzlarla və keyfiyyətsiz mallarla qarşılaşacaqsınız. Həftəsonu həyatınıza gözləmədiyiniz insan daxil olacaq: onunla iş birliyi qurmağa çalışın. Uğurlu günləriniz 17, 18 dekabr, uğursuz gününüz isə 14 dekabrdır.

ŞİR bürcü


Bu həftə dürüst bildiyiniz insan sizi aldadacaq: onun əsl üzünü, nəhayət ki, görəcəksiniz. Onun yalanı üzə çıxsa da, heç utanmayacaq, əksinə, “üzünüzə duracaq”. “Risk etməyən şampan içməz!” - çoxdandır planlaşdırdığıız məsələ varsa, mütləq bu həftə gerçəkləşdirməyə çalışın, sonu gözəl olacaq. Həftənin ikinci yarısında tanışlarla, qonşularla kiçik anlaşılmazlıqlar ola bilər. Hətta dava baş verə bilər, odur ki, ən xırda məsələlərə belə “soyuq başla” yanaşın. Uğurlu günləriniz 12, 17 dekabr, uğursuz gününüz isə 16 dekabrdır.

QIZ bürcü


Bu həftə verəcəyiniz hər hansı qərar sizin gələcəyinizə təsir edəcək. Həyatınızda kiçik dəyişikliklər edin: kurslara yazılın, aktiv həyat yaşamağa başlayın. Sevgi cəbhəsində də unudulmaz anlar gözlənilir, hətta yeni həyatın dünyaya gələcəyi barədə xəbər də eşidə bilərsiniz. Həftəsonu kapitalınız böyüyəcək: bu pulları düzgün istiqamətə yönəltsəniz, uğur qazanacaqsınız. Uğurlu günləriniz 15, 18 dekabr, uğursuz gününüz isə 12 dekabrdır.

TƏRƏZİ bürcü


Kim həmişə haqlıdır? O, həmişə haqlıdır! Tərəzi ilə mübahisə etmək vaxt itkisidir. Ona görə də bu həftə yalnız sizin dediyiniz və istədiyiniz olacaq, heç kim də sizi fikrinizdən daşındıra bilməyəcək. Təhsil məsələlərində diqqətli olmalısınız. Əgər sizi imtahan və ya kursun sonu gözləyirsə, bir neçə gününüzü yalnız buna həsr edin. Həftənin ikinci yarısında sağlamlığınıza diqqət yetirin. İdmanla məşğul olmaq və düzgün qidalanmaq tövsiyə olunur. Sevgi cəbhəsində xoş sürprizlər olacaq. Uğurlu günləriniz 16, 17 dekabr, uğursuz gününüz isə 15 dekabrdır.

ƏQRƏB bürcü


Bu həftə daşınmaz əmlak məsələləri ilə məşğul olmaq üçün çox əlverişlidir. Mümkün qədər diqqətli olun və daim peşəkarlarla məsləhətləşin. İşdə çox məşğul olacaqsınız, ancaq hər şeyin öhdəsindən gələcəksiniz və sonda müdiriyyət çalışqanlığınızı qiymətləndirəcək. Həmçinin paxılların diqqətini özünüzə çəkəcəksiniz. Onlar çalışacaqlar ki, əhvalınız pozulsun, lakin buna nail ola bilməyəcəklər və sonda “partlayacaqlar”. Şəxsi həyatınızda sizi böyük və möhtəşəm dəyişikliklər gözləyir, özü də ancaq müsbət tərəfə. Uğurlu günləriniz 12, 17 dekabr, uğursuz gününüz isə 14 dekabrdır.

OXATAN bürcü


Bu həftənin ən bəxtəvər bürcü sizsiniz! İşləriniz yağ kimi gedəcək, bütün planlarınız gerçəkləşəcək. İşdə həmişəkindən daha çox vaxt keçirəcəksiniz, lakin həftənin sonunda bəhrəsini görəcəksiniz, Bu, maddi durumunuzda öz əksini tapacaq. Bəyənmədiyiniz və ya əhvalınıza mənfi təsir göstərən insanları həyatınızdan silin. Necə deyərlər, şər-xətadan uzaq durun. Həftənin sonunda xərclərinizə fikir verin, kortəbii alışlar etməyin, çünki bu həftə maliyyə vəziyyətiniz kifayət qədər qeyri-sabit ola bilər. Uğurlu günləriniz 13, 14 dekabr, uğursuz gününüz isə 18 dekabrdır.

OĞLAQ bürcü


Həftənin əvvəli hər hansı bir qərar verməzdən əvvəl yüz ölçüb bir biçin, səhv qərar sizi uçuruma apara bilər. Gözmuncuğu taxın, çünki hər bir işiniz avand olacaq. Subayların başı ağrıyacaq, çünki dalınızca pərəstişkarlar düşəcək. Sizə münasibətə başlamaq, hətta evlənmək təklifləri gələcək, imtina edəcəyiniz təqdirdə isə sizi qaçıra da bilərlər. Necə deyərlər, səbirli olun, Allah köməyiniz olsun. Bundan əlavə, bu həftə müdiriyyət tərəfindən sizə bonuslar gələ bilər, əgər işinizdə özünüzü doğrultsanız. Uğurlu günləriniz 16, 17 dekabr, uğursuz gününüz isə 15 dekabrdır.

DOLÇA bürcü


Çalışın heç kimə borc verməyin: pul verəndə yaxşı insan olacaqsınız, geri istəyəndə isə pis. Əlavə gəlir mənbəyi tapmağın əsl vaxtıdır. Siz çox ağıllısınız, lakin tənbəllik edirsiniz. Çoxdandır iş birliyi qurmaq istəyirsinizsə, edin, qorxmayın, hər şey alınacaq. İş həftəsinin ikinci yarısında gözlənilməz xəbərlər əhvali-ruhiyyənizi poza bilər, lakin bu, uzun müddət çəkməyəcək və tezliklə hər şey yoluna düşəcək. Uğurlu günləriniz 12, 13 dekabr, uğursuz gününüz isə 14 dekabrdır.

BALIQLAR bürcü


Bu həftə sizin üçün müsbət hadisələrlə dolu olacaq. Əsas da işsiz insanlar üçün əlverişli həftə gözlənilir: istədiyiniz işə qəbul olmaq istəyirsinizsə, sadəcə özünüzə güvənin, müsahibədə rahat olun və biliklərinizi göstərin. Həftənin ikinci yarısında münaqişələr ola bilər. Çalışın, özünüzü təmkinli aparın, davadan uzaq durun. Paxıl insanlar ətrafınıza doluşacaq, “qardaş”, “bacı” deyib arxanızca dedi-qodu edəcəklər. Lakin kimin dost, kimin düşmən olduğunu yaxın gələcəkdə öyrənəcəksiniz. Uğurlu günləriniz 17, 18 dekabr, uğursuz gününüz isə 12 dekabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər