top
Həftəlik bürclər 13 FEVRAL - 19 FEVRAL
12 fevral 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 13 FEVRAL - 19 FEVRAL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə ətrafda hər şey qaydasında olsa da, müəyyən fikirlər sizi dinc buraxmayacaq. Lakin həftəsonuna qədər özünüzü tamamilə rahat tutmağa çalışın. Bazar ertəsindən cümə axşamına kimi olan günlər mürəkkəb problemlərin həlli, işgüzar səfərlər, vacib görüşlər və mühüm danışıqlar üçün əlverişlidir. Münasibətdə olan Qoçlar xoş xəbər eşidəcəklər: bu xəbəri siz heç gözləmirdiniz. Uğurlu günləriniz 16, 18 fevral, uğursuz gününüz isə 14 fevraldır.

BUĞA bürcü


Bu həftə karyera zirvələrini fəth etmək üçün hazır olmalısınız: əlinizə çox gözəl fürsət düşəcək. Yaxın dostunuzla biznes qurmaq imkanınız olacaq: ilk addımlar çətin olsa da, sonu mütləq uğurlu olacaq. Sevgi cəbhəsində problemlər ola bilər: sevgilinizə qarşı soyuq davranış gec-tez dava ilə sonlanacaq. Həftəsonu illər əvvəl natamam qoyduğunuz məsələ sizi təqib etməyə başlayacaq. Uğurlu günləriniz 13, 17 fevral, uğursuz gününüz isə 16 fevraldır.

ƏKİZLƏR bürcü


Bu həftə, xüsusən də həftənin ortalarında həddindən artıq həssas ola bilərsiniz: kiçik problemlər belə sizi ciddi şəkildə narahat edə bilər. Ulduzlar hər şeyi ürəyə salmamağı və mənfi emosiyaları cilovlamağa çalışmağı tövsiyə edir. Həftəsonu bütün problemlərdən azad olacaqsınız: bəxtiniz açılacaq və görmək istədiyiniz hər bir iş yağ kimi gedəcək. Subay qızlar, cehizləriniz hazırdır? Həftənin son günlərində Şirin Xosrovla qovuşacaq: sevgi etirafı və ya evlənmə təklifi alacaqsınız. Uğurlu günləriniz 16, 18 fevral, uğursuz gününüz isə 13 fevraldır.

XƏRÇƏNG bürcü


Bu həftə fikirlərdə, sözlərdə və əməllərdə xaotik ola bilərsiniz. Odur ki, nəyəsə nail olmaq istəyirsinizsə, aydın bir plan qurmaq daha yaxşıdır. Həftənin əvvəlində sevgi cəbhəsində xoş sürprizlər ola bilər, lakin həftənin sonu münasibətə başlamaq, şəxsi iş və ya kardinal dəyişikliklər üçün əlverişsizdir. Alış-veriş edərkən pul itirmək və ya aldadılmaq riski yüksəkdir. Bazar günü yaşılgözlü bir insan həyatınıza daxil olacaq: ondan bərk-bərk yapışın, o, sizin “uğur böcəyiniz” olacaq. Uğurlu günləriniz 14, 15 fevral, uğursuz gününüz isə 17 fevraldır.

ŞİR bürcü


Bu həftə nağıllar gerçəkləşəcək. “Sinderella” şahzadəyə ərə gedəcək, Əsli Kərəmlə qovuşacaq, Ələddin xəzinə tapacaq: arzu etdiyiniz, xəyal qurduğunuz məsələlər çin olacaq. Həyatınızda zəli kimi bir insan var, o, sizdən yapışıb və qanınızı içir: ondan qurtulmaq vaxtıdır. Ümumiyyətlə, ətrafınızda lazımsız insanlar çoxdur: onlar sizin üzünüzə gülür, lakin arxanızca danışırlar. Bazar günü maddi durumunuzda müsbət dəyişikliklər olacaq. Uğurlu günləriniz 16, 17 fevral, uğursuz gününüz isə 14 fevraldır.

QIZ bürcü


Bazar ertəsindən cümə axşamına qədər olan günlər maliyyə vəziyyəti və karyera yüksəlişi üçün imkanlar vəd edir. Mütəmadi işgüzar görüşlər sizə yeni faydalı əlaqələr tapmaq və gələcəkdə maddi durumunuzu yaxşılaşdırmaq imkanları verəcək. Cümə günü yaxın insanlarla nəzakətli davranın, artıq bir söz və ya hərəkət mübahisəyə səbəb olacaq. Həftəsonu öz sadəlövhlüyünüz ucbatından qurbana çevrilmək təhlükəsi var. Uğurlu günləriniz 13, 15 fevral, uğursuz gününüz isə 17 fevraldır.

TƏRƏZİ bürcü


Bu həftə, xüsusilə sosial şəbəkələrdə yeni tanışlıqlar etməməlisiniz: sizi tələyə salmaq istəyəcəklər. Qəlbinizi qıran bir nəfər sizin ürəyinizi təkrar almaq istəyəcək. Lakin bəzi insanlara ikinci şans vermək özünü təkrarən yandırmaq kimidir. Həftənin ortasında maliyyə vəziyyətində yaxşılaşma, gözlənilməz pul və ya gəlirli maliyyə əməliyyatları ehtimal olunur. Dostlar tərəfindən xoş sürprizlər gözləyin. Uğurlu günləriniz 14, 18 fevral, uğursuz gününüz isə 15 fevraldır.

ƏQRƏB bürcü


Bu həftə öz iradəniz və qətiyyətiniz sayəsində həyatın müxtəlif sahələrində istədiyinizə nail ola biləcəksiniz. Həftənin əvvəlində dostlarla ünsiyyət üçün vaxt tapmağa çalışın: onlar sizə dəstək olacaq və uzun müddətdir davam edən problemləri həll etmək üçün vacib təkliflər verəcəklər. Həftəsonu əlinizə gözlənilməz fürsətlər gələcək: cibiniz pulla dolacaq. Uğurlu günləriniz 13, 17 fevral, uğursuz gününüz isə 14 fevraldır.

OXATAN bürcü


Bu həftə özünüzü serialdakı kimi hiss edəcəksiniz: hər gününüz bir-birindən maraqlı keçəcək. Əvvəli sakit, sonu isə möhtəşəm olacaq: bu günlərdə başınızı macəralara qoşacaqsınız, sevgi tapacaqsınız, dava, intriqa ilə üzləşəcəksiniz. “Serialın” sonunda isə ağzınız açıq qalacaq və göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Unutmayın ki, bu həyatın ssenarisini yazmaq sizin əlinizdədir: düzgün qərarlar verin və inanın ki, sonluq xoşbəxt olacaq. Uğurlu günləriniz 14, 16 fevral, uğursuz gününüz isə 13 fevraldır.

OĞLAQ bürcü


Bu həftə çox məsuliyyətli olmalısınız: müdiriyyət tərəfindən sizə vacib təklif edilə bilər. Əgər bunu bacarsanız, karyeranızda əsl “partlayış” yaşanacaq. Həftəsonu gəlirlərin artması, yeni gəlir mənbələrinin yaranması ehtimalı var. Biznes və pul barədə planlarınız haqda heç kimə danışmayın: sizə paxıllıq edən çoxdur, göz dəyə bilər. Münasibətdə olanlar romantik ab-hava yaşayacaqlar: sürprizlərə hazır olun. Uğurlu günləriniz 14, 17 fevral, uğursuz gününüz isə 16 fevraldır.

DOLÇA bürcü


Bu həftə Dolça sevginin dadını çıxaracaq. Bu bürcün evli nümayəndələri romantik anlardan, xoş sürprizlərdən zövq alacaqlar. Subaylar və ya yeni münasibətdə olanlar sevgi etirafına hazır olmalıdırlar, hətta evlənmək təklifi də ola bilər. Ümumiyyətlə, bu həftə sevdiyiniz insanlar üçün pul xərcləməkdən qorxmayın: ayın sonunda xərclədiyiniz pullar sizə ikiqat qayıdacaq. Uğurlu günləriniz 13, 14 fevral, uğursuz gününüz isə 17 fevraldır.

BALIQLAR bürcü


Həyatınızı elə yaşamalısınız ki, başqaları depressiyaya düşsün! Son vaxtlar özünüzə qapanmısınız və həyatdan zövq ala bilmirsiniz: bu hissi unudun və inanın ki, hər şey düzələcək. Sizin həyat ritminiz daha çox yarışa bənzəyir, siz çox işləyirsiniz və az istirahət edirsiniz. Özünüzə vaxt ayırın, səyahətə çıxın, yeni şeylər kəşf edin. Həftəsonu xoş xəbər gözləyin: bəlkə də bu xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 18, 20 fevral, uğursuz gününüz isə 13 fevraldır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Oxşar xəbərlər