top
Həftəlik bürclər 13 NOYABR - 19 NOYABR
12 noyabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 13 NOYABR - 19 NOYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Evli olan Qoçları xoş sürpriz gözləyir: ola bilsin ki, yaxın gələcəkdə övladınız dünyaya gələcək. İşdə xırda səhvlər buraxmayın, bu, müdiriyyət tərəfindən xoş qarşılanmayacaq və sizi gözdən sala bilər. Subaylar, qarşınıza Oğlaq, Buğa və ya Qız çıxıbsa, düşünmədən onlara “hə” deyib münasibətə başlayın: ən ideal cütlük siz olacaqsınız. Həftəsonu işlərinizə müdaxilə edəcəklər, sizə lazımsız məsləhətlər verəcəklər: heç kimə qulaq asmayın və intuisiyanıza güvənin. Uğurlu günləriniz 16, 19 noyabr, uğursuz gününüz isə 15 noyabrdır.

BUĞA bürcü


Bu həftə sağlamlığınızda problemlər ola bilər: profilaktik prosedurlar və ya tam tibbi müayinədən keçmək yaxşı olardı. Pəhrizinizə və idmanınıza xüsusi diqqət yetirin. Çılğın dostunuzla maraqlı macəralar yaşayacaqsınız: unudulmaz hisslər keçirməyə hazır olun. Həftənin sonu illər əvvəl borc verdiyiniz insan nəhayət ki, pulunuzu qaytaracaq və cibiniz dolu olacaq. Subay Buğalar əks cinsin diqqətini çəkəcəklər, münasibətlərə başlamaq üçün addım atacaqlar. Uğurlu günləriniz 13, 15 noyabr, uğursuz gününüz isə 18 noyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə kifayət qədər səy göstərsəniz, müsbət karyera dəyişiklikləri mümkün ola bilər. Maaş artımı istəməkdən çəkinməyin. Bütün həftə müsbət hadisələr və xoş sürprizlərlə dolu olacaq. Həftəsonu qalmaqala düşə bilərsiz: çalışın, artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Köhnə sinif yoldaşı ilə rastlaşmaq ehtimalı var və bu görüş həyatınıza dəyişikliklər gətirəcək: bu, sevgi, iş təklifi və ya xaricə səyahət ola bilər. Uğurlu günləriniz 17, 18 noyabr, uğursuz gününüz isə 19 noyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər istənilən zirvələri fəth edəcəklər: uğur sizin tərəfinizdə olacaq. Əlavə pul qazanmaq üçün yeni ideyalar qurun. Lazım olsa, dostlarınızdan kömək istəyin. Gözə görünmədən, səsi çıxmadan, gizlincə işlər görən Xərçəng bir gün milyonçu olub hər kəsi təəccübləndirəcək və heyran edəcək. Bu bürcün sevgisinə Leyli və Məcnun da paxıllıq edərdilər. Bu həftə Xərçənglər yeni münasibətə baş vuracaqlar. Uğurlu günləriniz 14, 19 noyabr, uğursuz gününüz isə 13 noyabrdır.

ŞİR bürcü


Ən çılğın həftə məhz Şiri gözləyir: başınıza maraqlı hadisələr gələcək. Həftənin əvvəlində “frendzona”dan çıxacaqsınız: sevgi macərası yaşayıb, yeni münasibətlərə başlayacaqsınız. Bu həftə bu bürcün nümayəndələri hamı ilə dalaşmağa meyilli olacaqlar: nə etsəniz də, Şir hər şeyə mız qoyacaq. Lakin maliyyə baxımından hər şey qaydasında olacaq: pulqabının qalınlığı ilə hamıdan seçiləcəksiniz. Öyrəşdiyiniz mühiti dəyişmək istəyirsinizsə, dağlarda və ya digər maraqlı yerlərdə miniistirahətə çıxın. Uğurlu günləriniz 15, 16 noyabr, uğursuz gününüz isə 14 noyabrdır.

QIZ bürcü


Qızlar, xoşbəxt olmağa hazırsınız? Aylardır alınmayan işləri bu həftə görün və uğur qazanın. Riskli bildiyiniz işlərə əl atın: ulduzlar sizin tərəfinizdə olacaq. Sevgi cəbhəsində də unudulmaz anlar gözlənilir, hətta yeni həyatın dünyaya gələcəyi barədə xəbər də eşidə bilərsiniz. Çoxdandır iş birliyi qurmaq istəyirsinizsə, edin və qorxmayın – hər şey alınacaq. Həftənin ikinci yarısında münaqişələr ola bilər: özünüzü təmkinli aparın, davadan uzaq durun. Uğurlu günləriniz 13, 14 noyabr, uğursuz gününüz isə 15 noyabrdır.

TƏRƏZİ bürcü


Tərəzilər bu həftə dəyişkən əhvali-ruhiyyədə olacaqlar. Səhər güc və ilhamla dolu olacaqsınız, amma axşam enerjiniz tükənəcək, yatmaqdan başqa heç nə istəməyəcəksiniz. Bu həftə öncə buraxdığınız səhvlərdən dərs çıxarmalı olacaqsınız: bu dərs sizin gələcəyiniz üçün müsbət rol oynayacaq. İş yerinizi və ya fəaliyyət sahənizi dəyişmək, həm maliyyə, həm də qeyri-maddi baxımdan daha gəlirli sahələrə yiyələnmək şansı olacaq. Uğurlu günləriniz 14, 17 noyabr, uğursuz gününüz isə 18 noyabrdır.

ƏQRƏB bürcü


Bu həftə Əqrəb fantaziya və xəyallar dünyasına qərq olacaq. Bu, onların yeni münasibətə başlaması, ən ideal insanı tapması və ya gəlirli işə düzəlməsi səbəbindən baş verə bilər. Xaricə getmək fikriniz varsa, mütləq gerçəkləşdirin. Ümumiyyətlə, heç bir arzunuzu ürəyinizdə qoymayın və çin etməyə çalışın. Maliyyə baxımından bu həftə siz daha diqqətli və sayıq olmalısınız, çünki fırıldaqların və ya vicdansız əməliyyatların qurbanı ola bilərsiniz. Uğurlu günləriniz 16, 19 noyabr, uğursuz gününüz isə 14 noyabrdır.

OXATAN bürcü


Bu həftə Oxatanı sevgi macəraları gözləyir: eşqdən nə qədər qaçmaq istəsəniz də, o, sizi yaxalayacaq. Ətrafınıza baxın, bəlkə yanınızda sizi gizlicə sevən Dolça və ya Əkizlər var. Bundan əlavə, həftə ərzində karyera yüksəlişi perspektivi olacaq. Ümumiyyətlə, bu dövr işlədiyiniz yerdə özünüzü “gözə soxmağa” çalışın: yeni ideya verin, hamıdan çox işləyin, nizam-intizama fikir verin. Lotereyada cekpot qoparacaqsınız: şans sizin tərəfdə olacaq. Uğurlu günləriniz 13, 14 noyabr, uğursuz gününüz isə 15 noyabrdır.

OĞLAQ bürcü


Bu həftə çoxdandır ertələdiyiniz işləri həll etmək üçün əla fürsət olacaq. Yeni gəlir mənbəyi tapmaq və maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün addım-addım plan qurun. İş yerinizdə kiçik problemlər ola bilər, əsas da müdiriyyətlə: çalışın, tapşırıqları vaxtında yerinə yetirin, yoxsa rəhbərliyin qəzəbinə tuş gəlmək ehtimalı var. Cibiniz boş olmayacaq, əksinə, yüksək artım gözlənilir. Lakin bədxərc olmayın: xərcləri gələn həftəyə saxlayın. Uğurlu günləriniz 15, 17 noyabr, uğursuz gününüz isə 18 noyabrdır.

DOLÇA bürcü


Dolça – bir kitabdır, əgər onu oxuyub başa düşmədinsə, deməli sənin üçün yazılmayıb! Dolçanın pərəstişkarı çox olacaq, hər kəs onun ürəyini almaq üçün dəridən-qabıqdan çıxacaq. Bəxtiniz nəinki sevgi tərəfdən, həmçinin pul tərəfdən də gətirəcək: gəlirli iş təklifi və ya mükafat gözlənilir. Ayın sonuna kimi təcili həll edilməli olan vacib məsələlərə vaxt ayırın. Maddi durumunuzda sıxıntılar olmayacaq, qazandığınız halal pulları ürəklə xərcləyin. Kurslara yazılmağın əsl vaxtdır: gələcəkdə mütləq lazım olacaq. Uğurlu günləriniz 16, 19 noyabr, uğursuz gününüz isə 14 noyabrdır.

BALIQLAR bürcü


Həftəni əvvəlcədən planlaşdırılmış şəkildə başlamaq məsləhət görülür. Bu müddət ərzində rahatlıq zonanızdan çıxın: imicinizi dəyişdirin, idman zalına yazılın, yeni xarici dil öyrənməyə başlayın, heç vaxt olmadığınız yerləri ziyarət edin. İş həftəsinin ikinci yarısında gözlənilməz xəbərlər əhvali-ruhiyyənizi poza bilər, lakin bu, uzun müddət çəkməyəcək və hər şey yoluna düşəcək. Bundan əlavə, bu həftə müdiriyyət tərəfindən sizə bonuslar gələ bilər, amma bunun üçün işinizdə özünüzü doğrultmalısınız. Uğurlu günləriniz 14, 18 noyabr, uğursuz gününüz isə 16 noyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər