top
Həftəlik bürclər 14-20 NOYABR
13 noyabr 2022, 10:00
- +

Həftəlik bürclər 14-20 NOYABR

QOÇ bürcü


Həyatdakı məqsədlərinizi nəzərdən keçirməyin vaxtı gəldi: əlçatmaz və artıq maraq kəsb etməyən işləri bir kənara qoyub özünüz üçün yeni planlar qurun. Cümə axşamından sonra sizə cəlbedici təklif gələcək. Razılaşmazdan əvvəl peşəkarlardan məsləhət alın. Sirlərinizi heç kimə deməyin, əks halda dedi-qodu obyektinə çevrilmək riskiniz yaranacaq. Cümə günü yeni perspektivli iş tapmaq və ya karyeranızda dəyişikliklər etmək şansınız olacaq. Uğurlu günləriniz 19, 20 noyabr, uğursuz gününüz isə 14 noyabrdır.

 

BUĞA bürcü


Bu həftə arzularınız gerçəkləşəcək. Bunun üçün əlavə səy göstərməyə belə gərək olmayacaq, odur ki, ulduzların sizə bəxş edəcəyi sevincli günlərə hazır olun. İşdə və şəxsi həyatınızda hər şey sizin xeyrinizə olacaq. Həyatın harmoniyasını və xoşbəxtliyi hiss edəcəksiniz. Bürcün qısqanc nümayəndələri sevgililəri ilə problemlər yaşaya bilərlər. Həssas məqamlara soyuq başla yanaşın, çünki ikinci yarınıza güvənməyi bacarmalısınız. Həftəsonu pul qazanmaq üçün maraqlı təklif gələcək. Uğurlu günləriniz 15, 19 noyabr, uğursuz gününüz isə 16 noyabrdır.

 

ƏKİZLƏR bürcü


Həftə uğursuz başlaya bilər: planlarınız istədiyiniz kimi getməyəcək. Lakin həftəsonu problemlər rahatlıqla həll olunacaq. Bəzi insanlar olacaq ki, sizin kefinizi pozacaqlar: boş-boş danışacaqlar, lazımsız məsləhətlər verəcəklər, sizi özünüzdən çıxaracaqlar. Şənbə günü varlı olmaq üçün daha bir addım atacaqsınız, çünki rəhbərlik sizin əziyyətinizi, peşəkarlığınızı dəyərləndirəcək və yeni vəzifə verəcək. Bəzi Əkizlər münasibətə hazır olduğunu hiss edəcəklər və onlardan ötrü “ölən” Məcnuna ürəklərini açacaqlar. Uğurlu günləriniz 14, 17 noyabr, uğursuz gününüz isə 15 noyabrdır.

 

XƏRÇƏNG bürcü


Bu həftə həyatın asanlaşdığını hiss edə bilərsiniz: bütün işləriniz yağ kimi gedəcək. Sizi sevən, sizə aşiq olan bir nəfər var, lakin siz onu görmürsünüz, ya da onu dost kimi qəbul edirsiniz. Həftəsonu dostluq pərdəsi açılacaq və sizə etiraf gələcək. “Yox” dəsəniz, çox şey itirə bilərsiniz, qarşılıq versəniz xoşbəxt olmağa doğru vacib addım atmış olacaqsınız. Həftəsonu bu bürcün xanım nümayəndələri yaxın rəfiqələri tərəfindən zərbə alacaqlar; ola bilsin, sevgilinizi əldən almağa çalışsın. Uğurlu günləriniz 18, 20 noyabr, uğursuz gününüz isə 19 noyabrdır.

 

ŞİR bürcü


Bu həftə Şir hamını özünə aşiq edəcək, lakin sonda çoxlarının ürəyini qıracaq. Sizə qarşı aşırı diqqət göstəriləcək: bu, karyerada uğur, xarici görünüş və eşq macəraları ilə bağlı olacaq. Həyatın sakit, maraqsız keçdiyini düşünən Şir dəyişiklik etmək istəyəcək. Ən maraqlı və rəngarəng günlər elə bundan sonra başlayacaq. Həftəsonu xərclər arta bilər, odur ki, çalışın, lazımsız alış-verişlərə son qoyasınız. Evli olanlar şənbə günü şad xəbər eşidəcəklər. Uğurlu günləriniz 15, 16 noyabr, uğursuz gününüz isə 14 noyabrdır.

 

QIZ bürcü


Bu həftəni şad xəbərlə açacaqsınız: çoxdandır üzərində işlədiyiniz məsələ həll olunacaq. Lakin sevgi cəbhəsində problemlər yaşana bilər: ikinci yarınıza lazımi diqqət vermədiyinizdən aranızda soyuqluq yaranacaq. Subay Qızlar toya hazırlaşsınlar, axır ki, bəxtiniz açılır. Ulduzlar sizə elə bir insanı seçib ki, onu görənin ağzı açıq qalır. Ümumiyyətlə, həyat daim sizi sınayır və bu sınaqlardan uğurla keçənləri sonda mütləq mükafatlandırır. Həftəsonu elə hədiyyə alacaqsınız ki, xoşbəxtlikdən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Uğurlu günləriniz 17, 19 noyabr, uğursuz gününüz isə 19 noyabrdır.

 

TƏRƏZİ bürcü


Vacib işləriniz varsa, onları təxirə salmamaq daha yaxşıdır, çünki həftənin birinci yarısı ikincisindən daha əlverişli olacaq. Bu, təkcə işə və ya təhsilə deyil, həm də həyatın sizin üçün vacib olan hər hansı sahəsinə aiddir. İşi ünsiyyətlə bağlı olanlar üçün həftənin ikinci yarısı çətin olacaq. Əgər hər hansı tədbirdə və ya ictimai çıxışda iştirak etməyi planlaşdırmısınızsa, hazırlığa ciddi yanaşın, çünki düzgün təəssürat yaratmaq həmişəkindən daha çətin olacaq. İstənilən maliyyə məsələsində daha diqqətli olmalısınız, başdansovluq itkilərə gətirə bilər. Uğurlu günləriniz 15, 20 noyabr, uğursuz gününüz isə 17 noyabrdır.

 

ƏQRƏB bürcü


Bu həftə işinizdə əsl sıçrayış, böyük peşəkar uğur əldə etmək şansınız olacaq: karyera nərdivanları ilə yüksəlib çoxdan arzuladığınız vəzifəni əldə edə biləcəksiniz. Sevgi cəbhəsində dəyişikliklər olacaq: əvvəllər sizi cəlb etməyən bir insana diqqət yetirməyə başlayacaqsınız. Həmin insan çox uzun müddətdir sizin ətrafınızdadır: o, sizi gizli sevir, lakin öz hisslərini bildirmək üçün özündə cəsərət tapa bilmir. Maddi durumunuza fikir verin: yaxın bildiyiniz insanlar sizi “yeyirlər”. Uğurlu günləriniz 15, 19 noyabr, uğursuz gününüz isə 20 noyabrdır.

 

OXATAN bürcü


Bu həftə yuxulu Kupidon oxunu bir nəfərə atacaq: başınıza maraqlı hadisələr gələcək. Siz Məcnun kimi bir nəfərin dalınca “sürünəcəksiniz”, sonunun yaxşı və ya pis olması isə sizdən asılı olacaq. Çərşənbə axşamı bu həftənin ən uğurlu günü olacaq. Çoxdandır planlaşdırdığınız işləri məhz həmin gün reallaşdırın, mütləq uğur qazanacaqsınız. Evli olan Oxatanın qayınanası ilə münasibəti korlana bilər: ortada boş-boş söz söhbətlər gedəcək. Lakin sizin düzgün addımınız hadisələrin gedişatını xeyrinizə dəyişə bilər. Uğurlu günləriniz 15, 18 noyabr, uğursuz gününüz isə 16 noyabrdır.

 

OĞLAQ bürcü


Bu həftə mümkünsüz görünənlər gerçəyə çevriləcək. Həftə çox uğurlu olacaq və arzularınız yerinə yetəcək. Bu, həmçinin sevgi münasibətlərində də özünü göstərəcək, odur ki, bu dövrdə ürəyinizdə olan insana hisslərinizi açın. Qorxmayın, “yox” cavabını almaq ehtimalı 0%-dir. Həftəsonu Buğa və ya Xərçəng bürcləri ilə davanız düşə bilər. Çalışın, həmin bürcdən olan insanlarla münaqişə etməyin. Bazar günü cekpot qazanacaqsınız və hamı sizin əlinizə baxacaq. Uğurlu günləriniz 14, 16, 20 noyabrdır, uğursuz günləriniz gözlənilmir.

 

DOLÇA bürcü


Həftənin əvvəlində yolunuzdan qara pişik keçəcək: işləriniz istədiyiniz kimi getməyəcək. Ona görə vacib işləri çərşənbə günündən sonraya saxlayın. Həftəsonu tanımadığınız insan tərəfindən iş təklifi gələcək. Fikirləşmədən razılaşın, çünki həyat təsadüfləri sevər. Bundan əlavə, riskli iş görəcəksiniz, düzgün addım atsanız varlı olacaqsınız, səhv addım isə sizi uçuruma aparacaq. Sevgi cəbhəsində yeniliklər gözləməyin, qarşıda sizi hələ “Santa Barbara” serialındakı kimi hadisələr gözləyir. Uğurlu günləriniz 19, 20 noyabr, uğursuz gününüz isə 18 noyabrdır.

 

BALIQLAR bürcü


Bu həftə başınız çoxdan həllini gözləyən işlərə qarışacaq: ya siz hər şeyi qaydaya qoyacaqsınız, ya da vəziyyəti daha da qəlizləşdirəcəksiniz. Bəzi həmkarlarınızla münasibətiniz korlana bilər, çünki vacib bir uğura imza atacaqsınız, onlar isə sizin sevincinizi həzm edə bilməyəcəklər və zəhərlərini üstünüzə atacaqlar. Çalışın, onlara fikir verməyin, çünki həmin insanların düşüncələri heç bir məna daşımır, qoy partlasınlar. Həftəsonu bir nəfərə aşiq ola bilərsiniz. Bu insandan bərk-bərk tutun, onunla xoşbəxt olacaqsınız. Uğurlu günləriniz 14, 15, 19, 20 noyabr, uğursuz günləriniz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 15:16

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 14:32

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Xəbər
Bu gün, 13:53

Dünən dənizdə batan müğənni imiş

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Oxşar xəbərlər