top
Həftəlik bürclər 15 İYUL - 21 İYUL
14 iyul 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 15 İYUL - 21 İYUL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bürclər arasında ən bəxtəvər bürc sizsiniz, bununla razılaşın. Çünki ürəyiniz nə istəsə, o da olur, sanki kainat sizin arzularınızı eşidir. Bu həftə arzunuz gerçəkləşəcək və siz çox xoşbəxt olacaqsınız. Lakin sevgi sarıdan problem yaşayırsınız: münasibətləriniz alınmır, amma bəlkə də, xeyirlisi budur. Ürəyinizin qapısını hər insana açmaqdansa, səbir etmək və sizə layiq olanı gözləmək daha yaxşıdır. Həftəsonu hamının rəğbətini qazanacaqsınız, xoş sözlər eşitməkdən doymayacaqsınız. Uğurlu günləriniz 15, 17 iyuldur, uğursuz gününüz gözlənilmir.

BUĞA bürcü


İyulun üçüncü həftəsində Buğalar emosional şok yaşayacaqlar: həftəiçi bol-bol sürprizlərlə qarşılaşacaqsınız. Bürcün bir çox nümayəndələri seçim qarşısında qalacaqlar: düzgün seçim sizə uğur gətirəcək, ona görə 100 ölçüb, 1 biçin. Həftəsonu peşəkar fəaliyyətlər və maliyyə durumunuz sizə məmnunluq gətirəcək. Güclü və enerjili qalmaq üçün idmana yazılın. Münasib qiymətə əmlak almaq imkanı yaranacaq, lakin müqavilə bağlamazdan əvvəl peşəkarlarla məsləhətləşin. Uğurlu günləriniz 16, 20 iyul, uğursuz gününüz isə 18 iyuldur.

ƏKİZLƏR bürcü


Əkizlər üçün bu həftə görüşlər, səfərlər, ünsiyyət gözlənilir. Tənha olanlar, əvvəllər sizə “yox” deyən əks-cins nümayəndəsi sizin dalınızca düşəcək və sizinlə sevgili olmaq istəyəcək. Lakin o, başa düşəcək ki, sevgi qatarı çoxdan gedib. Odur ki, sizə vaxtında dəyər verməyənlərdən uzaq durmaq məsləhət görülür. Bu yayın son ayının dadını maksimum çıxarın, əgər səyahətə çıxmaq planlarınız varsa, mütləq gerçəkləşdirin. Yorğunluğunuzu çıxarın, çünki qarşıda ağır, amma perspektivli iş günləri gözlənilir. Uğurlu günləriniz 19, 20 iyul, uğursuz gününüz isə 21 iyuldur.

XƏRÇƏNG bürcü


Xərçəngin sanki sehirli çubuğu var: nə istəsə, onu əldə edir. Həmçinin bu bürcün nümayəndəsi heç vaxt ətrafında lazımsız insanları toplamaz: yaxşı dost tapmaq istəyirsinizsə, mütləq Xərçəngin tanışları ilə əlaqə qurun. Bu həftə sizi narahat edən problemlərə son qoyulacaq. Yaxşı günlərə hazır olun. Həftəsonu bahalı, lazımsız əşya alacaqsınız, lakin sonra xərclədiyiniz pula heyfiniz gələcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız olacaq: lazımi insanlarla tanış olacaqsınız. Uğurlu günləriniz 16, 17 iyul, uğursuz gününüz isə 19 iyuldur.

ŞİR bürcü


Bu həftə dostlarınızdan xoş xəbər alacaqsınız: bu xəbər işlə, ya da səyahətlə bağlı ola bilər. Ümumiyyətlə, ayın sonuna kimi sürprizlərlə dolu günlər gözlənilir. Şəxsi həyatınızda dəyişikliklər baş verəcək: ürəyinizi bir insan alacaq və onunla firavan günlər yaşayacaqsınız. Ulduzlar sizi çox sevir və hər şeyi sizin gözəl qəlbinizə görə verir. İşinizdə gərgin günlərə son qoyulacaq və sonda əziyyətiniz müdiriyyət tərəfindən dəyərləndiriləcək. Uğurlu günləriniz 15, 19 iyul, uğursuz gününüz isə 18 iyuldur.

QIZ bürcü


Subay Qızların bu həftə sevgi cəbhəsində bəxti gətirməyə bilər, lakin maddi durumları çox yaxşı olacaq: maaşlarında artım gözlənilir. Bu günlərdə heç kimlə münasibəti korlamamağa çalışın, özünüzə düşmən yox, dost qazanın. Paxıl qonşunuz haqqınızda dedi-qodu yayacaq. Onun ağzının payını vaxtında verməmisiniz deyə baş qaldırıb. Həftəsonu ulduzlar sizə möhtəşəm hədiyyə hazırlayıb: bu, sizi çox xoşbəxt edəcək. Həyatınızda kiçik dəyişikliklər edin: kurslara yazılın, aktiv həyat yaşamağa başlayın. Uğurlu günləriniz 16, 17 iyul, uğursuz gününüz isə 20 iyuldur.

TƏRƏZİ bürcü


Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Lakin sevgilinizlə münasibətiniz korlana bilər. Bunun qarşısını almaq üçün soyuq olmayın, ona diqqət yetirin. Subayların qarşısına isə pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Həftəsonu möcüzəyə inanacaqsınız: arzunuz çin olacaq və siz şokda olacaqsınız. Bir sözlə, yolunuz açıq, işləriniz avand olacaq. Uğurlu günləriniz 15, 19 iyul, uğursuz gününüz isə 16 iyuldur.

ƏQRƏB bürcü


Son günlər passivləşən Əqrəb bu həftə həyatını 180 dərəcə dəyişməlidir. Özünüzə gəlin! Dünya sizin kim olduğunuzu bilməlidir! Yeni ideyalar, planlar qurun və hamını mat qoyun: qoy hamı haqqınızda danışsın! Sevgidən qaçan Əqrəbi həftənin sonunda xoş sürpriz gözləyir: çoxdandır sizdən xoşu gələn biri sevgi etirafı edəcək. Pulunuzu balışın altında gizlətməyin: özünüzə xərcləyin və narahat olmayın, çünki ayın sonunda xərclədiyiniz məbləğ sizə ikiqat qayıdacaq. Uğurlu günləriniz 19, 21 iyul, uğursuz gününüz isə 18 iyuldur.

OXATAN bürcü


Oxatan bu həftə nostalji hisslər yaşayacaq: məktəb, universitet yoldaşları və ya köhnə dostlarla görüş gözlənilir. Uzun müddətdir arzuladığınız evi və ya əmlakı ala biləcəksiniz. Münasibətdə olan Oxatanlar evlənmək haqqında fikrə gələ və ya partnyorları tərəfindən evlilik təklifi ala bilərlər. Həyatınıza yeniliklər qatın: kurslara yazılın, klublara qoşulun, planınızda səyahət varsa, mütləq gerçəkləşdirin. Yeni insanlarla tanışlıq, ab-havanın dəyişməsi sizə müsbət təsir edəcək. Uğurlu günləriniz 19, 21 iyul, uğursuz gününüz isə 18 iyuldur.

OĞLAQ bürcü


Bu həftə heç kimdən yardım gözləməyin və yalnız özünüzə güvənin! Həftə çox ağır keçəcək, işiniz, qayğılarınız başınızdan aşacaq. Lakin həftəsonu əziyyətinizin bəhrəsini görəcəksiniz. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub, zəif yerinizi tapıb, sizə zərbə vura bilərlər. Bəzən soyuqqanlı görünmək daha yaxşıdır. Həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Xoşbəxt gələcəyin toxumlarını səpəcəksiniz: intuisiya sizə doğru yol göstərəcək. Uğurlu günləriniz 16, 19 iyul, uğursuz gününüz isə 15 iyuldur.

DOLÇA bürcü


Bu həftə varlı Dolçalar ürəyiaçıq olub hamıya pul paylayacaqlar. Bəli, düz oxudunuz, bu həftə sizin varlı olmaq üçün 99% şansınız var! Ağıllı, kreativ birisiniz, beyninizi 100% işlədin və uğura imza atın. Sevgi cəbhəsində problemlər yaşana bilər: partnyorunuza qarşı həddindən artıq nəzarət mənfi nəticəyə gətirib çıxaracaq. Güvənmirsinizsə, niyə onunlasınız? Güvənirsinizsə, onu rahat buraxın və sıxmayın. Həftəsonu iki seçim arasında qalacaqsınız: bu, sevgi, maliyyə yatırımı və ya iş seçimi ola bilər. Uğurlu günləriniz 15, 17 iyul, uğursuz gününüz isə 21 iyuldur.

BALIQLAR bürcü


Bu həftə maddi baxımdan yüksəliş gözlənilir: çox maraqlı və sərfəli layihəyə başlamaq imkanı olacaq. Peşəkar və işgüzar olduğunuz üçün sizə yeni təkliflər gələcək: bir neçə şirkət sizi öz tərəfinə çəkmək istəyəcək.
Sevgilinizlə münasibəti korlamağınız məsləhət görülmür, çünki daha sonra sevgi nifrətə çevrilə bilər. Həftəsonu müalicəvi sanatoriyalara getmək sağlamlığınız üçün müsbət olacaq. Artıq pulunuz varsa, sərmayə yatırın, peşman olmayacaqsınız. Uğurlu günləriniz 18, 21 iyuldur, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
16 oktyabr 2026, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
16 oktyabr 2026, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Oxşar xəbərlər