top
Həftəlik bürclər 16 OKTYABR - 22 OKTYABR
15 oktyabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 16 OKTYABR - 22 OKTYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qoç üçün həftə maliyyə sahəsində maraqlı perspektivlərlə açılacaq: əhəmiyyətli səy tələb olunacaq. Ulduzlar sağlamlıqla bağlı hər şeyin yaxşı olacağını vəd edir, lakin ehtiyatlı olmalı, özünüzü xəsarətlər və avtomobil qəzalarından qorumalısınız. Diqqətliliyinizlə bir çox bəlaların qarşısını ala bilərsiniz. Həftəsonu tənha Qoç özünü həyatda tapmış insanla tanış olacaq: ağlınız olsun, onu əldən qaçırmayın. Yaxın dostla dava edə bilrəsiniz: buna səbəb fikir ayrılığı ola bilər. Uğurlu günləriniz 18, 21 oktyabr, uğursuz gününüz isə 17 oktyabrdır.

BUĞA bürcü


Buğalar yaxşı dostların köməyi ilə həftənin sonuna qədər yığılmış bütün problemləri həll edə biləcəklər. Bu ərəfələrdə ətrafınızla daha açıq olmaq və hisslərinizi daha cəsarətlə ifadə etmək sizə zərər verməyəcək. İctimai yerlərdə mərdimazarla qarşılaşacaqsınız: mümkün anlaşılmazlıqlar zamanı özünüzü sərt sözlərdən və tələsik qərarlardan saxlamaq taktikasına əməl edin. Bu dövrdə cazibədar, lakin şübhəli təkliflərdən çəkinin: aldanmaq riski var. Uğurlu günləriniz 16, 17 oktyabr, uğursuz gününüz isə 20 oktyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə darıxdırıcı olmayacaq: hadisələr bir-birini əvəzləyərək sizi taqib edəcək. Ulduzlar neqativ emosiyaları nəzarətdə saxlamağı məsləhət görür: əks halda sevgilinizlə ciddi mübahisə baş tutacaq. Bu, hətta ayrılığa səbəb ola bilər. İşsiz olanlar, sinif və ya keçmiş iş yoldaşlarınızla əlaqə saxlayın: görüş zamanı gəlirli iş təklifi ala bilərsiniz. İşi olanlar isə yeniliklərə hazır olmalıdırlar: rəhbərliyin dəyişməsi, maaş artımı və ya yeni şöbəyə təyinat ola bilər. Uğurlu günləriniz 19, 22 oktyabr, uğursuz gününüz isə 16 oktyabrdır.

XƏRÇƏNG bürcü


Həftənin əvvəli sizin üçün çox məhsuldar olacaq: peşəkar sahədə yeni tərəfdaşlar tapa, faydalı əlaqələr əldə edə və maraqlı layihədə iştirak edə biləcəksiniz. Əsas odur ki, bilik və gücünüzə şübhə etməyin. Həftənin ortalarında maliyyə vəziyyətinizdə problemlər yarana bilər: xərcləriniz çox olacaq. Lakin məyus olmayın, yaxın gələcəkdə cekpot qoparacaqsınız, xərclədiyiniz pulların 10 qatı sizə qayıdacaq. Həftəsonu gələcək yoldaşınızla görüşmək şansınız olacaq: evdə oturmayın, cəmiyyət arasına çıxın. Uğurlu günləriniz 16, 17 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

ŞİR bürcü


Bu həftə səyahət və ya işgüzar səfərlər mümkündür: lakin yolda olarkən diqqətli olun, oğrular sizi təqib edə bilərlər. Tənhalığa son qoymaq vaxtıdır: özünüz hərəkətə keçin! Bəyəndiyiniz biri varsa, ürəyinizi ona açın: əlinizi istəmək üçün qapınıza gəlməyini gözləməyin. Yaxın dostunuzdan maraqlı təklif gələcək: əgər bir olsanız, ikiniz də həyatınızı 180 dərəcə dəyişəcəksiniz. İctimai yerlərdə diqqətli olun: sizə sataşmaq istəyəcəklər və bu səbəbdən dava düşə bilər. Uğurlu günləriniz 20, 22 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

QIZ bürcü


Bu həftə ulduzlar sizi sağlamlığınıza daha çox vaxt ayırmağa sövq edir: vitamin qəbul etməyə başlayın, idman zalına yazılın və pəhrizə başlayın. Xəyallarınız varsa, bu həftə həyata keçirməyə çalışın: istədiyiniz mütləq alınacaq. Səyahətlərdən və uzun səfərlərdən çəkinməyə çalışın: mümkündürsə, səfərinizi yenidən planlaşdırın və ya müvəqqəti olaraq təxirə salın. Maliyyə məsələlərində diqqətli olun: ehtiyacınız olmayan şeylərə pul xərcləməyin. Pulları gələn həftəyə saxlayın: uğurlu alış-verişlər edəcəksiniz. Uğurlu günləriniz 18, 21 oktyabr, uğursuz gününüz isə 17 oktyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə eqoist olmağın heç yeri deyil: öz ehtiyaclarınızı digərlərinin ehtiyaclarından daha vacib hesab etməyin. Bu həftə bütün məsələlərdə harmoniya gətirəcək. Lazımsız xərclərdən çəkinin, çünki istənilən mənasız alışlar itkilərə səbəb ola bilər. Peşəkar sahədə karyera nərdivanlarını yüksəltmək imkanınız olacaq, maddi durumunuzu yaxşılaşdırmaq perspektivləri olacaq. Lakin yolunuzu bağlamaq istəyənlər də az deyil: özünüzə inanın və maneələri aşın. Həftəsonu şəhərdən kənarda, sakit yerdə istirahət edin: stresinizi atın və gələn həftəyə enerji yığın. Uğurlu günləriniz 17, 19 oktyabr, uğursuz gününüz isə 16 oktyabrdır.

ƏQRƏB bürcü


Bu həftə haqqınızda yayılmış şayiələr eşidə bilərsiniz: qeybətçilərlə nə qədər mübarizə aparmaq istəsəniz də, bunu etməmək daha yaxşıdır, əks halda mənfi emosiyalara tab gətirə bilməyərək, daxili dünyanızı məhv edəcəksiniz. Ulduzlar sizə borc götürməyi, kreditə girməyi məsləhət görmür, yaxşı olar ki, alış-verişi öz büdcənizdən ödəyə bilməyənə qədər təxirə salın. Müqavilələri imzalayarkən məlumatı diqqətlə yoxlayın: aldana bilərsiniz. Həmçinin bu həftə sizi xoş və çoxdan eşitmək istədiyiniz xəbərlər gözləyir. Uğurlu günləriniz 16, 22 oktyabr, uğursuz gününüz isə 21 oktyabrdır.

OXATAN bürcü


Həftənin əvvəli sevincli xatirələrlə zəngin olacaq: doğma yerlərinizə qayıdacaqsınız və sizi sevən, həmişə gözləyən insanlarla görüşəcəksiniz. Bu dövrdə inanılmaz canlılıq və özünə inam hiss edəcəksiniz. İşdə və şəxsi münasibətlərdə mövqelərinizi möhkəmləndirmək üçün yaxşı imkanlarınız olacaq: enerjinizi və səylərinizi əsirgəməyin, təşəbbüskar və məsuliyyətli olun. Həftəsonunda evdə oturmayın, özünüz üçün mədəni bayram təşkil edin: teatra, muzeyə, qalereyaya baş çəkin və ya sevgilinizlə kinoya baxmağa gedin. Uğurlu günləriniz 17, 18 oktyabr, uğursuz gününüz isə 19 oktyabrdır.

OĞLAQ bürcü


Bu həftə yaradıcılıq qabiliyyətiniz üzə çıxacaq: üstəlik, bu fəaliyyətin əhatə dairəsi elə olacaq ki, hətta maliyyə vəziyyətinizi necə yaxşılaşdıracağınıza dair plan da hazırlayacaqsınız. Ancaq onu həyata keçirərkən diqqətli olun, çünki dərhal maneələrlə qarşılaşacaqsınız. Həmçinin zəif tərəflərinizi bilən rəqiblər və ya həmkarlar sizinlə qarşıdurmaya çıxa bilərlər. Çaxnaşma və narahatlığa təslim olmayın, çünki indi karyera yüksəlişi üçün ən yaxşı dövrlərdən biridir. Xariclə bağlı xəyallarınız, arzularınız gerşəkləşə bilər: xoş xəbər gözləyin. Uğurlu günləriniz 16, 19 oktyabr, uğursuz gününüz isə 17 oktyabrdır.

DOLÇA bürcü


Bu həftə kifayət qədər rahat keçəcək: planlarınız uğurla gerçəkləşəcək. İşdə həvəs və peşəkarlıq nümayiş etdirin: müdiriyyət təşəbbüsünüzü görüb karyera yüksəlişində sizə kömək edə bilər. Şəxsi münasibətlərdə bütün planları sevdiyiniz insanla əlaqələndirməyə çalışın. Həddindən artıq müstəqillik və təkəbbür birliyinizə mənfi təsir göstərə bilər: unutmayın ki, siz və seçdiyiniz birsiniz. Ulduzlar şübhəli və qəribə layihələrə pul yatırmamağı tövsiyə edir, yoxsa bir qəpiksiz qalacaqsınız. Uğurlu günləriniz 20, 21 oktyabr, uğursuz gününüz isə 18 oktyabrdır.

BALIQLAR bürcü


Bu həftə bir məsələdə seçim qarşısında qalacaqsınız: düzgün seçimdən gələcəyiniz asılı olacaq. Bəlkə müdiriyyətdən maaş artımı istəməyin vaxtı gəlib? İnanın ki, “yox” cavabı almayacaqsınız. Bir insanı sevirsiniz, amma o, sizi manipulyasiya edir: yalnız onun istədiklərini edirsiniz. Bu qədər fədakar olmayın, özünüzü əzməyin, imkan verməyin ki, o, sizdən istifadə etsin. Həftənin sonunda bəzi insanların əsl üzünü görəcəksiniz: o insanlarla illərdir dostluq etdiyiniz üçün üzüləcəksiniz. Uğurlu günləriniz 16, 17 oktyabr, uğursuz gününüz isə 21 oktyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər