top
Həftəlik bürclər 18 SENTYABR - 24 SENTYABR
17 sentyabr 2023, 10:00
- +

Həftəlik bürclər 18 SENTYABR - 24 SENTYABR

QOÇ bürcü


Bu həftə tale Qoçların üzünə güləcək: sizi fürsətlər və gözlənilməz uğurlar gözləyir. Ona görə də risk etməkdən qorxmayın və hədəflərinizə doğru inam və nikbinliklə irəliləyin. Cümə axşamından sonra romantik və komik vəziyyətlərlə qarşılaşacaqsınız. Həyatınızda xoş dəyişikliklərə səbəb ola biləcək yeni tanışlıqlara və hadisələrin gözlənilməz məcrada baş verəcəyinə hazır olun. Münasibətdə olan Qoç ikinci yarına diqqət yetirməlidir: aranızda böyük uçurum yarana bilər. Uğurlu günləriniz 19, 23 sentyabr, uğursuz gününüz isə 18 sentyabrdır.

BUĞA bürcü


Buğanı bu həftə macəralarla dolu mürəkkəb və sirli hadisələr gözləyir. Kurslara yazılmaq vaxtıdır: bu, dil və ya kompüter kursları ola bilər. Kurslara yazılmaq sizin gələcəkdə perspektivli işə düzəlməyiniz üçün lazım olacaq. İstənilən çətinliyin öhdəsindən gəlmək və səylərinizdə parlaq nəticələr əldə etmək üçün təbii cazibənizdən və intuisiyanızdan istifadə edin. İkinci yarınızdan xoş xəbər gözləyin: sevincdən onu bağrınıza sıxacaqsınız. Uğurlu günləriniz 22, 24 sentyabr, uğursuz gününüz isə 20 sentyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə Şirlər yaradıcı və ekstravaqant tərəflərini nümayiş etməli olacaqlar: bu, sizə yeni işə düzəlmək və ya karyera pillələri ilə qalxmaq üçün lazım olacaq. Çərşənbə günündən sonra yeni iş və ya yeni layihədə iştirakla bağlı təkliflər ala bilərsiniz və bu təkliflərə ciddi yanaşmaq lazım olacaq. Başqalarının diqqətini cəlb etmək və hədəflərinizə çatmaq üçün xarizmanızdan istifadə edin: bu güclü “silahla” dünyanı fəth edə bilərsiniz. Sevgilinizə qarşı çox soyuq davranırsınız: o, romantik anlardan ötrü darıxıb. Uğurlu günləriniz 19, 21 sentyabr, uğursuz gününüz isə 22 sentyabrdır.

XƏRÇƏNG bürcü


Xərçəng üçün həftə bəzi xırda, amma layiqli qələbələr gətirəcək: işdə mülayim aktivlik olacaq, planlarınız gerçəkləşəcək. Əlinizə külli miqdarda pulun gəlməsi gözlənilir: əziyyətinizin bəhrəsini görəcəksiniz. Həftənin ikinci hissəsində sizin işlərinizə müdaxilə etmək istəyənlər olacaq: səbirli olun və intiusiyanıza güvənməyə çalışın, o, sizə düzgün yolu göstərəcək. Çətinliklər həftənin sonuna kimi davam edəcək: bu, sevgilinizlə münasibətlərdə də öz əksini tapa bilər. Uğurlu günləriniz 18, 19 sentyabr, uğursuz gününüz isə 24 sentyabrdır.

ŞİR bürcü


Həftə Şir üçün romantik sürprizlər, yeni insanlarla görüşlər və ciddi münasibətə başlamaq üçün fürsətlər hazırlayıb. Peşəkar sahə, demək olar ki, bütün Şirlərə özlərini ifadə etmək üçün yeni imkanlar verəcək və bu, çox yaxın gələcəkdə maddi mükafatlar şəklində dəyərləndiriləcək. Lakin müqavilə bağlayarkən, eləcə də potensial tərəfdaşlarla danışıqlar apararkən daha diqqətli olmalısınız, çünki aldanmaq riski var. Həftəsonu narahatlıq və emosional gərginlikdən əziyyət çəkə bilərsiniz: bəlkə tətilə çıxmaq vaxtıdır? Uğurlu günləriniz 20, 24 sentyabr, uğursuz gününüz isə 19 sentyabrdır.

QIZ bürcü


Qız bürcünü qarşıdurma və münaqişələr gözləyir və bu tendensiya həftənin ilk yarısında xüsusilə aktual olacaq. İşdə həmkarlarla sözünüz çəp düşə bilər: sizin əsəbinizlə çox insan oynayacaq. Bir müsbət məqam var ki, siz dava nəticəsində kimin haqqınızda nə düşündüyünü, kimin aylarla üzünüzə gülüb, ayağınızın altını qazdığını aşkar edə biləcəksiniz. Həftəsonu xoş xəbər alacaqsınız: o xəbər son günlərdə baş verən mənfi hadisələri unutduracaq. Uğurlu günləriniz 18, 22 sentyabr, uğursuz gününüz isə 20 sentyabrdır.

TƏRƏZİ bürcü


Tərəziləri qarşıda aktiv həftə gözləyir: peşəkar sahədə böyük dəyişikliklər olacaq. Sağlamlığınıza fikir verin: soyuqdəymə sizi həftəiçi təqib edə və halsızlıq caynağına ala bilər. Ətrafınıza baxın: sizi sevən biri var, sizə aşırı diqqət göstərir, amma siz sanki kor olmusunuz və onu görmürsünüz. Ola bilsin ki, siz onu dost hesab edirsiniz, lakin onun sizə qarşı hissləri dostluq sərhədini keçib. Cümə günü şanslı bir gün olacaq: vacib planlarınızı bu günə salın. Uğurlu günləriniz 19, 22 sentyabr, uğursuz gününüz isə 23 sentyabrdır.

ƏQRƏB bürcü


Bu həftə maskalar atılacaq: kimin dost, kimin düşmən olduğunu biləcəksiniz. Sizi yaxın insan tələyə salmaq istəyəcək: diqqətli olun və şübhə doğuran təkliflərə dərhal cavab verməyin. Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun, əsəbinizi sevgilinizdən çıxmayın, yoxsa münasibətləriniz soyuyacaq. Həftəsonu ciddi məsələ ortaya çıxacaq. Bununla bağlı etibar etdiyiniz insanlardan məsləhət almağa çalışın. Pulunuza qənaət etməli olacaqsınız, əks halda qarşı cins ağlınızı alıb sizi “sağacaq”. Uğurlu günləriniz 18, 23 sentyabr, uğursuz gününüz isə 19 sentyabrdır.

OXATAN bürcü


Bu həftə yaxın gələcəklə bağlı planlar qurun və onları gerçəkləşdirməyə çalışın. İş yerinizdə sizə vacib tapşırıqlar veriləcək və onları uğurla yerinə yetirsəniz, müdiriyyət tərəfindən bonuslar, hətta maaş artımı ilə mükafatlandırılacaqsınız. Həftənin ikinci yarısında yolunuzdan qara pişik keçəcək: işləriniz istədiyiniz kimi getməyəcək, lakin səbirli olun, sonda hər şəy qaydasına düşəcək. Həmçinin alış-veriş etməyin, yoxsa dələduzlarla və keyfiyyətsiz mallarla qarşılaşacaqsınız. Uğurlu günləriniz 21, 22 sentyabr, uğursuz gününüz isə 23 sentyabrdır.

OĞLAQ bürcü


Oğlaqlar bu həftə iki cəbhəyə ayrılacaqlar: bəziləri son alın tərinə kimi işləyəcək, bəziləri isə əksinə, tənbəllik edəcəklər. Bu müddət ərzində yeni biznes və layihələrə başlamağa qətiyyən dəyməz. Heç vaxt pessimist olmayın, həyat zebr kimidir: bu gün qara zolaqdasınızsa, sabah mütləq ağ zolaqda olacaqsınız. Həftəsonu işsizlər sevinəcəklər: arzu etdiyiniz gəlirli işə başlayacaqsınız. Karyera yüksəlişini gözləyənlər isə sevinc göz yaşlarına qərq olacaqlar. Uğurlu günləriniz 18, 19 sentyabr, uğursuz gününüz isə 20 sentyabrdır.

DOLÇA bürcü


Bu həftə verəcəyiniz hər hansı qərar sizin gələcəyinizə təsir edəcək. Həyatınızda kiçik dəyişikliklər edin: kurslara yazılın, aktiv həyat yaşamağa başlayın. Sevgi cəbhəsində də unudulmaz anlar gözlənilir, hətta yeni həyatın başlanğıcında ola bilərsiniz. Çox ağıllı və qeyri-standart düşüncəli birisiniz, odur ki, hansı işə əl atsanız, mütləq uğurlu alınacaq! Həftəsonu iş təklifi gözlənilir. Yorğunluğunuzu çıxarmaq üçün istirahət məkanlarına üz tutun. Uğurlu günləriniz 21, 24 sentyabr, uğursuz gününüz isə 19 sentyabrdır.

BALIQLAR bürcü


Həftənin əvvəli sürprizlərlə dolu olacaq: uşaqlıq dostunuz və ya köhnə iş yoldaşınız sizə şad xəbər verəcək. Uzunmüddətli səyahətə çıxacaqsınız, sonunda isə uğur qazanacaqsınız və arzu etdikləriniz yerinə yetəcək. Bəyənmədiyiniz və ya əhvalınıza mənfi təsir göstərən insanları həyatınızdan silin. Necə deyərlər, şər-xətadan uzaq durun. Həftənin ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız: hədiyyələrə hazır olun. Həftəsonu işsizlər sevinəcəklər: gəlirli işə başlayacaqsınız. Uğurlu günləriniz 18, 23 sentyabr, uğursuz gününüz isə 20 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Oxşar xəbərlər