top
Həftəlik bürclər 19 İYUN - 25 İYUN
18 iyun 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 19 İYUN - 25 İYUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə çətinlikləri və ya problemləri olan Qoçlar, nəhayət, "tunelin sonundakı işığı" görəcəklər, aktual məsələlərin əlverişli həlli şansını əldə edəcəklər. Bürcün nümayəndələrinin maliyyə durumu da təmkinliliyi qorumağa əsas verəcək. Münasibətlərə gəlincə, həftənin ilk yarısı sevdiyiniz insanlarla çox gərgin keçəcək: fikir ayrılığı mübahisəyə səbəb olacaq. Lakin həftəsonu qara buludlar çəkiləcək və romantika ab-havası yaranacaq. Uğurlu günləriniz 19, 25 iyun, uğursuz gününüz isə 20 iyundur.

BUĞA bürcü


Buğalar üçün həftə kifayət qədər sabit, lakin xoş sürprizlərlə keçəcək. İşinizdə uğur qazanacaqsınız: çətin tapşırığın öhdəsindən gələcəksiniz. Sevgiliniz çoxdandır sizdən gizlətdiyi bir sirri açacaq: bəlkə, özünü kasıb kimi büruzə verən o şəxs əslində milyonçudur? Həftəsonu alış-verişlər cibinizə zərbə vuracaq. Əməlinizdən xoş xatirələr qalsa da, bu, itirilmiş pulları əvəz etməyəcək. Buğalar, elçiləri gözləyin: xoşbəxt günlər yaxınlaşır. Uğurlu günləriniz 22, 24 iyun, uğursuz gününüz isə 21 iyundur.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizləri işgüzar səfərlər gözləyir. Bu zaman ətrafınıza yaxşı baxın, sizə aşiq olan birini, axır ki, görə bilərsiniz. Pulunuzu sağa-sola xərcləməyin, yaxınlarınıza borc verməyin: yaxın günlərdə bizneslə məşğul olmaq şansınız yaranacaq və başlamaq üçün sərmayə yatırmalı olacaqsınız. Yaxın insanlarla soyuq davranmayın: münasibətiniz daha da korlanacaq və sonda tək qalacaqsınız. Uğurlu günləriniz 19, 23 iyun, uğursuz gününüz isə 24 iyundur.

XƏRÇƏNG bürcü


Bu həftə əmlak satıb və ya almaq istəyənlərin bəxti gətirəcək: uğurlu sazişə imza atacaqsınız. Xərçənglər yaxın insanlardan əlavə diqqət, qayğı və kömək tələb edəcəklər: depressiyaya düşmək ehtimalı böyükdür. Yeni işlə məşğul olmaq üçün əla vaxtdır: risk etməkdən qorxmayın. Kurslara yazılmaq, idmanla məşğul olmaq kimi planlarınız varsa, mütləq bu həftə gerçəkləşdirin: yenilik sizə fayda və enerji verəcək. Uğurlu günləriniz 24, 25 iyun, uğursuz gününüz isə 20 iyundur.

ŞİR bürcü


Şirlərin başı bütün həftə ailə işlərinə qarışacaq. Həftəiçi qalmaqalın mərkəzində olacaqsınız: dedi-qodu sizin başınızı hələ çox ağrıdacaq. Vacib məsələ üzə çıxacaq: təkbaşına qərar verməyin, güvəndiyiniz insanlardan məsləhət alın. Həftəsonu yolda təsadüfi tanışlıq başgicəlləndirici romantikanın başlanğıcı ola bilər: qismətdən qaçmayın və o insana sizi tanıması üçün şans verin. Uğurlu günləriniz 19, 24 iyun, uğursuz gününüz isə 22 iyundur.

QIZ bürcü


Bu bürcdən olan iş adamlarını perspektivli müqavilələr gözləyir: yeni gəlir mənbələri avqustun sonunda doğulan Qızları sevindirəcək. Sağlamlığınıza diqqət yetirin: kilolu insanlar, diyetə başlayın, aktiv həyat tərzi sürün. Münasibət sahəsində dəyişiklik olacaq: bəlkə də, nifrət etdiyiniz insana qarşı sevgi hiss etməyə başlayacaqsınız. Maaşının artmasını istəyən Qız mütləq müdiriyyətə müraciət etsin: “Yox” cavabı almayacaqsınız. Uğurlu günləriniz 22, 25 iyun, uğursuz gününüz isə 19 iyundur.

TƏRƏZİ bürcü


Tərəzi üçün həftə kifayət qədər uğurlu olacaq: çətinliklər öz-özünə dəf ediləcək. Təhsil və ictimai iaşə sahələrində çalışanları peşəkar zəfər müşayiət edəcək. Həftənin ortalarına qədər maliyyə vəziyyətiniz yaxşılaşacaq: dəbli həyata hazır olun. Sevgi münasibətlərində bir əldə iki qarpız tuta bilməyəcəksiniz: seçim etmək vaxtıdır, yoxsa Əli aşından da olacaqsınız, Vəli aşından da. Həftəsonu xaricə səfər etmək üçün təklif ala bilərsiniz. Uğurlu günləriniz 23, 24 iyun, uğursuz gününüz isə 25 iyundur.

ƏQRƏB bürcü


Əgrəblər, demək olar ki, bütün həftə rahat vəziyyətdə olacaqlar: hansı işə əl atsanız, uğurla sonlanacaq. Cəsarətli olmaq vaxtıdır: etiraf etmək və ya yeni bir işə başlamaqdan qorxmayın. Bahalı hədiyyələri qəbul etməyə hazırsınız? Həftəsonu başınıza görünməyən işlər gələcək: hamı sizdən danışacaq. Lakin qorxmayın: xeyir işlər sizi məşhurlaşdıracaq. Keçmişdə həll olunmamış problemlər yenidən üzə çıxa bilər: yaxın bildiyiniz insandan məsləhət alsanız, öhdəsindən daha asan gələ biləcəksiniz. Uğurlu günləriniz 21, 24 iyun, uğursuz gününüz isə 20 iyundur.

OXATAN bürcü


Oxatan üçün həftə yaxşı əhval-ruhiyyə, maliyyə sahəsində ümidverici xəbərlərlə başlayacaq. İşlədiyiniz yerdə yaranan problemlər uğurla və tez həll olunacaq, həftənin ikinci yarısında qaldırılan karyera məsələləri rəhbərlik tərəfindən kifayət qədər müsbət qarşılana bilər. Həftəsonu pullarınızı istirahətə xərcləyin: yeni tanışlıqlar unudulmaz olacaq. Subay Oxatan, çox güman ki, bir iş yoldaşı ilə münasibətə başlayacaq. Uğurlu günləriniz 22, 23 iyun, uğursuz gününüz isə 21 iyundur.

OĞLAQ bürcü


Bu həftə uğur üzünüzə güləcək və bir çox məsələlərdə nailiyyətlər əldə edəcəksiniz. Həftəsonu dostlarla görüşlər və açıq havada fəallıq vacib olacaq, çünki qarşıdan ağır həftə gəlir: bütün gücünüzü bu işə qoysanız, maddi durumunuz xeyli yaxşılaşacaq. Bəzi lazımsız insanlara fikir verməyin, onlar uğurunuza sevinmirlər, əksinə, sizi düz yoldan uzaqlaşdırırlar. Uğurlu günləriniz 19, 24 iyun, uğursuz gününüz isə 25 iyundur.

DOLÇA bürcü


Bu həftə həyatınızın ən xoşbəxt günlərindən birini yaşayacaqsınız: bu, yeni vəzifəyə təyinat, nişan və ya toy ola bilər. Bu həftə edilən kiçik praktik dəyişikliklər sonradan sizə böyük mükafatlar qazandıra bilər. Həyatınızın tarazlığı bu həftə bir qədər pozula bilər: bir tərəfdən diqqətli və ehtiyatlı olmaq məcburiyyətində qala, digər tərəfdən isə bir arzunun arxasınca getmək üçün səbirsizlik hiss edə bilərsiniz. Uğurlu günləriniz 21, 24 iyun, uğursuz gününüz isə 23 iyundur.

BALIQLAR bürcü


Həftəiçi Balıqlar enerji ilə dolu olacaqlar: bu günlərdə hansı işə başlamağınızdan asılı olmayaraq, mütləq uğur əldə edəcəksiniz. Həmkarlar tərəfindən zərbə ala bilərsiniz, odur ki, ağlınızda işlə əlaqədar planlarınız varsa, çalışın, bu haqda hələ heç kimə deməyin, yoxsa ideyanız oğurlana bilər. Həftəsonu hamı istirahət edəndə siz çalışacaqsınız, lakin kədərlənməyin: sentyabr ayında çalışqan olduğunuz üçün həyat sizi bonuslar və karyera yüksəlişi ilə mükafatlandıracaq. Uğurlu günləriniz 19, 20 iyun, uğursuz gününüz isə 22 iyundur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Oxşar xəbərlər