top
Həftəlik bürclər 2 SENTYABR– 8 SENTYABR
01 sentyabr 2024, 10:00
- +

Həftəlik bürclər 2 SENTYABR– 8 SENTYABR

QOÇ bürcü


Bu həftə Qoç bürcündən olanlar çox enerjili və təşəbbüskar olacaq. Yüksək motivasiya və güclü iradə ilə müxtəlif sahələrdə müvəffəqiyyət qazanmaq şansınız var. İşdə yeni layihələr və ya vəzifə dəyişiklikləri ilə qarşılaşa bilərsiniz: hər şey sizin xeyrinə olacaq. Maliyyə məsələlərində ehtiyatlı olun: bu həftə sərmayə qoymaq və ya böyük alış-verişlərdən çəkinmək daha yaxşıdır. Subayların qabağına isə pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Uğurlu günləriniz 2, 5 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

BUĞA bürcü


Bu həftə Buğa bürcündən olanla maraqlı və həyəcanlı anlar yaşayacaqlar. Həyatınızdakı bəzi inkişaflar və dəyişikliklər sizi gözləyir. Planlarınızı həyata keçirməkdə özünüzü güclü hiss edəcək və yeni imkanlarla qarşılaşacaqsınız. İş və karyera sahəsində önəmli qərarlar qəbul etmək vaxtıdır: iş yerini dəyişməklə bağlı olacaq. Bu həftə işlə bağlı xaricdən gələn dəvət və ya işgüzar təkliflər də ehtimal olunur. Cibgirlər sizi taqib edəcək: hamı sizin pullarınıza göz tikəcək. Uğurlu günləriniz 4, 7 sentyabr, uğursuz gününüz isə 2 sentyabrdır.

ƏKİZLƏR bürcü


Bürclər arasında ən bəxtəvər bürc sizsiniz: bununla razılaşın! Çünki ürəyiniz nə istəsə, o olur, sanki kainat sizin arzularınızı eşidir. Bu həftə arzunuz gerçəkləşəcək və siz çox xoşbəxt olacaqsınız. Həftənin ortasında yeni bir eşq hekayəsi başlayacaq: seriallarda gördüyünüz o sevgi sizin həyatınızda baş verəcək. Sizi maddi duruma görə sevən insanları uzaqlaşdırın. Bu gün pul varsa, yanınızda olacaqlar, sabah olmasa, sizi tək qoyacaqlar. Həftəsonu həyatınız 180 dərəcə dəyişəcək: maraqlı hadisələr baş verəcək. Uğurlu günləriniz 3, 7 sentyabr, uğursuz gününüz isə 5 sentyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər üçün sabit və firavan bir dövr başlayır. Çöldə gəzərkən yerdən pul tapsanız və ya lotereyada cekpot “qoparsanız”, təəccüblənməyin – şanslı günlər başlayıb və bitmək bilməyəcək. Şənbə və ya bazar günü maraqlı təklif gələcək: bu təklif gələcəkdə sizin həyatınızda böyük rol oynayacaq. Sevgiliniz sizə qarşı soyuq davrana bilər: ortada çözülməyən problemlər varsa, onları həll etməyə çalışın. Bu günlərdə çalışın, heç kimlə münasibəti korlamayın, özünüzə düşmən yox, dost qazanın. Uğurlu günləriniz 6, 8 sentyabr, uğursuz gününüz isə 2 sentyabrdır.

ŞİR bürcü


Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Lakin sevgilinizlə münasibətiniz korlana bilər. Bunun qarşısını almaq üçün soyuq olmayın, ona diqqət yetirin. Qız dostlarınızla münaqişələr baş verə bilər, bu, hətta xəstəxana ilə sonlana bilər – çalışın Balıq, Xərçənq və Oxatan dostlarınızla nəzakətli danışın, yoxsa iç üzlərini görəcəksiniz. Ən yaxşı nəticələrə nail olmaq üçün açıq fikirli və müsbət düşüncəli olun. Hər anın dəyərini bilin və şanslarınızı maksimum dərəcədə istifadə edin. Uğurlu günləriniz 2, 3 sentyabr, uğursuz gününüz isə 4 sentyabrdır.

QIZ bürcü


Bu həftə Qız bürcündən olanlar emosional şoklar yaçayacaqlar: nifretin sevgiye çevrilməsi, şansın ardınca gəlməsi və işdə yüksəlmə sizi şoka salacaq. Sizi daha yüksək vəzifəyə təyin edəcəklər və ya yeni layihələrə rəhbərlik edəcəksiniz. Liderlik qabiliyyətlərinizlə diqqət çəkəcəksiniz və kolleqalarınız tərəfindən dəstəklənəcəksiniz. Qazancınız artacaq və gözlənilmədən gələn müsbət xəbərlər maliyyə vəziyyətinizi daha da yaxşılaşdıracaq. Xoşlamadığınız bir insana başqa gözlə baxacaqsınız: anlayacaqsınız ki, onun haqqında səhv fikirləş sizdə formalaşıb. Uğurlu günləriniz 5, 6 sentyabr, uğursuz gününüz isə 8 sentyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə evli və sevgilisi olan Tərəzilər il boyunca görmədiyi günlər görəcəklər: aşırı diqqət, hədiyyələr və möhtəşəm sürprizlər gözləyir. Sevinc dolu günlərə hazırlaşın: çətin zamanlar mütləq geridə qalacaq. Şəxsi həyatınızda dəyişikliklər baş verəcək: ürəyinizi bir insan alacaq və onunla firavan günlər yaşayacaqsınız. Ulduzlar sizi çox sevir və hər şeyi sizin gözəl qəlbinizə görə verir. İşinizdə gərgin günlərə son qoyulacaq və sonda əziyyətiniz müdiriyyət tərəfindən dəyərləndiriləcək. Uğurlu günləriniz 4, 7 sentyabr, uğursuz gününüz isə 3 sentyabrdır.

ƏQRƏB bürcü


Bu həftə heç kimdən yardım gözləməyin və yalnız özünüzə güvənin! Həftə çox ağır keçəcək, işiniz, qayğınız başınızdan aşacaq. Lakin həftənin ortasında əziyyətinizin bəhrəsini görəcəksiniz. Həftəsonu möcüzəyə inanacaqsınız: arzunuz çin olacaq və siz şokda olacaqsınız. Bəlkə də iş yerinizdə və ya karyera sahəsində müsbət dəyişikliklər baş verəcək: иu dəyişikliklər sizin üçün yeni bir peşə yönü və ya karyera seçimləri ilə nəticələnə bilər. Bəlkə də bu həftə bir restoranda baş verəcək təsadüfi bir görüş sizə həyatınızın gələcək sevgi yoldaşını tanıdacaq. Uğurlu günləriniz 3, 6 sentyabr, uğursuz gününüz isə 5 sentyabrdır.

OXATAN bürcü


Şəxsi münasibətinizdə dramatik anlar yaşaya bilərsiniz: Həyatınızdakı romantik münasibətlərdə mümkün olan anlaşılmazlıqlar və ya xəyanət ehtimalları ilə qarşılaşa bilərsiniz. Bu həftə emosional gərginliklər və mübahisələr yaşanacaq, amma həqiqi hisslərinizi və münasibətlərinizi düzgün başa düşərək problemləri həll etməyə çalışın. Oxatanların ağlına, davranışına və kreativliyinə çox insan həm qibtə, həm də paxıllıq edir. Bu həftə isə daha çox pərəstişkar qazanacaqsınız. Bu bürcün işgüzar nümayəndələri böyük uğura imza atacaqlar və buna ən yaxın dostları ilə birgə nail olacaqlar. Uğurlu günləriniz 2, 6 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

OĞLAQ bürcü


Sevinc dolu günlərə hazırlaşın: çətin zamanlar mütləq geridə qalacaq. İş axtaranlar da istədiyi peşə ilə məşğul olacaqlar. Ağlınız, kamalınız hamını heyran edəcək və bu, sizə karyera yüksəlişində kömək edəcək. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub, zəif yerinizi tapıb, sizə zərbə vura bilərlər, bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Həftəsonu sizi sancmaq istəyəcəklər, sizə o gədər paxıllıq edənlər var: üzünüzə gülüb, arxanızca danışırlar. Evdə qalmış qızlar, sevinin, qabağınıza illərdi gözlədiyiniz insan cıxacaq və sizi xoşbəxt edəcək. Uğurlu günləriniz 2, 6 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

DOLÇA bürcü


Bu həftə sakit olsanız, məqsədlərinizə çata biləcəksiniz. Həftə ərzində sənədlərlə, maddi dəyərlərlə işləyərkən diqqətli olmalısınız – kiçik bir səhv sizə çox baha başa gələ bilər. Çalışın rəhbərliyin etimadını doğruldun – yaltaqlıqla deyil, öz işinizlə nə qədər vacib əməkdaş olduğunuzu sübut edin, onda qarşınızda bir çox yeni imkanlar açılacaq. Bu dövrdə həddindən artıq yemək və alkoqoldan istifadə etməyin – nəticəsi yaxşı olmaya bilər. Sevgi axtarmayın, çünki o, özü sizin qapınızı döyəcək və qarşınıza sanki nağıllardan olan şahzadə kimi biri çıxacaq – xoşbəxt, qayğısız, romantik və sevincli günlərə hazırsız? Uğurlu günləriniz 5, 8 sentyabr, uğursuz gününüz isə 4 sentyabrdır.

BALIQLAR bürcü


Bu həftə yeni tanış olduğunuz insanlarla ehtiyatlı davranın, çünki onlar sizin həyatınıza daxil olub, rahatlığınızı poza bilərlər. Planlaşdırılmış, lakin əvvəllər reallaşdımağa cəsarət etmədiyiniz layihələr varsa – mütləq bu dövrdə həyata keçirin. Cibiniz pulla dolu olacaq, buna görə də illərdir görmədiyiniz qohumlar və “dostlar” başınıza yığışacaq. Lakin onlar sizin uğur payınızdan dada bilməyəcəklər – yana-yana qalacaqlar. Sevgiliniz tərəfindən kiçik sürprizlər gözləyin – bu xoş xəbər və ya maraqlı hədiyyə ola bilər. Uğurlu günləriniz 4, 7 sentyabr, uğursuz gününüz isə 2 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Bu gün, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Bu gün, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Bu gün, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Bu gün, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Bu gün, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 00:05

Bu gün Ramazan bayramıdır

Xəbər
20 mart 2026, 00:01

Novruz bayramınız mübarək!

Xəbər
19 mart 2026, 18:00

Sabah Bakıda yağış yağacaq

Xəbər
19 mart 2026, 17:15

Buzovnada gizlədilən silah tapıldı

Oxşar xəbərlər