top
Həftəlik bürclər 20 NOYABR - 26 NOYABR
19 noyabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 20 NOYABR - 26 NOYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Həftənin ilk yarısı Qoçlar üçün sakit keçəcək. Siz xoşbəxtlik və azadlıq hiss edəcəksiniz. Ancaq həftənin ikinci yarısında görülən işlərin qaydasında getdiyinə dair şübhələriniz yaranacaq. Əks cinsin nümayəndələri sizə bu həftə çox diqqət yetirəcəklər, hətta bəziləri sizi qarmağa keçirib özünə yar etməyə çalışacaq. Qorxmayın, sevgi tərəfdən bəxtiniz çox gətirir, çalışın, ətrafınızda olan Buğa, Oğlaq, Qız bürclərinin nümayəndələrinə diqqət yetirin: ən ideal cütlük onlarla alınacaq. Uğurlu günləriniz 20, 22 noyabr, uğursuz gününüz isə 25 noyabrdır.

BUĞA bürcü


Buğanın bütün planları puç olanda belə, o gülümsəyir, çünki bilir ki, indi alınmadısa, başqa vaxt mütləq alınacaq və daha yaxşı olacaq! Bu həftə Buğa yeni ideyalarla işdə “partlayışlar” edəcək. Xaricdə dostunuz varsa, onunla əlaqə saxlayın: gələcəkdə uzunmüddətli səfərlər gözlənilir. Son zamanlar bürcün bəzi nümayəndələrində ruh düşkünlüyü var, amma güclü olmalısınız və özünüzə güvənməlisiniz. Alınmayan iş yoxdur: dostlarınızdan kömək istəməkdən çəkinməyin, onlar dar gününüzdə sizin yanınızda olacaqlar. Uğurlu günləriniz 22, 25 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə həyatınızda dəyişikliklər olacaq. Bu, işinizlə əlaqəli ola bilər: daha gözəl təklif və ya yeni, maliyyə cəhətdən daha gəlirli iş tapa bilərsiniz. Hətta xaricə getmək və orada iş qurmaq təklifi gələ bilər. Subay qızların dalınca oğlanlar düşəcəklər: ümumiyyətlə, o qədər pərəstişkar olacaq ki, oğlanların əlindən bezəcəksiniz. Pul xərcləməkdən qorxmamaq məsləhət görülür. Həftəsonu isə kiçik və xoş sürprizlər gözlənilir. Uğurlu günləriniz 24, 26 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər xoşbəxt olmaq üçün qlobal planlarını həyata keçirməlidirlər. Eləcə də şəxsi həyatla bağlı bütün məsələlər mütləq həll edilməlidir. İstədiyiniz bir işdə uğur qazana bilərsiniz, əsas odur ki, bunu ürəkdən arzulayasınız və tənbəllik etməyəsiniz. Sevgiliniz varsa, onu sevindirin: xoş sürprizlər sizin münasibətlərinizi daha da möhkəm edəcək. Subaylar yar axtarmasınlar, münasibətlər üçün əlverişli həftə deyil. Artıq pulunuz varsa, balışın altından çıxarın və hər hansı bir işə yatırım edin. Uğurlu günləriniz 20, 23 noyabr, uğursuz gününüz isə 24 noyabrdır.

ŞİR bürcü


Şirləri bu həftə aktiv ünsiyyət, işgüzar səfərlər, yeni tanışlıqlar və maraqlı layihələr gözləyir. Rəhbərlik sizin işinizdən çox məmnun qalacaq. Ola bilər ki, maaşdan əlavə, yaxşı bir bonus da əldə edəsiniz. Həftənin sonuna qədər qarışıqlıq, kiçik çaşqınlıq və narahatlıq sizi müşayiət edəcək. Amma bunun Şir üçün xoşagəlməz və ya pis nəticələnəcəyini demək olmaz. Bütün bunlar sizin həftəiçi hamıdan çox işləməyinizin nəticəsi olacaq, lakin hər şey yaxşı sonlanacaq və maddi vəziyyətiniz yaxşılaşacaq. Uğurlu günləriniz 23, 25 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

QIZ bürcü


Qız ən həssas bürclərdən biri sayılır, onların xətrinə dəymək çox asandır. Lakin bu bürcün nümayəndəsi kimdənsə intiqam almağa başlasa, vay o insanın halına, çünki o zaman Qız ən qəddar insan ola bilər. Bu həftə insanlar sizi başa düşməyə, incidə bilərlər, lakin səbirli olmalısınız: qalmaqal sizə sərf etməyəcək. Əgər yaxınlarınız arasında Qız varsa, o zaman heç bir düşməndən və problemdən qorxmamalısınız. Bu həftə Qız dostlarının gözündə qəhrəman olacaq: o, hamıya kömək edəcək, bütün problemləri həll edəcək. Uğurlu günləriniz 22, 26 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

TƏRƏZİ bürcü


Həftənin ilk yarısında maliyyə problemləri ola bilər, lakin cümə axşamından etibarən cibinizdən çıxan pullar geri qayıdacaq. Çalışın, heç kimə borc verməyin: pul verəndə yaxşı insan olacaqsınız, geri istəyəndə isə pis. Əlavə gəlir mənbəyi tapmağın əsl vaxtıdır. Siz çox ağıllısınız, lakin tənbəllik edirsiniz. Tərəzilər həftənin əvvəlində bir qədər yorğunluq və bəxtsizlik hisslərinə qapanacaqlar. Ancaq çərşənbə günündən etibarən gümrahlığınız qayıdacaq. Bu bürcün nümayəndələrinin yeni imkanları, perspektivləri və şansları olacaq. Uğurlu günləriniz 22, 24 noyabr, uğursuz gününüz isə 20 noyabrdır.

ƏQRƏB bürcü


Əqrəblərin niyə bəzən qəribə və dəli adlandırıldıqlarını bilirsiniz? Çünki onlar çoxlarının öyrəşdiyi kimi deyil, istədikləri kimi yaşamağa çalışırlar. Bu həftə işinizdə sizə verilən istənilən tapşırığın öhdəsindən asanlıqla gələcəksiniz. Karyera yüksəlişi istəyirsinizsə, hamını geridə qoyun, hamıdan çox işləyin və bu, müdiriyyət tərəfindən mütləq dəyərləndiriləcək. Maddi tərəfdən artım gözlənilir: bu ay ərzində çalışqan olmağınız maaşınıza bonusların əlavə olunması ilə nəticələnəcək. Uğurlu günləriniz 23, 26 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

OXATAN bürcü


Oxatanlar həyatlarında dəyişiklik etməkdən çəkinirlər, lakin bir yerdə durmaq da sizin üçün faydalı deyil: buraxın hər şəyi həyatın axarına. Dedi-qodu və intriqalar həftəboyu sizi təqib edəcək: uğurunuz çox insanı əsəbiləşdirir. Lakin heç kimə fikir verməyin və imkan verməyin ki, sizi özünüzdən çıxarsınlar. Çalışın, yaxın zamanda məzuniyyət götürün və səfərə çıxın, bol-bol istirahət edin: tənha Oxatanlar kurort romanı yaşaya bilərlər. Uğurlu günləriniz 24, 25 noyabr, uğursuz gününüz isə 22 noyabrdır.

OĞLAQ bürcü


Oğlaqları maraqlı bir həftə gözləyir. Ailədə və işdə problemləriniz ola bilər. Çalışın, panikaya düşməyin: vəziyyəti ayıq şəkildə qiymətləndirin və hər şeyi necə idarə edəcəyinizi düşünün. Bu dövrdə işdə maksimum gücünüzü göstərməyi hədəfləyin, hətta ağır lahiyələr varsa, onları öz üzərinizə götürün: bu ərəfələrdə özünüzü göstərsəniz, rəhbərlik tərəfindən sizə perspektivli vəzifə veriləcək. Lakin iş yoldaşlarınızla da münasibəti korlamayın, lazım olsa, onlardan kömək istəyin. Sevgiyə inanmayanlar, peşman olacaqsınız: həyatınıza tufan daxil olacaq. Uğurlu günləriniz 21, 23 noyabr, uğursuz gününüz isə 25 noyabrdır.

DOLÇA bürcü


Dolçanın bu həftə əl atacağı hər bir iş uğurla sonlanacaq. Qərarsızlıq, özünə inamsızlıq, şübhə və tərəddüd sizdən yan keçəcək. Rəqiblərinizə zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Dolçalar yaltaqlığa, yalana və qeybətə nifrət edirlər. Nəyisə bəyənmirsinizsə, bu barədə Dolçanın üzünə deyin. Bəli, bu həftə sizin barədə dedi-qodu edəcəklər, sizi özünüzdən çıxarmağa çalışacaqlar. Lakin unutmayın ki, Dolçanın qisası çox pis olur. Uğurlu günləriniz 20, 23 noyabr, uğursuz gününüz isə 26 noyabrdır.

BALIQLAR bürcü


Balıqları bu həftə çox çətin işlər gözləyir. Özünüzdə intizamı tərbiyə edin. Qısa zamanda çoxsaylı görüşləriniz və maraqlı layihələriniz olacaq. Qalmaqaldan qaçan Balıqlar bu həftə intriqaların düz mərkəzində olacaq, buna şəraiti isə özü yaradacaq. Gözəlliyi ilə seçilən bu bürc ətrafda olan əks cinsin nümayəndələrini özünə cəlb edəcək, bu isə həmin insanların həyat yoldaşları tərəfindən heç də yaxşı qarşılanmayacaq. Tənha Balıqlar yeni tanışlıqlar və münasibətlər üçün şans qazanacaqlar. Uğurlu günləriniz 25, 26 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Oxşar xəbərlər