top
Həftəlik bürclər 21-27 NOYABR
20 noyabr 2022, 10:00
- +

Həftəlik bürclər 21-27 NOYABR

QOÇ bürcü


Bu həftə bəxtinizi sınayacaqsınız: riskli işə əl atacaqsınız, uğur qazanmağınız isə sizin bacarığınızdan asılı olacaq. Subay qızlar elçi gözləsinlər. Varlı oğlanın sevgilisi olmağa hazırsınız? Oğlanların bəxti bir az gətirməyəcək: internetdə tanış olduğunuz qız sizi aldada bilər. Odur ki, çalışın, sevgini real həyatda axtarın. Həftəsonu maddi durumunuzun yaxşılaşmasına səbəb olacaq cəlbedici təklif alacaqsınız. Uğurlu günləriniz 24, 27 noyabr, uğursuz gününüz isə 22 noyabrdır.

 

BUĞA bürcü


Bu həftə Buğalar keçmişə qayıtmaq istəyəcəklər, xatirələr sizi təqib edəcək: bu, həll olunmamış problemlər, səhvlər və ya insanlar ola bilər. Bu bürcün nümayəndələri işgüzar danışıqlarda özlərini sübut etmək imkanı əldə edəcəklər ki, bu da gələcək yüksəliş və maliyyə vəziyyətinizə təsir edəcək. Arxanızca danışanlar var: uğrularınızı qəbul edə bilməyənlər sizə paxıllıq edirlər. Sevgiliniz tərəfindən sürprizlərə hazır olun. Uğurlu günləriniz 23, 26 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

 

ƏKİZLƏR bürcü


Şəxsi münasibətlərlə məşğul olmalısınız: subaylığın daşını atmaq vaxtıdır, çünki “evdə qalmaq” riskiniz var. Dostlarınız arasında sizi gizlincə sevən biri var: gözünüzü açıb diqqətlə baxın, axı xoşbəxtlik çox yaxındadır. İş yoldaşlarınızla münasibətiniz korlana bilər. Yalnız “MƏN” ideologiyası ilə yaşamayın, sevincinizi və uğurlarınızı başqaları ilə də bölüşməyi bacarın. Həftəsonu sizə gəlirli iş təklif edə biləcək bir nəfərlə görüşəcəksiniz. Uğurlu günləriniz 21, 25 noyabr, uğursuz gününüz isə 24 noyabrdır.

 

XƏRÇƏNG bürcü


Bu həftə eqoist insanlarla qarşılaşacaqsınız: öz mənafeyini düşünən biri sizi tələyə salmaq istəyəcək. Çalışın, ümumiyyətlə, bu günlərdə yeni tanış olduğunuz insanlara güvənməyin, yoxsa sizdən istifadə edib öz məqsədlərinə çatmaq istəyəcəklər. Bu həftə əks cinsi cəlb etmək üçün külli miqdarda pul xərcləyə bilərsiniz. Sonda istədiyinizə nail olub xoşbəxt olacaqsınız. Həftəsonu müdiriyyət tərəfindən xoş xəbər eşidəcəksiniz. Uğurlu günləriniz 26, 27 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

 

ŞİR bürcü


Bu həftə ev və ya avtomobil almaq üçün idealdır: alışınız uğurla nəticələnəcək. Ailə həyatınızla bağlı bəzi streslər yaşaya bilərsiniz: ailə həyatında əmin-amanlığı qorumaq üçün problemlərin həllinə soyuq başla yanaşın. Həftəsonu sizə karyera yüksəlişi gətirəcək, lakin səbirli olmaq və tələsik qərarlar qəbul etməmək tövsiyə olunur. Ürəyinizin qapısını açıq qoyun: həyatınıza sizi xoşbəxt edəcək insan daxil olacaq. Uğurlu günləriniz 22, 25 noyabr, uğursuz gününüz isə 24 noyabrdır.

 

QIZ bürcü


Bu həftə bəzi hadisələr şəxsi həyatınıza təsir edə bilər. Nəticədə psixi durumunuz bir qədər pisləşəcək və qarşınıza qoyduğunuz hədəfə çatmaq çətinləşəcək. Bunu tezliklə düzəltməli olacaqsınız, əks halda yaranan vəziyyət sağlamlığınıza mənfi təsir göstərə bilər. Həftənin ortasında maliyyə vəziyyətiniz yaxşılaşacaq. Bu bürcdən olan iş adamları bu həftə böyük uğurlar qazanacaqlar. Bunun sayəsində onlar cəmiyyətdə şöhrət, ailədə hörmət əldə edəcəklər. Uğurlu günləriniz 21, 23 noyabr, uğursuz gününüz isə 25 noyabrdır.

 

TƏRƏZİ bürcü


Bu dövrdə maddi durumunuzu yaxşılaşdırmaq üçün çoxlu imkanlarınız olacaq. Ola bilsin ki, xaricdə yaşayan qohumunuz tərəfindən sizə başqa ölkəyə köçmək təklifi gəlsin. Ümumiyyətlə, bu dövr çox uğurludur: planlaşdırdığınız bütün işlər müvəffəqiyyətlə sonlanacaq. Yaxın dostunuzla davanız düşə bilər. Sizin aranızı vurmaq istəyən insanlar peyda olacaqlar, çünki siz bir olanda güclüsünüz, bunu isə paxıllar həzm edə bilmirlər. Metrodan tez-tez istifadə etməkdən çəkinməyin: basabas vaxtı ikinci yarınıza rast gələcəksiniz. Uğurlu günləriniz 23, 24, 26 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

 

ƏQRƏB bürcü


Bu həftə həyatınızı yaxşılığa doğru dəyişdirəcək vacib işləri tamamlamalısınız. Həm şəxsi, həm də peşəkar sahədə uğur qazanacaqsınız. Dostlarınız sizə elə böyük sürpriz edəcəklər ki, xoşbəxtlikdən göz yaşlarınızı dayandıra bilməyəcəksiniz. Həftə ərzində sənədlərlə, maddi dəyərlərlə işləyərkən diqqətli olmalısınız, yoxsa kiçik bir səhv sizə çox baha başa gələ bilər. Çalışın rəhbərliyin etimadını doğruldun. Yaltaqlıqla deyil, öz işinizlə nə qədər vacib əməkdaş olduğunuzu sübut edin, onda qarşınızda bir çox yeni imkanlar açılacaq. Uğurlu günləriniz 22, 25 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

 

OXATAN bürcü


Bu həftə əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsəniz, cibiniz bomboş olacaq. Odur ki, çalışın, çox pul xərcləməyin. Ulduzlar payızın son günlərində Oxatana gözlənilməz hədiyyə bəxş edəcək. Əgər ağlınızda ideya varsa, mütləq bu həftə həyata keçirin. Həftəsonu yeni bir insanla tanış olacaqsınız: o, sizin həyatınızı 180 dərəcə dəyişəcək. Oxatan evlənmək fikrinə də gələcək. Siz sevinməlisiniz, çünki bəxtiniz açılır və qara günlər geridə qalır. Uğurlu günləriniz 26, 27 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

 

OĞLAQ bürcü


“Tələsən təndirə düşər” - bu həftə dünya dağılsa belə, heç bir tələsik qərar verməyin. Varlanmaq üçün bol şansınız olacaq: həftəsonu təklif gözləyin. Sevgi axtaranlara şad xəbər: qarşınıza sanki nağıllardan olan şahzadə kimi biri çıxacaq. Həmin şəxslə xoşbəxt, qayğısız, romantik və sevincli günlər yaşayacaqsınız. Son vaxtlar çox insanı özünüzə yaxın buraxmısınız. Diqqətli olun, sizə qarşı xoşagəlməz planlar qura bilərlər. O insan sizin üzünüzə gülür, lakin arxanızca dedi-qodu edir. Uğurlu günləriniz 21, 22 noyabr, uğursuz gününüz isə 23 noyabrdır.

 

DOLÇA bürcü


“Halva, halva” deməklə ağız şirin olmur. Həyatınızda uğurlu günlərin başlanmasını istəyirsinizsə, mütləq bir iş görün. Ağlınıza güvənin və riskə hazır olun, mütləq uğur qazanacaqsınız. Sevgi cəbhəsində yavaş-yavaş dəyişikliklər baş verir: siz hərəkət etməsəniz də, valideynləriniz sizin taleyinizi həll etməyə başlayıb. Bu yaxınlarda onların sizə layiq bildikləri insanı göstərəcəklər: o insanı tanımağa çalışın, uğursuz seçim olmayacaq. Uğurlu günləriniz 24, 26 noyabr, uğursuz gününüz isə 27 noyabrdır.

 

BALIQLAR bürcü


Həftənin əvvəli sürprizlərlə dolu olacaq: dostunuz və ya iş yoldaşınız sizə şad xəbər verəcək. Pul qazanmaq üçün yeni imkanlar yaranacaq. Bu, uğurlu iş birliyinin nəticəsi ola bilər. Həftəsonu tələbələrin üzü güləcək: çoxdandır gözlədiyiniz xəbəri alacaqsınız. Subayların əli bala batacaq, çünki dünyanın ən gözəl insanı ilə rastlaşacaqlar. Hamı sizə baxıb xoşbəxtliyinizə sevinəcək. Uğurlu günləriniz 22, 25 noyabr, uğursuz gününüz isə 21 noyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 15:16

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 14:32

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Xəbər
Bu gün, 13:53

Dünən dənizdə batan müğənni imiş

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Oxşar xəbərlər